Üç müavini Arif Hacılını niyə tərk etdi...
Tarix: 22-05-2018, 08:26 | Çap et
Xəbər verildiyi kimi, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bu postdan istefa verib. O, istefasına səbəb kimi başqan Arif Hacılı ilə aralarında fikir ayrılığının olmasını göstərib. Y.Sadıqov bundan sonra partiyada Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Onun istefası bəzi məsələləri yenidən aktuallaşdırmaqla yanaşı, bir sıra iddialara da yol açıb. Məlumdur ki, Müsavatın 2014-cü il sentyabrın 27-də keçirdiyi qurultayın bu il 4 ili tamam olur və partiya növbəti qurultayını keçirməlidir. Çünki Müsavat nizamnaməsinə görə, başqan 4 ildən bir seçilməlidir. Bunları nəzərə alsaq, partiyanın bu ilin sonlarına qədər qurultaya gedəcəyi real görünür. İndiki şəraitdə A.Hacılının qurultay keçirməkdə istəkli olduğu barədə iddialar səslənir.
Başqanın hazırda partiya daxilindəki nüfuzuna alternativin olmadığını anlayaraq, 2014-cü ildəki namizədliyi zamanı yaşadığı şokun bir daha təkrarlanmaması üçün tezbazar növbəti 4 ildə də Müsavat başqanı olmaq istədiyi deyilir. Onun partiya daxilində şəxsinə qarşı müxalifət formalaşdığını görüb, bunun güclənməməsinin qarşısını yalnız qurultay keçirməklə ala biləcəyi vurğulanır.
Məhz son istefaların da bu məsələlərdən doğduğu bildirilir. Məlumdur ki, A.Hacılını bir az öncə tərk edən onun müavini, Divan üzvü Elman Fəttah olub. Partiya funksioneri ötən ilin dekabrında müavinlikdən gedərək, Divan üzvü kimi fəaliyyətini davam etdirəcəyini açıqlayıb. E.Fəttah da o zaman istefasına səbəb kimi başqanla aralarında olan fikir ayrılığını göstərmişdi.
E.Fəttahın istefasından iki ay ötməmiş A.Hacılı keçmiş siyasi məhbus, partiyanın Divan üzvü Tofiq Yaqublunu müavinliyindən azad etdi. T.Yaqublunun açıqlamalarından aydın olmuşdu ki, onun Milli Şura üzvü olaraq qalması Müsavat başqanını təngə gətirmiş, sonunda belə bir qərarın verilməsi ilə nəticələnmişdi.
Redaksiyamıza daxil olan məlumata görə, Müsavat daxilində adıçəkilən keçmiş başqan müavinlərindən ibarət A.Hacılıya qarşı qurultay qabağı ciddi bir müxalifət formalaşır və getdikcə güclənir. Bu proseslərdə T.Yaqublunun yaxın qohumu, Divan üzvü Alya Yaqublunun da fəal iştirak etdiyi bildirilir. Məlumatlardan biri də odur ki, bu qruplaşmadan A.Hacılıya qurultayda rəqib çıxarılacaq. Başqanlığa namizəd qismində bu rəqibin T.Yaqublu olacağı bildirilir. Narazıların onun ətrafında birləşəcəyi real görünür. İstefa verən funksionerlərin Divan üzvlüyündən getməmələrinin səbəblərindən birinin də bu olduğu göstərilir.
Müsavat başqanlığına keçmiş namizəd, ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun hələ də partiyada qalan tərəfdarlarının T.Yaqubluya dəstək olacaqları gələn xəbərlər sırasındadır. Bu məlumat kifayət qədər əsaslı görünür. Çünki 2014-cü ildə həbsxanadan T.Yaqublu başqanlıq seçkilərində Q.İbadoğluna açıq şəkildə dəstək vermişdi.
Rayon təşkilatlarında da narazıların hərəkətə keçdiyi, üzvlərlə danışıqlar apardıqları barədə də mənbələrdən “Yeni Müsavat”a məlumatlar daxil olub.
Artıq qruplaşma rəhbərləri Müsavat başqanına mesajlar ünvanlanmağa başlayıblar. Belə ki, Cümhuriyyətimizin yüz illiyi ilə bağlı Türkiyədə keçiriləcək yubiley tədbirlərində iştirak etmək üçün Müsavat rəhbərliyindən T.Yaqublu, E.Fəttah, Y.Sadıqov və A.Yaqublu ayrıca yola düşüblər. Bunu öz facebook profillərində paylaşdıqları fotolarla əyan ediblər. Bir növ özlərini Müsavat rəhbərliyinə alternativ kimi göstəriblər.
Cərəyan edən bu proseslər onu göstərir ki, Müsavatı 4 il öncəki kimi çətin bir qurultay gözləyir. 4 il öncə üç qruplaşma arasında gərgin keçən mübarizənin bu il təkrarlanacağı, partiyadan növbəti qopmaların olacağı istisna edilmir... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|