“Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir”
Tarix: 26-05-2018, 08:36 | Çap et
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında beynəlxalq fənn olimpiadalarının qaliblərinin istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları məsələsi müzakirə edilib. Məsələyə müsbət yanaşanlarla bərabər, buna qarşı çıxanlar da olub. Belə ki, deputat Asim Mollazadə bildirib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məsələsi onu narahat edir: “Biz nə üçün tələbə qəbulu prosesinə başladıq? Sovet vaxtından da məhz universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Azərbaycan dövləti sovet korrupsiya sisteminə qarşı universitetə tələbə qəbulu qaydalarını yaratdı. Bu gün də biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin ”debil" uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar".
Deputat həmçinin qeyd edib ki, universitetlərə qəbul imtahanlarından imtina edilməsi üçün Azərbaycan təhsil sistemində çox ciddi islahatlar olmalıdır: “Bunun üçün universitetlərə və onların təhsil səviyyəsinə inanmalıyıq. Biz imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün qapılar açmalıyıq. Çünki hər zaman ”papanın gül balalarını" xaricdə və ölkəmizdə oxutmaq üçün vəsait tapıla bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir. Beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır. Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun".
Təhsil naziri Ceyhun Bayramov deputatın fikirlərinə cavab verərək, bildirib ki, mövcud qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar: “Beynəlxalq fənn olimpiadasında mükafat yeri tutmaq çox böyük bir nailiyyətdir. Azərbaycan 5 fənn (riyaziyyat, informatika, fizika, kimya və biologiya) üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Orada təmsil olunan şagirdlərin ayını götürsək və güman etsək ki, bizim olipiadaya gedən uşaqlarımızın hamısı qalib yerlər tutub, cəmi 23 nəfərdən danışırıq. Dünyanın bir çox ölkələri beynəlxalq fənn olimpiadalarının qaliblərinə qapılarını geniş açırlar. Onlar deyirlər ki, siz gəlib bizim universitetlərdə pulsuz təhsil alın və s. O, uşaqlara görə çox ciddi rəqabət gedir. Burada isə sərtləşdirici məqamların qoyulması bizim xeyrimizə işləmir. Siz son illərin statistikasına baxsanız görərsiniz ki, beynəlxalq fənn olimpiadalarının qaliblərindən bizim ali təhsil müəssisələrinə qəbul olunan yoxdur”.
“Yeni Müsavat”a danışan təhsil eksperti Etibar Əliyev bildirib ki, təhsil naziri qaldırdığı məsələdə haqlıdır:
“Beynəlxalq olimpiadada hətta ikinci, üçüncü, dördüncü yeri belə tutmaq çox böyük bilik göstəricisidir. Bu uşaqlar hərtərəfli biliyə sahibdirlər. Orada Azərbaycanın bayrağı da dalğalanır və düşünürəm ki, bunun önəmi daha çoxdur. Olimpiya idman oyunları qədər bu məsələyə önəm verilir. Belə olduğu halda isə məsələyə kimlərinsə qarşı çıxmasını başa düşə bilmirəm. Əgər şagird bu cür yüksək göstərici əldə edibsə, onun haqqıdır ki, ölkədə istənilən təhsil müəssisəsinə imtahansız qəbul olunsun. Kimsə məsələnin məğzini bilmədən buna qarşı çıxırsa, deməli, prosesin mahiyyətini anlamır. Bir məsələni də deyim ki, 15 yaşlı uşaqların riyazi, təbiət elmləri və oxu savadını qiymətləndirən PİSA proqramı var. Bu da deyim ki, çox çətin proqramdır. Həmin proqram üzrə yer tutan ölkələrdə bilik yarışmasının nəticəsinin elan olunduğu gün bayram kimi qeyd olunur. Yəni onlar bilik yarışmasını bu səviyyədə qiymətləndirirlər. Şübhəsiz ki, 15 yaşlı şagirdin hələ orta məktəbi bitirməsinə bir neçə il qalır. Ancaq bu cür bilik yarışmasına da çox böyük önəm verirlər. Bizdəki məsələyə gəlincə isə birincisi ”Təhsil haqqında qanun"un bəndləri icra olunmalıdır. Çünki bunu ölkə başçısı təsdiq edib. Qanunda hansısa dəyişiklik ediləcəksə belə, olimpiya qalibləri ilə bağlı olan maddəyə toxunulmamalıdır. Yəni belə deyək ki, istədikləri ali məktəbi seçmək və imtahansız həmin ali məktəbə qəbul olmaq bu uşaqların haqqıdır. Başqa bir məsələni də deyim. Bu yaxınlarda Təhsil Nazirliyi respublika olimpiadasının qaliblərini təltif etdi. Hətta düşünürəm ki, həmin uşaqlara da müəyyən güzəştlər olmalıdır. Məsələn, riyaziyyat fənnindən olimpiadanın qalibi seçdiyi ixtisas üzrə riyaziyyat imtahanında azad olunsa, daha yaxşı olar. Yaxud da biologiya fənni üzrə qalibə, seçdiyi ixtisas üzrə biologiyadan imtahanda iştirak etməmək güzəşti verilə bilər. Yəni beynəlxalq olimpiyada yarışları ölkənin təhsil sisteminin göstəricisidir. Bu istiqamət üzrə qaliblərin sayı nə qədər çox olarsa, ölkə üçün önəmlidir. Ölkə üçün önəmlidirsə, ölkənin daxilində də onlar üçün mütləq güzəştlər tətbiq olunmalıdır. Asim Mollazadənin fikirlərinə gəlincə isə deyim ki, onun təhsil sahəsindəki fikirlərini izləyirəm. Görürəm ki, Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|