Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                     Gürcüstanda .....                     Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb .....                     İrana hücumda onlar da iştirak ediblər .....                     Paşinyanın yeni ədliyyə naziri bəlli oldu .....                     Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? .....                     Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... .....                     Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı .....                     “Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” .....                     Yuliya Navalnaya Qərbi qəzəbləndirib .....                 

"44 yaşımda özümə ölüm arzuladım"
Tarix: 30-01-2017, 09:01 | Çap et
"44 yaşımda özümə ölüm arzuladım"
Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətəni danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Layihəmizin növbəti qonağı “Vəhdət” partiyasının sədri, deputat Tahir Kərimlidir. O, məşhur qaçaq Zahidin sonbeşik övladı olan atası Zahid ağa Kərimlidən danışacaq.
Sizi Tahir Kərimli və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

“Atamın kitabxanası”

-Atam Zahid ağa Azərbaycan Milli Ensiklopediyasına adı düşən məşhur qaçaq Zahidin doğmaca oğludur. Atamı erkən, 12 yaşımda itirmişəm. Amma ondan bir çox nümunəvi xarakter, xüsusiyyətləri öyrəndim və onlar indiyə qədər də məni müşayiət edir. Atam çox iradəli, güclü insan idi. Elə fiziki baxımdan da güclü olub. Hətta uşaq olarkən, məşhur pəhləvanlardan biri, səhv etmirəmsə, İbrahim pəhləvan onu Şamaxıdan Bakıya gətirib. Haradasa, 14 yaşına qədər Bakıda sirkdə çalışıb. Amma sonradan oradan uzaqlaşıb. O, böyük xarakter sahibi, intellekt yiyəsi idi. Rəhmətə gedəndə 12 yaşım var idi, evim də böyük oğlu idim. Atamın kitabxanası, həm də çox böyük kitabxanası bir növ, mənə əmanət qaldı. Görürdüm ki, aqronom olmaqla yanaşı, az qala, bütün sahələrə aid kitabları oxuyub. Məni də o kitabxana yetişdirdi...

“Atam yenicə rəhmətə getmişdi...”

-Atam yenicə rəhmətə getmişdi. Bu bizim güzəranımıza da təsirsiz ötüşmədi. Vəziyyətimizi nisbətən yaxşılaşdırmaq üçün bir inək aldıq. Ona da ot lazım idi. Bir yoldaşımla otun yaxşı olduğu əraziyə gedib, yığmaq istədik. Çəpərdən içəriyə adlamışdıq ki, bir də gördük nəhəng bir adam gəlib bizi yaxaladı. Yəqin, o əraziyə nəzarət edən adam idi. Atamızı, kimlərdən olduğumuzu xəbər aldı. Babamın adını verdim, dedim, Məşədi Məhəmmədin nəvəsiyəm. Yoldaşım da dedi ki, Seyidin oğludu. Onu buraxıb məni saxladı. İndi yoldaşım kəndə tərəf gedib xəbər aparmaq istəyir ki, Tahiri saxladılar, cəzalandıracaqlar. Özüm də elə düşünürdüm. Amma o nəhəng adamın yanında çəpəri adlayıb, oradan uzaqlaşmaq mümkün deyildi ki... Bir də gördüm, həmin adam özü bir xeyli ot yığdı, dinib-danışmadan özü ot bağlamasını kürəyinə atıb, düz bizim evə gətirdi. Dedi, “bala, o vaxt biz MTS-də traktorçu işləyirdik. Sənin atan istənilən kolxoz sədrinə deyirdi ki, mənim traktorçum gəlib, ən bərk torpağı şumlayacaq, amma sən onun pulunu kəsmə. Yüzə yaxın tarktorçu idik, atan hamıya bu cür yardım edirdi. Amma o, rəhmətə gedəndən sonra çətin vəziyyətə düşdük. Onun bir sözüylə alacağımız əmək haqqınıın heç yarısını da ala bilmədik”.
O zaman 13-14 yaşım olardı. Bu hadisə heç vaxt mənim yadımdan çıxmır. Atam o məqamda da bizə yardımçı olmuşdu. Onunla bağlı olan xatirə bizim əlimizdən tutmuşdu.

“Himayəçi ruhlar”

-Atamdan qorxmazlıq, ana babamdan zəhmətsevərlik öyrəndim. Onların hər ikisinin, xüsusən, atamın ölmüş adı belə, bizim himayəçimiz oldu. Yadıma gəlir, ailə qurduğum xanım üçün elçiliyə gedəndə də bu ad mənim əlimdən tutdu. Qohum olduğum ailə hörmətli, adlı-sanlı ailə idi, qayınatam kolxoz sədri vəzifəsində çalışırdı. Amma atamın ölmüş adı onun üçün çox dirilərdən üstün gəldi. Bu ad hər zaman bizimlə oldu. Bu ad onun xeyirxahlıq etdiyi hər bir insanın qəlbində yaşadı. Xatırlayıram, biz - onun övladları, xalam uşaqları, qohum-qonşu ilə evə gələndə, birinci çıxarıb onlara xeyli pul verərdi. Sonra biz uşaqlarına az pul bağışlardı. Umud adlı qoca kişi var idi, kimsəsiz və əlacsız... Atam onu gətirib evində saxladı, harasa gedəndə çox əziyyət çəkməsin deyə, ona motosiklet aldı. Atamdan bizə bu alturizm keçdi - yəni, özünü başqaları naminə fəda etmək. Bu səbəbdən də, qardaşlarım evdən gizlin Qarabağa-döyüşlərə yollandılar. Özüm neçə dəfə ölümü gözə aldım... Atamın bizə qoyduğu əmanətlər idi, bunlar...

“44 yaşın xəcaləti”

-Atam çox erkən, 44 yaşda dünyasını dəyişdi. Mənimsə, bugün-sabah 61 yaşım olacaq. Ağsuda, Şamaxıda özümün və ailəmin evlərində, elə Bakıda yaşadığım mənzildə atamın fotoları var. Mən o şəkillərdə atamın gözlərinin içinə baxa bilmirəm. Xəcalətlənirəm. 44 yaşım tamam olanda özümə ölüm arzuladım ki, atamın yaşından artıq yaşayıram.

“Atamın qonaqları”

-Atam rayonun baş aqronomu idi. Onunla bağlı o qədər xatirələr var ki, yazdıqca qurtarmaz. Uşaq idim, bizə atamın Rusiyadan, Ukraynadan qonaqları gəlirdi. Çoxu əkin sahələrinə təyyarə ilə dən, gübrə səpən təyyarəçilər idilər. Bizdə yeyərdilər, içərdilər, mahnı oxuyardılar. Daha sonra atam onları üstüaçıq “QAZ-51” maşınında ata yurdu Şamaxıya aparardı. Mən də aralarında olardım. Şamaxı yolunda malakanlar yaşayırdı. Malakan qızları rus qonaqlara gül-çiçək atardılar, eyni dildə danışardılar... Maraqlı günlər, maraqlı xatirələr idi...
Atamın dostlarından biri Bakıda gəmiçilik zavodunda yüksək vəzifədə çalışan Lukov soyadlı şəxs idi. Atam rəhmətə gedəndən sonra Lukov bizim kəndə gəlmişdi. Vəfatından xəbəri yox idi, odur ki, insanlardan atamı soruşdu. Mən qabağa çıxıb rusca dedim ki, atam ölüb. Heç vaxt yadımdan çıxmaz, o, öz başını dəfələrlə taxta darvazaya çırpdı. Çox pis olmuşdu... Təəssüflənirdi ki, elə gözəl insan niyə erkən öldü?!

“Atamın adamları”

-Tək o deyildi ki... Atamın adının, xatirəsinin birləşdirdiyi insanlar- atamın dost-tanışı çox idi. Bütün kənddə, bütün rayonda bu insanların sayı bilinməzdi. Atam rəhmətə gedəndə başsağlığına gələn insan seli bitib-tükənmək bilmirdi. Mən evimizin pilləkənində oturub, maddım-maddım bu insan selinə baxırdım. Nə baş verdiyini bəlkə də, tam dərk etmirdim. Nurəddin adlı bir kişi var idi. Uzaqdan ancaq mənə baxıb ağlayırdı. Axırda ürəyi dözmədi, dedi, uşaqları buradan, camaatın içindən aparın...
“Atamın insanları” məni toyumda da tək buraxmadı. Bunu deməyim bəlkə də, yaxşı deyil, amma daha qocalmışam, oxucular məni anlayar. Toyuma 300 adamı dəvət etmişdik, amma 800-dən çox adam gəldi. Hamısı da atama hörmət saxlayan adamlar... Dedilər, ilk övladının toyudur, gedək, iştirak edək... Əslində, o 800 adam yenə də, atamın işığına yığışmışdılar...

“Atamdan sonra...”

-Atam öləndən sonra anam, babam əllərindən gələni edirdilər, çox əziyyət çəkirdilər. Bizə deyirdilər ki, ancaq oxuyun! Düzdür, biz də bir işin qulpundan yapışmışdıq. Ev, həyət-baca işlərini görürdük, heyvan almışdıq, onları saxlamağa kömək edirdim. Evin üçüncü uşağı, böyük oğlu idim. Qardaşlarıma nümunə olmalı idim. Dərslərimdən “dörd” alımırdım ki, qardaşlarım görər, dərslərdən soyuyar. Siqaret çəkmirdim ki, görərlər, çəkərlər. Onlara pis nümunə olmaq istəmirdim, heç zaman. Anam da həmişə bizə deyirdi ki, siz ancaq oxuyun. Həyat ağır keçirdi. Atamdan sonra biz çox çətinliklər yaşadıq. Təsəvvür edin ki, atam öləndən sonra mən hər dəfə onu yuxuda görürdüm. Həmişə də ağ paltarda. Elə bilirdim ki, indi dirilib gələcək. Böyük həyətimizin meyvəsini - tutunu, alçasını bazarda satırdıq, dolanırdıq. Ana babam, Allah ona rəhmət eləsin, bizə çox yardım etdi. Mən o kişidən zəhmətsevərliyi öyrəndim. Yeznəmin atası atamın adına-şanına hörmət əlaməti olaraq, hər il bizə taxıl yollardı. Kolxoz sədri anbarın qapısını açanda ilk bizə taxıl satardı, sonra camaata. Atam adını bizim maddi yaşantılarımız üçün xeyriyyəçi kimi qoyub getmişdi.

“Bir də nişanlı vaxtı...”

-Nişanlı vaxtı çox ciddi maddi sıxıntılarım oldu. Heç bilmirdim ki, nə edim. Özümü də sındırmaq istəmirdim. Fikrət adlı yaxın dostum var, bu gün də onunla çox simsarıq. Allah canını sağ etsin. Bişinti sexi var idi, bir gün məni ora dəvət etdi. Elə bildim, məni də dəvət edib ki, bişmişlərdən bir az bizim evə yollatsın. Sən demə, məqsədi başqa imiş. Bir də gördüm, illərlə yığdığı pulların hamısını mənə uzatdı. Halbuki, o pulların cüzi hissəsi mənə bəs edirdi. Amma and–aman etdi, mən götürdüm. Məndən cəmi 2 yaş böyükdü Fikrət. Özü yalnız texnikum bitirib. Amma mən bu gün də onu özümə böyük qardaş sayıram.

“Atama müraciət”

Bunu demək mənə ağırdı. Amma deyim, o vaxt bizim ev kənddəki evlərdən böyük idi. Bu mənim ağırıma gedirdi. Deyirdim ki, necə olur, bütün evlərdən bu ev böyükdü? Hansı səbəbdən belə olub?! Oxuduğum kitablar məndə haqqa, hallalığa qarşı ifrat sevgi formalaşdırmışdı. İndi təbii ki, çox evlər bizim evdən böyükdü, o vaxt üçün deyirəm. Amma sonradan öz-özümə dedim ki, ata, məni bağışla ki, o vaxt belə düşünmüşəm. Nə yaxşı ki, sən bu evi tikib, bizim üçün qoydun. Biz üç qardaş ora üç gəlin gətirdik. Ailəmiz bütövləşdi, qazancmız anamızda oldu. Yoxsa, biz üç qardaş öz maaşımızla çətin ki, nəsə edə biləydik, ev olaydıq. Ata, sən sağ ol ki, bizi gələcəkdə üzləşə biləcəyimiz xəcalətdən qurtardın. Ruhun şad olsun!”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik - Baş nazir
Bu gün, 13:00
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Bu gün, 12:59
“Araz Supermarket”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:55
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" - Gürcüstan müxalifəti kütləvi aksiyalara başlayır
Bu gün, 12:54
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 12:51
"Bunun yanına çox kişi gəlib-gedirdi" - Oğlu öldürülən ana fəryad etdi
Bu gün, 12:41
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Bu gün, 12:40
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 12:35
Tanınmış aktrisa doğum günündə özünə avtomobil HƏDİYYƏ ETDİ
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru