Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                     Gürcüstanda .....                     Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb .....                     İrana hücumda onlar da iştirak ediblər .....                     Paşinyanın yeni ədliyyə naziri bəlli oldu .....                     Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? .....                     Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... .....                     Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı .....                     “Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” .....                     Yuliya Navalnaya Qərbi qəzəbləndirib .....                     Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu .....                     Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik .....                     Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi .....                 

“Nəslimizdə 200-ə yaxın şəxs YAP-ın üzvüdür” - Əli Kərimlinin əmisi oğlu
Tarix: 15-02-2017, 08:02 | Çap et
 “Nəslimizdə 200-ə yaxın şəxs YAP-ın üzvüdür”
“Azərbaycan fermeri” qəzetinin baş redaktoru, AXCP sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov “Yeni Müsavat”a müsahibə verib. O, müsahibəsində siyasi-ictimai fəaliyyətindən və Əli Kərimli ilə münasibətlərindən danışıb.

Müsahibəni təqdim edirik:

- Nuhəli bəy, bir zamanlar mətbuatda, efirlərdə tez-tez görünürdünüz. Hazırda isə bu, bir o qədər də müşahidə olunmur. Fəaliyyətiniz nədən ibarətdir?

- Siyasi fəaliyyətim olduğu kimi davam edir. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bugünkü xoşbəxt Azərbaycanımızın qurucusu olan mərhum prezident Heydər Əliyevin dəyərlərinə xidmət edirəm, bu dəyərlərin müdafiəsində dayanmışam. Bəllidir ki, ölkə başçısının kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti var. Bu, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Mən bu siyasətə də sözdə yox, əməldə dəstək olmaq üçün fermer təsərrüfatı yaratmışam. Bunun üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit götürmüşəm. Ehtiyat fondunda olan torpaq sahəsindən 100 hektar sahəni istifadə etməyə çalışıram. Eyni zamanda 12 hektar sahəyə pambıq əkəcəm. Ümumilikdə 112 hektar sahədə təsərrüfat qurmağa çalışıram. Bu baxımdan, ola bilər ki, mətbuatdan bir qədər kənar düşmüş kimi görünürəm. Ancaq əslində isə elə deyil. Siyasi fəaliyyətimə yenə də davam edirəm.

Müxalifətin də fəaliyyətində son illər passivləşmə müşahidə olunur. Sizcə, bunun səbəbi nədir?

- Hər bir məsələ reallığa söykənir. Prezidentimizin gözəl bir ifadəsi var. Deyir ki, bizim ən böyük siyasətimiz, görəcəyimiz işlərdir. Bu gün ölkə başçısının apardığı uğurlu siyasət artıq öz sözünü deyir. Xalq ölkənin daxilində və xaricində aparılan siyasət nəticəsində əldə olunan uğurların şahidi olduğu üçün ölkə başçısının ətrafında sıx birləşib. Görünür ki, müxalifət də bunun əksi olaraq, xalqın inamını itirməkdə davam edir. Yalan vədlərlə, böhtanlarla, şantaj etməklə xalqın gözündən düşüblər. Fəaliyyətləri də buna görə zəifləyib. Artıq onların fəaliyyətindəki uğursuzluğu hər bir azərbaycanlı görür və dərk edir. Boş-boş vədlərlə heç nəyə nail ola bilməyəcəklərini özləri də anlayıblar. Zəifləmənin də səbəbi hesab edirəm ki, budur.

- Sizi bir çox hallarda Əli Kərimlinin əmisi oğlu kimi təqdim edib, bu cür tanıdırlar. Bu təqdimat sizə necə təsir edir?

- Əli Kərimli ilə bir kökdən yaranmışıq, qohumluğumuz da, şübhəsiz, var. Ancaq Əli Kərimlinin apardığı bugünkü siyasətə yox deyirəm. Onun siyasəti uğursuzdur və o, davamlı olaraq uğursuzluq içərisində batır. AXCP deyilən partiyada bir zamanlar tanınmış simalar var idi. İndi isə onların heç biri yoxdur. Bütün bunlar Əli Kərimlinin uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Əli Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə aparır. Bu, çox gülməlidir. Kərimlilər nəslinin ağsaqqalı mənəm. Əli Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idarə etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən biridir.

Qalan göstəricilər Əli Kərimlidə yoxdur. Əli Kərimli 1993-cü ildə hakimiyyətdə olduğu zaman respublikamızı elə bir iflic vəziyyətə saldı ki, rəhmətlik Heydər Əliyev kimi nəhəng adam, bütün iradəsini, təcrübəsini bir yerə qoyaraq, Azərbaycanı çətinliklə xilas edə bildi. Əli Kərimlilərin yenidən ölkəmizi iflic vəziyyətinə salmasını düşünməsini xəyanət kimi qəbul edirəm. Gəncləri mitinqə çağırır, ictimai-siyasi sabitliyi pozmaq istəyir. Çıxır mitinqlərdə boş-boş vədlər verir. Bütün bunlara yol verməyəcəyik. Əli Kərimli kimi insanlar ölkəni şəxsi məqsədlərinə qurban vermək istəyirlər. Məqsədləri yalnız öz şəxsi mənafeləridir. Bu gün hər bir azərbaycanlı xalqımızın birliyinə çalışmalıdır. Əli Kərimliyə bir daha onun ağsaqqalı kimi deyirəm ki, xəyallarını, yuxularını danışmaqla, insanları aldatmasın. Nə zamana qədər o, Heydər Əliyevin haqqını itirəcəksə, əmim oğlu olmasına baxmayaraq, onun siyasi fəaliyyətini rədd edəcəm. Əli Kərimli kimilər heç klub müdiri olmağa yaramır, nəinki dövlət katibi, prezident ola.

“Atam Əlinin atasını çağırıb dedi ki, oğluna tapşır, Heydər Əliyevi dəstəkləsin”

Siyasi baxımdan mövqeyiniz üst-üstə düşmür. Bəs qohum olaraq necə, yaxınsınızmı?

Bəlkə də elə bir düşmənçilik səviyyəsi ola bilməz ki, Əli Kərimli ilə mənim aramda gedir. Toyda, yasda da görüşə bilmirik. Elə bir təəssürat yaradıb ki, guya bu, demokrat insandır. Ancaq belə deyil. Əgər o, demokratik fikirli insan olsa, mənim vicdanım qarşısında verdiyim hesabata, siyasi baxışıma hörmətlə yanaşar. Cənab prezidentin gördüyü bu qədər müsbət işləri görə bilməyən adamda korluq əlaməti var. Dünən Əli Kərimlinin 18 yaşı tamam olan iki əmisi nəvəsi YAP-ın üzvü oldu. Onlar Uğur Kərimli və Rəsul Əlizadə oğlu Kərimlidir. Səbəb odur ki, reallıqla barışırıq, vicdanımız qarşısında hesabat veririk.

- AXCP-dən də son zamanlar xeyli sayda üzv ayrıldı. Bunu nə ilə əlaqələndirmək olar?

- AXCP-də olan siyasi fəaliyyət tam olaraq uğursuzluğa düçar olub. Bu partiya uğursuz, mənasız, nəticəsiz bir qurumdur. Əli Kərimli 3-5 nəfəri başına yığıb, fantastik fikirlər səsləndirir. Ölkəmizə elə iradlar tutur ki, adamın gülməyi gəlir. Təbii ki, qüsurlar da, cinayət də ola bilər. Ancaq bu o demək deyil ki, bunu prezident edir. Durub bütün günü rüşvətxorluqdan və digər bu kimi şeylərdən danışır. Millətin psixologiyasında olan şeyi, gətirib prezidentin adına çıxarır. Niyə? Bir adam kiməsə pul verir və bundan pul alan da razıdır, pul verən də. Dövlət bu insanlara nə etsin? Dövlət lazımi işləri görür, sabitliyi yaradır, gözəl layihələr həyata keçirir. Bütün bunlara mane olmağa çalışmaq, xalqa qarşı düşmənçilik siyasətidir. Əli Kərimli ermənipərəst siyasət aparır. Düşmənin əli ilə nəyəsə nail olmağa çalışır. Bunu kim qəbul edər? Mənim vicdanım, əqidəm var. Hardansa faydalanmıram. Qəzetimizi də cənab prezidentin siyasətinə dəstək olmaq üçün çıxarırıq. Bu, mənim vicdanımdan gələn işdir. İlham Əliyev Azərbaycan xalqının yolunda öz həyatını qoyan bir prezidentdir. Onu tənha qoymaq olmaz.

- Əli Kərimlinin qardaşı Şaiq Kərimli hazırda hansı işlə məşğuldur?

- Heç bir iş görmür. Müftəxorun biridir. Əli Kərimli xaricdən qrant alır, o da yeyir. Heç nəyə əl vurmadan, heç bir iş görmədən yüksək səviyyədə dolanır. İstədiyi həyat səviyyəsini yaşayır, əvəzində ölkənin daxilində düşmən əllərə şərik olur. Şaiqin gördüyü iş bundan ibarətdir. Adicə yaşadığım kənddə Əli Kərimlinin qohumları arasında ədavət aparır. Deyir ki, niyə Heydər Əliyevin siyasətinə xidmət edirsiz. Yaxşı edirik, sənə nə?!

- İddialar var ki, AXCP-də əsasən sizin kəndin sakinləri və Əli Kərimlinin ən yaxın adamları qalıb. Bu doğrudurmu?

- Yalan söhbətdir. Bizim kənddən cəmisi 4-5 nəfər Əli Kərimlinin yanındadır. Azadkənd kəndində YAP-dan seçkilərdə nümayəndə olmuşam. Orada tam demokratik seçki keçirildi və prezident İlham Əliyev 87 faiz səs çoxluğu ilə qalib gəldi. Səbəb budur ki, Əli Kərimli dövlət katibi kimi mühüm vəzifəni tutduğu zaman kəndin yollarına heç bir maşın çınqıl daşı da tökmədi. İnsanlar ondan heç bir xeyir görməyiblər. Ona görə də kəndin camaatı bu gün onların deyil, mənim yanımdadırlar. Əlimdən gələn hər bir köməkliyi bu gün kənd camaatımıza edirəm. Səbəb də odur ki, bu insanlar bizim partiyamıza, vicdanımıza, əqidəmizə inansınlar. Bu kəndin camaatına nə ediblər, hansı səmimiyyəti qurublar ki, onlardan da dəstək alsınlar? Başa düşmürəm ki, bunlar AXCP dedikdə kimləri nəzərdə tuturlar.

- Hakimiyyətə rəğbətiniz nə zamandan yarandı?

- AXC deyilən qurum yarananda mən də onlara qoşulmuşdum. Müstəqillik əldə etdiyimizdən sonra böyük bir anarxiya, vətəndaş qarşıdurması ilə qarşılaşdıq. Tarixin ən böyük azərbaycanlısı adlandırdığım Heydər Əliyev bütün bunların qarşısını aldı. Bir şeyi deyim ki, Əbülfəz Elçibəy gözəl insan olsa da, onu prezident kimi nə mən qəbul etmişəm, nə də rəhmətlik atam. Atam Heydər Əliyevin Bakıya gəlib, təyyarədən düşməsini televizor vasitəsilə izləyəndə ölüm ayağında idi. O, həmin vaxt hamımızı çağırıb dedi ki, Heydər Əliyev gəldisə, mən bu dünyadan arxayın gedəcəm. Həmin vaxt atam Əli Kərimlinin atasını da yanına çağırıb bildirdi ki, Elçibəyin yanında Əli ikinci adam olmaqdansa, Heydər Əliyevin yanında on mininci adam olmağı şərafətlidir. Atam dedi ki, oğlunu başa sal, qoy ölkənin ağır günündə Heydər Əliyevin yanında olsun.

Heydər Əliyev o vaxt həyatını riskə atıb, ölkəni xilas etdi. Bunu başa düşməyən insanlara nə deyəsən? 1994-cü ildən Əli Kərimli ilə məxfi mübarizəm yarandı. Heç kimə demirdik ki, kənddən, eldən ayıbdır. Əli Kərimli başladı bizdə ailə münaqişəsi yaratdı. Kiçik qardaşımı mənimlə üzbəüz qoydu. Ancaq indi həmin qardaşım da mənim yanımdadır, YAP-ın üzvüdür. Nəsildə nifaq salan adam, prezident də olsa, ölkədə qarışıqlıq yaradar. 1997-ci ildən mən də YAP-ın üzvüyəm. İndi bəziləri mənə ləyaqətsiz, şərəfsiz deyir. Ancaq başa düşmürlər ki, bu gün ağsaqqal kimi gedib Əli Kərimlinin boş vədlərinə dəstək versəm, bu millətin ən böyük düşmənlərindən biri də mən olaram.

Ailəmdə 8 üzv var, hamısı YAP-ın üzvüdür. Nəslimiz böyük nəsildir. Bizim nəsildə 200-ə yaxın şəxs YAP-ın üzvüdür. Nəslimizdə yaşı 18-ə çatanlar da YAP-a üzv yazılır. Otağım da, gördüyünüz kimi, başdan-başa Heydər Əliyevin şəkilləridir. Bir gün olacaq ki, Əli Kərimliyə xalq düşməni adı verəcəklər. Bu gün ona görə İlham Əliyevin yanındayam ki, bir ailə başçısı səhv edəndə, ailənin üzvləri əziyyət çəkir. Dövlət başçısı səhv edəndə isə bütün əhali zülm çəkir. Bu gün biz təcrübələrə istinad etməliyik. Heydər Əliyev siyasətini tam mənimsəyə bilən insan İlham Əliyevdir. Ona görə də Heydər Əliyevdən sonra Əli Kərimlini deyil, İlham Əliyevi dəstəkləyirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik - Baş nazir
Bu gün, 13:00
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Bu gün, 12:59
“Araz Supermarket”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:55
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" - Gürcüstan müxalifəti kütləvi aksiyalara başlayır
Bu gün, 12:54
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 12:51
"Bunun yanına çox kişi gəlib-gedirdi" - Oğlu öldürülən ana fəryad etdi
Bu gün, 12:41
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Bu gün, 12:40
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 12:35
Tanınmış aktrisa doğum günündə özünə avtomobil HƏDİYYƏ ETDİ
Bu gün, 12:32
“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” - İşxan Verdyan
Bu gün, 12:30
Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir - Papuaşvili
Bu gün, 12:26
KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... - Müştəriyə rəsmən ÇİLƏ YAŞADIRLAR...
Bu gün, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru