Əsas Səhifə > Hadisə, Manşet > Oğuz meşələrini məhv edən rayon icra hakimiyyətinə söz deyən yoxdur
Oğuz meşələrini məhv edən rayon icra hakimiyyətinə söz deyən yoxdur22-09-2014, 10:08 |
DİA.AZ: - «Oğuz rayonu Calud kəndində Azərbaycan meşələri ucdan-tutma məhv edilir» - Bu sözlər DİA.AZ-a müraciət edən rayon sakinlərinin verdiyi məlumatda yer alıb. Xəbəri çatdıran sakinlər dia-az.life-a açıqlamalarında narahatçılıqla bildirirlər ki, meşələrin məhv edilməsi Oğuz rayon icra hakimiyyəti başçısının nəzarəti altında həyata keçirilsə də, meşədən əldə edilən material oliqarx-məmurlardan birinin mebel sexlərinə göndərilir. «Ən acanıcaqlı olan isə budur ki, baş verənləri yerli sakinlər, xüsusən də Calud kəndində yaşayanlar sükutla seyr edirlər. Kimsə etiraz etmir» - deyən qaynaq dia-az.life-a bildirir ki, bunun da səbəbləri var: «Çünki yerli camaat təbii qaz olmadığından odundan istifadə edir. Və kimsə meşəbəyi ilə münasibətlərinin korlanmasında maraqlı deyil. Qarşıdan isə qış gəlir. Belə bir ərəfədə isə meşəbəyi ümumiyyətlə, bölgədə daha da vacib fiqura çevrilir. Binəva camaat düşünür ki, mebel üçün doğranan qiymətli palıd, fındıq, qoz ağaclarının tullantıları da onların bu qış isinməsinə kömə olacaq». Onu da bildirək ki, əməkdaşlarımız Oğuz meşəsində son bir həftə ərzində geniş miqyas alan bu yaşıl soyqırımla bağlı geniş reportaj hazırlayırlar. Onu diqqətinizə yaxın vaxtlarda təqdim edəcəyik. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |