Əsas Səhifə > Hadisə, Manşet > AYNA-nın şəkilləndirdiyi yollar RƏSMƏN PROBLEM YARADIR...

AYNA-nın şəkilləndirdiyi yollar RƏSMƏN PROBLEM YARADIR...


17-09-2024, 10:09
AYNA-nın şəkilləndirdiyi yollar RƏSMƏN PROBLEM YARADIR...
Keçən günlərdə Dia-az.İnfo olaraq məlumat verərək bildirmişdik ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mətbuat Prospektində - Azərbaycan Dövlət Nəşriyyatının üzbəüzündə 4 xəttli hərəkət yolunda "İSLAHAT APARARA", hərəkət xəttinin sayını 1-ə endirib. Belə ki, əvvəlki xəttlərdən birini velosipedlərə, birini parklamaya və daha birisini isə avtobuslara ayıran AYNA-nın yaratdığı gərginlik tədris ilinin açılmasından sonra daha da ciddi şəkildə hiss olunmaqdadır. Digər vaxtlarda tıxac olmayan Mətbuat prospekti bu gün AYNA-nın sayəsində hərəkətsiz bir zolağa çevrilib...

Dia-az.İnfo bildirir ki, təkcə Mətbuat prospekti yox, Bakının əksər küçələri məhz AYNA-nın "islahatlarından" sonra problemli yollara çevrilib.

Məsələn, tanınmış jurnalist Qalib İbrahimoğlu belə qeyd edir: "Bakıda avtobus yolu var, velosiped yolu var. Bir çığır da Wolt üçün açsalar, tam olar... Bu səhər mən də AYNA-nın yaratdığı o keçilməz səddi birtəhər yara bildim... Səhər saat 7-yə qalmış evdən çıxıb iki saatın tamamında işdə olmuşam...

Digər tanınmış jurnalist Samir Mustafayev isə belə deyir:

"Nərimanovun heykəli olan dairədən Qış Parkına enən 2 zolaqlı yolu AYNA bir zolaqlıya çevirib. Səhər 20 nömrəli məktəbə qədər süni tıxac yaranmışdı. Avtobus zolağı lazımdır, amma heç olmasa üç zolaqlı yollarda..."

Görünəni odur ki, AYNA "qaş düzəltdiyi yerdə vurub göz çıxarıb"...

Geri qayıt