Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                     Rus ordusu Donetskdə irəliləyib .....                     Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər .....                     Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ .....                     Naxçıvan rəhbərliyinin “B” planı .....                     Zəngəzura nəzarət belə olacaq .....                     Cəlilabadda iki məktəbin bir direktoru var?! .....                     Ermənilər YENİ SAVAŞ tədarükündə... .....                     Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı .....                     Azərbaycanda dörd universitetə akkreditasiya verilib .....                     Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi .....                     Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi .....                     Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... .....                     Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? .....                     AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... .....                     Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? .....                     Fransa artıq bütün körpüləri yandırıb... .....                     Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı .....                     Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... .....                     “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? .....                     Sərdar Əsədova ağır itki üz verib .....                     Məktəblərin qapısına ASILACAQ QIFIL... .....                     Tarix İnstitutunda daha bir QALMAQAL .....                     Heç bir sosial platformada təmsil olunmayan iki partiya... .....                     “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK .....                     “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB .....                     Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... .....                     Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... .....                     KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                 

“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
Tarix: 26-01-2017, 08:23 | Çap et
“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
Rusiya xarici işlər nazirinin ötən həftə verdiyi “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” məzmunlu açıqlaması müxtəlif şərhlərin, iddiaların səslənməsinə yol açdı. Diqqətçəkən iddialardan biri də odur ki, bəzi sosial şəbəkə iştirakçılarının fikrincə, Lavrov ola bilsin, həmin bəyanatla 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında imzalanmış “Bişkek protokolu”na işarə edib. Bu iddianın müəllifləri qeyd edirlər ki, məşhur “Bişkek protokolu”nda Lavrovun sözügedən bəyanatına bənzər müddəa əksini tapıb.

Bəs əslində “Bişkek protokolu”nda nə yazılıb, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi, işi deyil” və ya buna bənzər hər hansı müddəa, fikir bu sənəddə varmı?

“Bişkek protokolu” imzalanan dövrdə dövlət müşaviri vəzifəsində işləyən politoloq Qabil Hüseynli bildirdi ki, “Bişkek protokolu”nda qətiyyən o cür müddəa və ya fikir, cümlə yoxdur. O cür müddəaların, fikrin həmin sənəddə yazıldığı və Sergey Lavrovun indi həmin müddəaya və ya fikrə işarə etdiyi barədə deyilənlər tamamilə əsassızdır: “Həmin iddiaları irəli sürənlər, görünür, ”Bişkek protokolu"nun adını eşitməkdən başqa bu sənəd barədə heç bir məlumata malik deyillər. 1994-cü ilin mayın 12-də imzalanan “Bişkek protokolu” tərəflər arasında gedən müharibədə atəşkəs barədə sənəddir. Mən o sənədi bir neçə dəfə şəxsən özüm diqqətlə oxumuşam. 5 səhifədən ibarətdir. Orada söhbət atəşkəs elan olunmasından gedir.
Bişkekdə imzalanan həmin protokola Milli Məclisin sədri Rəsul Quliyev, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma Dağlıq Qarabağın erməni icması adından Karen Baburyan, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Nizami Bəhmənov, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya pezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imza atıb. Atəşkəs müqaviləsi imzalamaq təklifi Moskvadan gəlmişdi.

Öncə belə razılaşdırılmışdı ki, sənədi Azərbaycan və Ermənistan dövlətləri adından Milli Məclis sədrinin birinci müavinləri imzalasınlar. Ona görə də Azərbaycandan Milli Məclisin sədri Afiyəddin Cəlilov göndərilmişdi. Afiyəddin Cəlilov Heydər Əliyevə zəng edib məlumat verdi ki, Vladimir Kazimirov “Dağlıq Qarabağ Respublikası” adından nümayəndənin də müqaviləyə imza atmasına nail olmaq istəyir, həmçinin protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri yazılıb, işğal sözü yoxdur. Təcrübəli siyasətçi olan Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, imzalamaqdan imtina et, geri qayıt.

Afiyəddin Cəlilov da bu cür etdi. Bundan sonra hiyləgər Kazimirov gəldi Bakıya. Heydər Əliyev Kazimirova çox sərt sözlər dedi. Bundan sonra protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri Heydər Əliyevin təkidi ilə “işğal olunmuş ərazilər” sözləri ilə əvəzləndi, “Dağlıq Qarabağ Respublikası” sözləri sənəddən çıxarıldı. Dağlıq Qarabağın azərbaycanlı icmasının və erməni icmasının təmsilçiləri ifadəsi sənədə daxil edildi. Razılıq əldə olundu ki, atəşkəs müqaviləsini Azərbaycan və Ermənistanın Milli Məclis sədrləri imzalasın. Azərbaycan tərəfinin məsələyə olan həssaslığı və ciddiyyəti protokolda da öz əksini tapıb".

Q.Hüseynlinin sözlərinə görə, o zaman elə vəziyyət yaranmışdı ki, atəşkəs imzalamaq lazım idi. Çünki Azərbaycanın qarşısında böyük vəzifələr dururdu: “Birincisi, Rusiyanın köməyi ilə Ermənistan böyük qüvvəyə malik idi. Bu isə Azərbaycan və onun dövlətçiliyi üçün böyük təhlükə idi. Digər tərəfdən, Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dururdu. Bu vəzifələrdən biri Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmək, ölkədə özbaşınalığı və qanunsuz silahlı birləşmələri yığışdırmaq idi. Ən ümdə məsələ isə Azərbaycan və dünyanın böyük neft şirkətləri arasında neft müqaviləsini imzalamaq. Daha sonra isə diplomatik fəaliyyətimizi daha da canlandırıb Ermənistanın Azərbaycana olan təcavüzünü bütün dünyaya çatdırmaq kimi məsələlər dururdu.

Dünyanın aparıcı neft şirkətləri ilə danışıqlar aparıldı və son nəticədən dünyada misli bərabəri olmayan böyük neft kontraktı imzalandı. Ən başlıcası isə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın xarici siyasəti yenidən quruldu. Əsas qarşıda duran məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin bütün səbəblərini və anatomiyasını dünyanın həm beynəlxalq təşkilatlarının, həm də ayrı-ayrı dövlətlərinin nəzərinə çatdırmaq idi. Heydər Əliyev həmin dövrdə çox gərgin və yorulmadan iş aparıb. O, əvvəlcə dünyanın aparıcı dövlətlərinin, yəni BMT təhlükəsizlik şurasına üzv olan ölkələrin hər birində oldu. Bu məsələ ilə bağlı onları məlumatlandırdı və onlardan kömək istədi. Daha sonra digər ölkələrə rəsmi səfərlər etməklə Dağlıq Qarabağ problemi ətrafında yaranmış informasiya blokadasını yardı və bunu bütün dünyanın diqqətinə çatdırdı”.

“Bişkek müqaviləsi”nin 20 illiyə nəzərdə tutulduğu və əslində 2014-cü ildən qüvvədən düşdüyü barədə iddialara gəlincə, keçmiş dövlət müşaviri məlumat verdi ki, “Bişkek müqaviləsi”ndə nəzərdə tutulub ki, müqavilənin müddəti bitdikdən sonra tərəflərdən heç biri etiraz etmədikdə, həmin müqavilə işləməkdə davam edəcək. Yeni müqavilənin imzalanmasına ehtiyac olsa da, köhnə müqavilənin müddəaları hələ də işləməkdədir.

Çünki onun pozulması və qüvvədən düşməsi haqqında tərəflərdən heç biri bəyanat verməyib: “Ona görə də hələ ki bir müddət köhnə Bişkek müqaviləsi ilə işləmək lazım gələcək. Bundan sonra isə yeni müqavilənin imzalanması yox, böyük sülh müqaviləsinin imzalanması istiqamətində səylər gücləndirilib. Çünki artıq problemə baxılması ilə bağlı 20 ildən çox bir müddət keçib. İndi isə əsas diqqət problemin həllinə yönəlir”.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51
Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
“Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28
Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20
Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru