Əsas Səhifə > Hadisə, Manşet > Əhəd Abıyevdən ŞOK REAKSİYA

Əhəd Abıyevdən ŞOK REAKSİYA


12-08-2017, 11:26
Əhəd Abıyevdən ŞOK REAKSİYA
DİA.AZ: - "Dünən guya mənim səhhətimdə ciddi problemlərin yaranması və vəziyyətimin pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparıldığım barədə saytlarda yalan məlumatlar yayılıb." Bunu DİA.AZ-a yolladığı açıqlamasında Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib.

İcra başçısı dia-az.site-a göndərdiyi müraciətində davam edir: "Barəmdə yazılan məlumatlarla bağlı bildirirəm ki, səhhətimdə heç bir problemim yoxdu, həm fiziki, həm də mənəvi baxımdan çox sağlamam. Həmişə olduğu kimi boksyor idmançı sağlamlığım da öz yerindədir. Hazırda iş başındayam. Dövlətimizə və əhaliyə sədaqətlə vəzifə xidmətimi davam etdirirəm.

Mən iki ilə yaxındır ki, heç bir xarici dövlətlərdə olmamışam. Hətta Bakı şəhərinə belə Prezident Administrasiyasının icazəsi olmadan Daşkəsəni tərk etməmişəm. Səhhətim də, rayondakı işlərimiz də çox yaxşıdır, heç bir problemimiz yoxdur.

Bir sözlə mənim guya ağır vəziyyətdə Almaniyaya xəstəxanaya aparılmağım yalandır, böhtandır. Bu məlumatları yayanlar şərəfsiz, ləyaqətsiz, vicdansız, xəyanətkar adamlardır. Aydın məsələdir ki, yayılan bu yalan məlumatlar məni istəməyən şərəfsizlər, namussuzlar, nəslində erməni qanı olanlar tərəfindən ayrı-ayrı saytlara məqsədli şəkildə ötürülür. Məkrli planlarını gerçəkləşdirmək üçün jurnalistləri aldadaraq əsassız, yalan məlumatlar yayırlar.

Ar olsun bəzi belə yalan, qərəzli məlumatlar yazan şərəfsizlərə".

Geri qayıt