Əsas Səhifə > Hadisə, Manşet > Arzu Rəhimov dövlətəmi xidmət edir, yoxsa özünə...

Arzu Rəhimov dövlətəmi xidmət edir, yoxsa özünə...


4-12-2015, 09:47
Arzu Rəhimov dövlətəmi xidmət edir, yoxsa özünə...
DİA.AZ: - Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir. Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdisə, dünən Arzu Rəhimovdan şikayətçi düşən polkovnikin müraciəti geniş rezonans doğurdu. Səlində bütün bunlar problemin həm ciddiliyindən, həm də daha geniş fəsadlara nədən ola biləcəyindən xəbər verməkdədir.

Hər halda ordu quruculuğunda mühüm strateji məqam olan səfərbərlik idarəsində müşahidə olunan xırda nöqsan belə böyük təhlükəyə gətirib çıxara bilər ki, bu da baş verənlərin, iddia olunan faktların "yuxarılar" tərəfindən ciddi şəkildə təftişini, qiymətləndirilməsini zəruri edir.

DİA.AZ-a daxil olan son müraciətin müəllifi də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxslərindən biridir. Redaksiyamıza müraciət edən zabitimiz baş verənlərə dözə bilmədiyini, həm də işini itirmək istəməməsi səbəbindən adının açıqlanmamasını xhiş etdi. Biz də onun xahişini nəzərə alara Arzu Rəhimova ünvanladığı sualları redaksiyamız adından xidmət rəisindən soruşmaq qərarına gəldik.

Beləliklə, dia-az.life-a müraciət edən zabit ortaya belə suallar qoyur və həm də cavablandırır:

"Rəcəb Cəfərov kimdir və nədən qısa müddət ərzində səfərbərlik xidmətinə heç bir aidiyyatı olmayan bu şəxs baş leytenant rütbəsi alaraq, xidmət rəisinin köməkçisi vəzifəsinə irəli çəkilib?

Sualın cavabı sadədir: Arzu Rəhimovun baldızının oğlu olan bu şəxs və eləcə də onun qardaşı Sahib Rəcəbov hər zaman xidmət rəisinin himayəsi altında olublar. Və baldızının övladlarına çox böyük etimad göstərən Arzu Rəhimov hətta kənardakı biznesinin idarə olunmasını da Sahib Rəcəbova həvalə edib.

Növbəti sual: Nədən Nazirlər Kabinetinin 59 saylı qərarının ziddinə olaraq xidmətdə 35-40 arası sayda hərbi xidmətə yararsız kadrlar iş başında, yüksək məqamlardadırlar?

Yenə də cavabı sadədir: Bu faktor hamıya şamil olunmayıb, həmin şəxslər ya Arzu Rəhimovun yaxın adamlarıdır, ya da rüşvət hesabına mövqelərini qoruyurlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məxfi şöbəsinin rəisi kimdir və ümumiyyətlə, bu adamın səfərbərlik idarəsinə nə aidiyyatı var?

Yenə də cavabı aydındır: Bu adam da Arzu Rəhimovun hələ sərhəd qoşunlarından dostluq etdiyi şəxsdir. Məxfi Şöbənin rəisi vəzifəsini tutan Ramil Əsədov da qanunlara zidd olaraq vəzifə başındadır və o, sərhəd qoşunlarından orduya yararsız kimi tərxis olub".

dia-az.life bildirir ki, eyni mənbə redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışan yararsız kadrların siyahısını və eləcə də əlavə ittiham dolu faktları da təqdim edib. Bu barədə daha geniş materialı diqqətinizə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt