Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                     Gürcüstanda .....                     Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb .....                     İrana hücumda onlar da iştirak ediblər .....                     Paşinyanın yeni ədliyyə naziri bəlli oldu .....                     Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? .....                     Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... .....                     Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı .....                     “Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” .....                     Yuliya Navalnaya Qərbi qəzəbləndirib .....                     Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu .....                     Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik .....                     Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi .....                 

"İndiki müxalifət liderləri Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar" - Ayaz Mütəllibov
Tarix: 11-02-2017, 12:42 | Çap et
"İndiki müxalifət liderləri Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar"
DİA.AZ Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov-un Ölkə.az-a verdiyi geniş müsahibəni təqdim edir:

– Son vaxtlar dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycana qarşı olan qüvvələri sanki hərəkətə gətirib. Rusiya və digər böyük dövlətlər də bu vəziyyətdən sui-istifadə etməyə və Azərbaycana qarşı təzyiqlər etməyə çalışırlar. Sizcə, yaranan bu vəziyyət Azərbaycan dövlətinin müstəqilliyi üçün nə qədər təhlükəlidir?

– Bəli, belə narazılıqlar var və artıb. Ancaq bunun ciddi təhlükəsi yoxdur. Bilirsiz, hakimiyyətə müxalif olan və ya “5-ci kalon” adlanan insanlar elə hörmətə və nüfuza malik olmalıdır ki, xalq da onları eşitsin. Ancaq ehtiyatı da əldən buraxmaq olmaz. Özümüzü elə idarə etməliyik ki, narazılıq yaranmasın. Lakin müstəqilliyimiz üçün bunun ciddi təhlükəsi yoxdur. Azərbaycan xalqı müdrikdir.

Vaxtilə mən prezident olan zaman Azərbaycanda demokratik dəyərlərə yüksək dəstək verdim. Bəzən indi də düşünərək özümə sual verirəm ki, o vaxtı bunu niyə edirdim ki, axırda da gəlib məni hakimiyyətdən zorla uzaqlaşdırsınlar. Uduzan da xalqımız oldu. AXC hakimiyyəti məni hakimiyyətdən uzaqlaşdırmaqla xalqı geri atdı, ölkəni problemə saldılar. Halbuki mən o zaman da müxalifətə deyirdim ki, məni zorla hakimiyyətdən kənarlaşdırmağa çalışmayın. İmkan verin bir neçə il çalışım, Qarabağ problemini həll edək. Çünki həmin dövrdə yeni müstəqillik qazanmışdıq, daxili çəkişmələr var idi, ölkə təlatüm içində idi. Müxalifət mənim bu sözlərimi eşitmədi, öz biliyini etdi.

"Mənim vaxtımda Milli Məclisdə siyasi qüvvələrə tam yarıbayarı yer verilmişdi"

– Deyirsiz ki, müxalifətə demokratiya məsələsində də yüksək dəstək verirdiniz. İndi buna görə peşmansınızmı?

– Xeyr, qəti peşman deyiləm. Demokratiyadan savayı heç bir şey barəsində “bu bizə yaraşmır” deyə bilmərsən. Demokratiya mütləq olmalıdır. Demokratiyanın böyük tarixi və gələcəyi var. Sadəcə olaraq, həmin vaxtı mən prezident olaraq bunu anlamalı idim. O zaman keçmiş respublikalara böyük dövlətlər tərəfindən ciddi nəzarət var idi. Müəyyən beynəlxalq təşkilatlar hansı ölkələrdə demokratiyanın mövcud olub-olmaması ilə bağlı rəylər hazırlayırdı, bəyanatlar yayırdı. Buna uyğun olaraq da dövlətlərarası münasibətlər formalaşırdı. Mən də çalışırdım ki, Azərbaycanla bağlı rəylər mənfi deyil, müsbət olsun. Deməsinlər ki, Azərbaycanda demokratiya mövcud deyil.

O zaman mən istəmirdim ki, Qərbdə Azərbaycan qeyri-demokratik ölkə kimi tanınsın. Mən prezident olanda Azərbaycana demokratiya yeni gəlirdi. Bunun yükü də prezident kimi ilk dəfə mənim üzərimə düşdü. Mən də nə etməli idim? Demokratiyanın qarşısını alsaydım, mənə diktator deyəcəkdilər. Mən isə müxalifətdən əməkdaşlıq etməyi xahiş etdim. Müxalifətə müraciət edib dedim ki, gəlin əl-ələ verib işləyək. Misal üçün, mənim vaxtımda Milli Məclisdə siyasi qüvvələrə tam yarıbayarı yer verilmişdi. Bu o zaman üçün çox böyük hadisə idi. Hətta, Orta Asiya ölkələrindən mənimlə görüşən nümayəndələr buna həsəd aparırdılar. Orta Asiya ölkələrindən olan müxalifət nümayəndələri deyirdi ki, heç bizimlə hesablaşan yoxdur, ancaq Azərbaycanda müxalifətlə iqtidara bərabər imkanlar yaradılır. O zaman mənə çağırışlar da olunurdu ki, siz öz səlahiyyətinizin yarısını müxalifətə verməyin, axırda sizə qarşı çıxacaqlar. Nəticədə nə oldu? Nəticədə dedilər ki, Ayaz Mütəllibov zəifdir, gəlin onu devirək. Əslində, mən zəif deyil idim. Zəif olsaydım, bu qədər riskə getməzdim, bu qədər demokratiya mühiti yaratmazdım. Heç bir prezident real təhlükələri görə-görə, öz ailəsini riskə atmazdı. Ancaq mən bunu etdim. Mən yaxşı bilirdim ki, demokratiya mühiti yaradandan sonra özümə də təzyiqlər olacaq. Ancaq düşünürdüm ki, müstəqil Azərbaycanın ilk prezidenti olaraq bu məsuliyyət mənim üzərimə düşüb. Mən də bunu etməli idim, başqa yolu görmürdüm.

– Bəs indi Azərbaycanda demokratik vəziyyəti necə qiymətləndirirsiz?

– İndinin özündə də Azərbaycanda demokratik vəziyyət normaldır. Ölkədə azad mətbuat, media mövcuddur. Siyasi partiyalar istənilən vaxtı istənilən platforma və təkliflərlə meydana çıxıb aksiya keçirə bilir. Dinc şəkildə təkliflər irəli sürüb, dialoq aparmaq olar. Yoxsa ki, ancaq vuruşmaq lazımdır? Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir.

"İndiki müxalifət liderləri Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar"

– Ayaz müəllim, dediniz ki, demokratiya mühitinin ölkəmizə ilk gəlişi müstəqil Azərbaycanın ilk prezidenti kimi sizin dövrünüzə düşüb. Ancaq bir çox insanlarımız demokratik prezident olaraq sizi deyil, rəhmətlik Əbülfəz Elçibəyi görür. Bu barədə siz nə düşünürsünüz?

– Bilirsiz, burada da bayraq məsələsi öz sözünü deyir. Bunlar bayrağı əllərinə götürüb, indi imtina etmək istəmirlər. Halbuki, müxalifət düşərgəsinin heç də hamısı elə düşünmür. Allah ona rəhmət etsin! Rəhmətlik Əbülfəz Elçibəy çox üzüyumşaq adam idi. İndi müxalifət liderləri Əbülfəz Elçibəyin ünvanına müsbət fikirlər səsləndirir. Ancaq həmin adamlar Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar. İndi də bayraq olaraq belə deyirlər. Onların lideri mən olsaydım, yerimdə isə Əbülfəz Elçibəy olsaydı, o zaman da rəhmətliyi pisləyəcəkdilər.

Hələ mən prezident olanda da tez-tez eşidirdim ki, AXC-də təmsil olunan şəxslərdən bəzilərinin Əbülfəz Elçibəyə qarşı ciddi narazılığı mövcud idi.

– Ötən ilin sonlarında İran prezidenti Həsən Ruhani Ermənistana səfər edərək, işğalçı ölkə ilə bir sıra əməkdaşlıq sənədlərini imzalayıb. Bu səfər Azərbaycanda etirazla qarşılanıb. Buna sizin münasibətiniz necədir?

– Bilirsiz, bəzən görürsən ki, Azərbaycanda yüksək vəzifə tutan şəxslər İranı kəskin tənqid edirlər, “düşmən” adlandırırlar. Adam baxıb təəccüb edir. Mən bu cür şəxslərə müraciət edərək sual edirəm ki, axı İrana qarşı bu cür sözləri işlətməyə sizə kim ixtiyar verir? Həmin adamların buna səlahiyyətləri çatmır. Azərbaycanın xarici siyasəti ilə ilk növbədə Prezident məşğul olur.

İran Azərbaycana qonşu olan böyük dövlətdir. Bu gün Azərbaycanın problemləri həll olunub ki, İranla da yeni problem yaransın? Məgər bizim başqa dərdimiz yoxdur? İrana sataşmaq bizə fayda verməz. Ona görə də biz bütün bu cür məqamları dərk etməliyik və xalq olaraq bir hədəfə istiqamətlənməliyik. Bir-birimizə dəstək verib əlaqəli işləməliyik.

– Bəs Azərbaycanın yaxın gələcəyini necə görürsünüz?

– Mən Azərbaycanın yaxına gələcəyinə çox nikbin baxıram. Ancaq bir sıra sahələrdə işləmək, islahat aparmaq lazımdır. Elə etməliyik ki, Azərbaycanın həm Şimal, Şərq, həm də Qərblə lazım olan münasibətləri qurulsun. Eynin zamanda Azərbaycan öz qonşuları ilə də lazımı münasibətləri qoruyub saxlamalıdır. Qonşu dövlətlərlə bağlı bəzi populist çıxışlardan qaçmaq lazımdır. Bəzi dövlətləri tənqid edəndə, çox ehtiyatla yanaşılmalıdır. Çünki həmin dövlətlər bizdən inciyər və düşmənə daha yaxın olar. Məsuliyyətsiz çıxışlar etmək və dedi-qodu dalınca getmək düzgün deyil.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik - Baş nazir
Bu gün, 13:00
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Bu gün, 12:59
“Araz Supermarket”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:55
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" - Gürcüstan müxalifəti kütləvi aksiyalara başlayır
Bu gün, 12:54
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 12:51
"Bunun yanına çox kişi gəlib-gedirdi" - Oğlu öldürülən ana fəryad etdi
Bu gün, 12:41
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Bu gün, 12:40
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 12:35
Tanınmış aktrisa doğum günündə özünə avtomobil HƏDİYYƏ ETDİ
Bu gün, 12:32
“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” - İşxan Verdyan
Bu gün, 12:30
Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir - Papuaşvili
Bu gün, 12:26
KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... - Müştəriyə rəsmən ÇİLƏ YAŞADIRLAR...
Bu gün, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru