Eldar Mahmudovun lombard biznesi haqqında ilginc iddialar... - İTTİHAM VAR
Tarix: 13-02-2016, 10:50 | Çap et
Bakının Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, Hüseynbala Əliyev küçəsində yerləşən “Yetər” lombardı hələ də Eldar Mahmudovun korrupsiya ilə qazandığı kirli pullarını dövr etdirir və əldə etdiyi gəlir günbəgün çoxalır. Bu lombard xidməti Bakının mərkəzində, bütün səlahiyyətlilərin gözü qarşısında at oynadır, iqtisadi krizis dövründə qaz vurub qazan doldurur. Sonuncu qızıl sikkəsini belə girov qoyanlara elə faizlər yüklənir ki, bunu heç qədimlərdə ən qəddar, qan içən sələmçilər belə etməyib. Artıq bu barədə dəfələrlə mətbuatda yazılmasına baxmayaraq hələ ki, nəticə yoxdur və nəticə olmadıqca lombardın sahibi daha da qəddarlaşır, çox qazanmaq, insanları dövlətdən narazı salmaq üçün kifayət qədər müştərilərinə ağır sanksiyalar tətbiq edir.
Bir müddət öncə redaksiyamıza üz tutan şikayətçinin iddiasına görə “Yetər” lombardının arxasında keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov durur. Onun bildirdiyinə görə, bu lombard məhz onun himayədarlığı ilə yaranıb, xidmətini qısa zamnda genişləndirib və kifayət qədər ehtiyacı olanların qızıllarını əldə etməklə onıarı çıxılmaz vəziyyətə salıb. Yazılanlara reaksiya verilmədikcə açıq-aydın görünür ki, bu gün də həmin lombard Eldar Mahmudovun himayəsindədir. Lombardın sahibi Sevinc Abbasovanın topladığı milyonların isə nə vaxtsa dövlətə qarşı cevrilcəyini nədənsə düşünən yoxdur. Bəs “Yetər” lombard xidmətinin sahibi Sevinc Abbasova kimdir? Onun fəaliyyəti dönəmində küllü miqdarda vəsaitə yiyələnməsinə kim şərait yaradıb və ya bu xanım kimin pullarını sələmə verib?
Araşdırmalardan əldə edilənləri bir daha dövlət qurumlarının nəzərinə çatdırırıq. Faktlar təsdiq edir ki, Sevinc Abbasova yaxın zamanlara qədər kimi keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olub, ona sığınıb. Elə təəccüb və maraq, eyni zamanda dəhşət yaradan da budur. Kifayət qədər adı korrupsiya və rüşvətdə hallanan keçmiş nazirin əli heç demə bütün gəlir gətirən sahələrə uzanıbmış. Düşünəndə və təhlil aparanda aydın olur ki, lombarda pul yatırmaq əslində böyük gəlirlər deməkdir.
Zərgərliklə məşğul olan və hələlik adının gizli saxlanılmasını istəyən bir neçə şəxs bildirib ki, hazırda Sevinc Abbasovanın lombardında müştərilərin sayı 4 mini keçib və xanımın təkcə faizlərdən aylıq qazancı 35-40 min manatdır. Müştəri axını isə davam etməkdədir. Deməli, müştərinin artması gəlirin də artmasına yol açır və bu lombard maliyyə baxımından güclənməkdə davam edir. Eldar Mahmudovun lombardının güclənməsi isə hazırda çox böyük təhlükədən xəbər verir. 4 min adamın buradan asılılığı ailə üzvləri ilə birgə nəzərə alındıqda ölkədən narazıların sayının tək bir lombardın hesabına az qala 20 minə çatdığını diktə edir...
Ötən dəfə qeyd etdiyimiz kimi bu xanımın Eldar Mahmudova yolu isə onun həyat yoldaşı, Azərbaycan Həmkarlar Konfederasiyasının sabiq katibi Tahirə Mahmudovadan keçib. Hər iki xanımın yaxın rəfiqə kimi aralarında bir neçə sövdələşmələr olub. Mahmudovlar ailəsinə məxsuz pulların isə burda sələm, ah-nalə ilə artırılması prosesi də elə bu sövdələşmələrdən başlayıb. Sevinc xanımın lombardın fəaliyyətindən kifayət qədər qazanc əldə etməsi isə danılmaz faktdır.
Sevinc Abbasovanın idarə etdiyi son model "Range Rover" avtomobili (dövlət nömrə nişanı 100) də bunu söyləməyə əsas verir. "Yeganə" şadlıq evinin yaxınlığında tikdirdiyi villada isə uşaqlara qanunsuz bağça xidməti göstərir. Bütün bunlar Sevinc Abbasovanın fironluğunun köklərini açır və onun nəyə görə insanlara qorxu bilmədən qənim kəsilməyinin səbəblərini ortaya qoyur...
Səlahiyyətlilərin diqqətini daha bir məsələyə çəkmək də yerinə düşər. 2008-13-cü illərdə həyatının çox hissəsini Avropa ölkələrində keçirən Sevinc Abbasova bu səfərləri, xaricdə yaşamağı da məqsədli edib və Avropa ölkələrində Eldar Mahmudovun işlərini təlimata uyğun istiqamətləndirib və bunlar danılmaz faktlardır. Əgər bu qadının xaricə çıxışları sərhəd - keçid məntəqələrində araşdırılarsa deyilənləri rəsmi qurumlar da təsdiqləyə bilər. Burada bir sual yaranır. Eldar Mahmudov daha yoxdur və onun gələcək taleyi də təxminən hər kəsə bəllidir. Bəs bu xanım qorxmur ki, bir gün dövlət onun da yaxasından yapışıb haqq-hesab çəkər? Axı onun özü də yaxşı bilir ki, fəaliyyəti tamamilə qanunsuzdur və yığdığı sərvət nə vaxtsa kal armud kimi boğazında qala bilər. Bəlkə pula-qızıla hərislik bu xanımın gözünü elə bağlayıb ki, o bu qorxunu düşünməkdən belə uzaqdır. Ya da indi özünə daha güclü havadarlar tapıb. Amma insanların getdikçə sıxıldığı və hər nəyi varsa itirdiyi vaxtda bu işlər şübhəsiz belə davam etməyəcək. Bu qaçılmazdır. Amma bu xanıma indiyədək gözün üstdə qaşın var deyən olmayıbsa deməli Eldar Mahmudovun əli hələ də lombardın kürəyindədir. Birbaşa olmasa da dolayısı ilə bu işə rəhbərlik edən şəbəkə xidmətini və qayğısını indi də göstərir. Bu gün ölkə başçısının əhalinin yanında olduğu vaxtda, bütün nazirlərin regionlara üz tutduğu məqamda “Yetər” lombardın əməllərinə göz yumulması başa düşülən deyil. Üzləşdiyimiz devalvasiya ərəfəsində kimlərinsə kirli pulları hesabına boğulan adamlara həyan olmaq lombard adı ilə insanları talayan sələmçilərin cilovunu yığmaq doğrudanmı çətindir? Əslində lomdbard fəaliyyətinin qanunsuz olduğunu ekspertlər dəfələrlə təsdiq edib. Amma bunun qarşısının alınmasına marağın olması anlaşılan deyil. Yəni, kimin mənşəyi haramlıqdan yoğrulan pulu varsa deməli, o at oynada bilər, qanunları tapdalayar, sadə insanların girovları və ödədiyi sələmlər hesabına harınlaşa bilər?! Bunlar acı da olsa günümüzün reallığıdır. Özü də mənbəyi bilinməyən pulların hesabına. Təcili ölkədə olan lombardların fəaliyyətinə nəzarət yaradılmalı, dövlət gününün acısını yaşayan insanların yanında olmalıdır. Daha geniş miqyasda təhlillər aparılsa təbii ki, digər lombardların arxasından da kirli pullara sahib məmurlar çıxacaq. Necə ki, “Yetər” lombard xidmətinin arxasından Eldar Mahmudov çıxdı...
Qeyd edək ki, material bizə göndərilən şikayət məktubu əsasında hazırlanıb...\\moderator.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|