Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur
Tarix: 8-02-2017, 07:56 | Çap et
ASDP sədri, deputat Araz Əlizadənin Osmanlı İmperiyası və Nuru Paşa haqqında söylədiyi aşağılayıcı fikirlərə reaksiyalar səngimək bilmir. Simasını bir daha ortaya qoyan deputatın ünvanına cəmiyyətin bütün təbəqələrindən ciddi tənqidlər gəlməkdə davam edir.
Deputat həmkarları tərəfindən də sərt şəkildə qınanır. Son olaraq, millət vəkili Adil Əliyev həmkarını sərt tənqid edib. O, facebook səhifəsində yazıb: “Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuru Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim. Qəhrəman Nuru Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbində dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.
Deputat Nizami Cəfərov da məsələ ilə bağlı modern.az saytına danışıb. O, A.Əlizadənin Osmanlı İmperiyası ilə bağlı fikirlərini əsassız sayır: “Nəyə görə əsassız sayıram? Çünki orada elə məsələlər var ki, onu müzakirə etmək olar. Araz Əlizadə də kifayət qədər məlumatlı və düşüncəli adamdır. O, boş yerə, təsadüfi söz də deməz. Amma bununla yanaşı, orada gərək bütün məsələlər nəzərə alınsın. Təsadüflər yox. Mənə elə gəlir ki, Araz müəllim mahiyyəti nəzərə almalıdır. Həmin dövrün mürəkkəb şəraitində nələrin baş verdiyi Tarix İnstitutu tərəfindən təhlil olunur. Mən hesab etmirəm ki, Ermənistanın Azərbaycan torpaqları hesabına dövlət qurması Osmanlı İmperiyasının günahıdır. Mən buna inanmıram. Çünki Osmanlı İmperiyasının o zaman elə bir gücü yoxuydu. Çünki Birinci Dünya müharibəsindən məğlub çıxmışdı. Həmin vaxtda da Atatürkün komandanlığı altında yeni hərəkat başlayırdı”.
Deputat bildirib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlməsi və xalqa kömək etməsi hansısa fərdi, subyektiv maraqlarla bağlı deyildi: “Bu, hərbi nazir Ənvər Paşanın ideallarından biri idi. Nuru Paşa Azərbaycana Turan dövləti yaratmaq, bütün Türk dünyasını birləşdirmək ideyası və marağı ilə gəlmişdi. Təbii ki, Azərbaycanda müəyyən problemlər oldu. Qafqaz İslam Ordusuna köməklik də olundu. Müəyyən qədər çətinliklər də oldu. Qafqaz İslam Ordusu burada lazımi qədər əsgər də yığa bilmədi. Müəyyən şeylərə inam itmişdi. Çünki dünya müharibədən çıxmışdı və bu, regiona da təsir etmişdi. Amma Nuru Paşanın burada şəxsi məqsədlərini, ideyaların həyata keçirməyinə inanmaq mümkün deyil”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarı barədə sərt danışdı: “Araz Əlizadə hər zaman fikirlər söyləyəndə etik normaları pozaraq, düşündüyünü hətta korrektə etmədən gündəmə gətirən bir insandır. Bu baxımdan, onunla bu və ya digər şəkildə qarşı-qarşıya gəlmək niyyətində deyiləm. Çünki səviyyəmiz arasında çox böyük fərq var. Həmçinin söykənmiş olduğumuz dəyərlərdə də çox böyük fərq var. Amma bir məsələ var ki, Araz Əlizadənin Azərbaycan türkünə, eyni zamanda türk dünyasına böyük nifrəti var. Hər zaman bu və ya digər şəkildə bunu ifadə edib. Görünür, bu da genetik kodlarının ona diktə etdiyi davranışdır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə “Yeni Müsavat”a açıqlamasında dedi: “Türkiyə ilə əlaqələr qanla yoğurulub, türk qardaşlarımız yüzlərlə şəhid verib bizim torpaqlar uğrunda veriblər. Çanaqqalada azərbaycanlılar yüzlərlə şəhid veriblər. Türkiyə dövlətinin varlığı, daim ayaqda olması bizim uğurumuzdur, eyni zamanda Azərbaycanın müstəqil qalması qardaş ölkənin uğuru kimi qəbul olunur. Nəinki millət vəkillərimiz, hər bir vətəndaşımız belə fikirlər səsləndirəndə diqqətli olmalıdırlar. Çox təəssüf edirəm ki, belə ifadələri həmkarım işlədir. Hesab edirəm ki, tarixçilərin həmin tarix barədə cəmiyyətə ətraflı məlumat vermələri çox vacib olardı. Araz bəy fikirlərində redaktələr etməlidir. Parlament üzvü olan bir şəxs qardaş ölkənin ünvanına bu cür fikirlər səsləndirməsi doğru deyil. Münasibətləri qurmaq əvəzinə, ona xələl gətirəcək açıqlamalar verilməməlidir. Yerində olmayan ifadələrdir. Deputat istənilən məsələyə öz münasibətini bildirə bilər. Amma indi çox həssas zamandır. Artıq Azərbaycanın dost-düşmənləri bəllidir və səngərləşmiş formadadır. Hansı dövlətin ölkəmizə qarşı hansı münasibətdə olduğu ortadadır. Ölkəmiz üçün hər şeyi etməyə hazır olan Türkiyə və onun sərkərdələri barədə bu cür fikirlər səsləndirmək heç zaman doğru olmaz. Belə məsələlərə həssas yanaşmaq lazımdır”.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hər bir deputatın bir məsələyə münasibət bildirməsinin onun şəxsi işi olduğunu qeyd etdi: “O şey ki, bizim tariximizdir, tariximizdə baş verən ağrılı məsələ ilə bağlıdır, o haqda danışanda son dərəcə ehtiyatlı olmaq lazımdır. Unutmaq lazım deyil ki, tariximiz uzun zaman saxtalaşdırılıb, arxivlərdə gizlədilib. Bir çox hadisələr barədə düzgün olmayan informasiyalar yayılıb. Bu, SSRİ-nin məqsədyönlü siyasəti idi. Azərbaycan-Türkiyə qardaşdır, böyük müttəfiqdirlər. Çanaqqalada bizimkilər döyüşüblər, şəhid olublar. Bakının erməni-daşnak qüvvələrindən təmizlənməsində türk əsgərlərinin qəhrəmanlıqları olub. Bu arada qeyd edim ki, ”Azərbaycan" qəzetinin ilk sayı Gəncədə buna həsr olunub və xalq bu xəbəri çox sevinclə qarşılayıb. Nuru Paşanın və Türkiyənin o zamankı yardımına hər zaman böyük hörmətlə yanaşmışıq. Onları xilaskarımız kimi qəbul etmişik. Kimsə onun haqqında mənfi danışırsa, nəzərə almalıdır ki, bu, xalqın heysiyyətinə toxunmaqdır. Belə məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Arxivə gedib, ilkin mənbəyə baxıb, düzgün danışmaq lazımdır".
Hazırda Araz Əlizadənin deputat olduğu Xətai rayonunun 15 il millət vəkili olan Ümid Partiyasının sədri İqbal Ağazadə qısa danışdı: “Bu barədə ona görə çox danışmadım ki, qərəz kimi görünə bilərdi. Ona görə də mövqeyimi facebook səhifəmdə bir cümlə ilə ifadə etdim. Başqa fikirlər səsləndirsəydim, deyəcəkdilər ki, seçkidən dolayı qərəzli danışır. Cəmiyyət onsuz da kifayət qədər ciddi reaksiya verir”.
A.Əlizadənin artıq mandatının əlindən alınması ilə bağlı çağırışlar da səslənməyə başlayıb.
AĞ Partiya bununla bağlı hökumətə çağırış edib: “Araz Əlizadə qardaş Türkiyə əleyhinə heç bir tarixi faktlara söykənməyən, yalnız iftira və böhtana əsaslanan sayaqlamalarla gündəmə gəlib. Öz keçmişini unutmuş manqurt deputat 1918-ci ildə Azərbaycan xalqını erməni, rus silahlı dəstələri tərəfindən total şəkildə fiziki məhv edilmədən, soyqırımdan xilas edən Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşaya da həyasızlıq edib. AĞ Partiya Azərbaycanın hüquq-mühafizə orqanlarından tələb edir ki, iki qardaş dövlət arasında nifaq salaraq, süni düşmənçilik zəminində dövlətlər arasındakı münasibətlərə xələl gətirən bu şəxsin əməlinə hüquqi qiymət verilsin və qanunvericilik çərçivəsində lazımi tədbirlər görülsün. Həmçinin Milli Məclisin Nizam-İntizam komissiyasından tələb edirik ki, Araz Əlizadənin bu əməlləri gündəliyə salınsın, müzakirəyə çıxarılsın və bu şəxsin deputatlıq mandatının ləğvi istiqamətində prosedurlara başlansın. Unutmaq olmaz ki, belə vətən xainlərinin nifaq salan fitnələrinə zamanında kəskin hüquqi cavab verilməsə, dövlət maraqlarımız və dövlətçiliyimiz daim təhlükə altında qalacaqdır”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51 |
|
|
|
• Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49 |
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
|