Əsas Səhifə > Hadisə, Manşet > Daha çox narazılıq ondan idi...

Daha çox narazılıq ondan idi...


1-06-2018, 10:08
Daha çox narazılıq ondan idi...
DİA.AZ: - Barəsində ən çox şikayətlər olunan daha bir icra başçısı yola salınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Qaynağın iddialarına görə, yaxınlarda Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev vəzifəsindən alınacaq.

Mənbə dia-az.site-a bildirir: "Asif Ağayev bu vaxta qədər "oliqarxların dostu, kəndlinin qənimi" kimi tanınıb. İndi isə vəziyyət kifayət qədər dəyişib. Onun kəndlilərdən zorla, min-bir fırıldaqla aldığı torpaqların geriyə - kəndlilərə qaytarılmasının vaxtı çatıb.

Elə yeni kənd təsərrüfatı naziri İnam Kərimovun da Asif Ağayev kimi bir kadrla işləməsi kifayət qədər çətin görünür. Yəni bu o deməkdir ki, Asif Ağayev təkcə barəsində ən çox şikayət olunan icra başçısı kimi yox, həm də yeni siyasətlə ayaqlaşa bilməyən bir məmur kimi komandadan çıxdaş olunacaq".

dia-az.site xatırladır ki, yeni KTN şefi bu günlərdə oliqarxların əlində olan torpaq sahələri ilə bağlı məsələyə toxunmuşdu. Şamaxıda isə böyük ərazilər ayrı-ayrı məmurların hasarlanmış bölgələrinə qatılıb ki, bu işdə də Asif Ağayevin "böyük zəhməti" var.

Qarşı tərəfi də dinləməyə hazırıq..

Geri qayıt