İmperializmin çətiri altına doğru .....                     Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                 

“Qadınlar olmasaydı, Cümhuriyyət qurulmazdı” - Mehriban Vəzir
Tarix: 28-05-2018, 09:39 | Çap et
 “Qadınlar olmasaydı, Cümhuriyyət qurulmazdı”
Bu yaxınlarda yazıçı-publisist Mehriban Vəzirin ssenari müəllifi olduğu “Cümhuriyyət qadınları” filmi təqdim edildi. İsveç səfirliyinin maliyyə dəstəyi ilə çəkilən filmin icraçısı Rasional İnkişaf Uğrunda Qadın Cəmiyyətidir. Qərara aldıq ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində Mehriban Vəzirlə “Cümhuriyyət qadınları” mövzusunda söhbət edək.

- XX əsrin əvvəllərində Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu necə idi?

- Əvvəla qeyd edim ki, Cümhuriyyət tarixi iki illə məhdudlaşmır. Milli hərəkat 1870-ci illərdən, əsasən “Əkinçi” qəzetinin çıxması ilə başlanıb. O dövr özü də iki yerə ayrılır: 1905-ci il inqilabına qədərki milli hərəkat dövrü və 1905-ci ildən 1918-ci ilə qədərki milli hərəkatın siyasi hərəkata çevrilməsi dövrü. Həmin dövrdə ilkin qadın haqları uğrunda mübarizə metodu qadınlar üçün məktəblərin açılması idi. Zərdabidən Topçubaşova qədər ziyalılarımızın əksəriyyəti vaxtaşırı Çar Rusiyasına müraciət edərək dünyəvi qadın məktəbi açılması üçün icazə istəyiblər, ancaq Çar hökuməti uzun müddət Azərbaycan qadınlarının dünyəvi təhsil almasına icazə verməyib.

- Səbəb nə idi?

- Rusiyanın məqsədi hər zaman ekspansiyası altında olan regionu cahil durumda saxlamaq idi. O, məzhəb qarşıdurmasını körükləmək üçün sünni və şiə, başqa adla Ömər və Əli məktəblərinin açılmasına icazə verir, hətta maliyyə ayırırdı, qadın təhsilinə icazə vermirdi. Qadınlar evdə, molla yanında dini təhsil ala bilərdilər, ancaq dünyəvi təhsil almaq üçün məktəb yox idi. Zatən, bizdə tarixən qadınların məktəb-mədrəsə təhsili almaq imkanları olub. “Leyli və Məcnun” əfsanəsini yadınıza salın, Leyli ilə Qeys bir sinifdə oxuyurdular. Bu onu göstərir ki, bizdə tarixən qızlarla-oğlanlar bir məktəbdə təhsil alıblar. Azərbaycanda bütün dövrlərdə təhsilli qadınlar olub.

- Hər bir qadın məktəbə, mədrəsəyə gedə bilirdi, yoxsa yalnız imtiyazlılar bundan istifadə edirdilər?

- Bütün xalqlarda olduğu kimi əsasən varlı təbəqənin qadınları təhsil ala bilirdilər. Niyə? Çünki zəngin qadınlar mülkiyyətçi qadınlar idi. İslam qanunvericiliyinə görə onlar ərə gedəndən sonra belə mülkləri həyat yoldaşlarının ixtiyarına keçmir, idarəetmə özlərində olurdu. Bu da mülklərini idarə etməyi bacarsınlar deyə zəruri təhsili, yazıb-oxumağı, hesab-kitabı bilməyi stimullaşdırırdı. Hətta ruslar gələnə kimi Bakıda Xırdaxanımın, Şamaxıda Güllübəyimin qız məktəbləri olub.

- Ruslar gələnə qədər deyəndə siz yəqin XVIII əsrin sonlarını nəzərdə tutursunuz?

- Bəli-bəli, 1700-cü illərin sonlarını nəzərdə tuturam. O vaxt Bakıda pansionvari qız məktəbi var idi. Təəssüf ki, rus işğalından sonra bir çox məktəblər bağlandı. Bu kimi məktəblər əsasən vəqf mülkiyyəti hesabına idarə edilirdi. Mülkiyyətin əldən-ələ keçməsi, müsadirə olunması öz təsirini göstərdi. Özəl olaraq qeyd edim ki, həmin məktəblər qızları zümrə mənsubiyyətinə görə deyil, zehninə, fitri yetənəyinə görə seçib qəbul edirdi. Hətta şagirdlərə təqaüd, məktəb ləvazimatı, pal-paltar verilirdi.

Təəssüf ki, hər dəfə gələn yeni idarəetmə vəqf torpaqlarını ələ keçirməyə çalışırdı. Nadir şahın dövründə və xanlıqlar dövründə də mülkiyyətin devr edilməsi təhsilə zərbə vurdu. Rus istilasından sonra da yüz illərlə tarixi olan məktəb və mədrəsələrin bir çoxu bağlandı. Ən böyük zərbəni qız məktəbləri aldı. Sonrakı dövrdə, 19-cu yüzilin ikinci yarısında Azərbaycan ziyalıları 30 il Çar Rusiyasına dünyəvi qız məktəblərinin açılması üçün müraciət etsələr də, icazə ala bilmədilər. Nəhayət, bu prosesə Tağıyev qoşuldu və özünün bildiyi üsullarla bu məsələni yoluna qoydu. Çarın xanımına bahalı hədiyyələr göndərərək, ona yazdı ki, Bakıda sənin adına qız məktəbi açmaq istəyirik. Beləliklə, 1901-ci ildə Bakıda ilk qız məktəbi açıldı. Qısa müddətdə bu məktəblər şaxələndi, demək olar ki, Azərbaycanın hər yerində belə tədris müəssisələri açıldı.

- Məktəbləri bitirən qızlar sonradan nə işlə məşğul olurdular?

- Bizdə indi belə bir düşüncə var ki, ya oxumalısan, ya ailə qurmalısan. O vaxt belə bir şey yox idi. Qız məktəbini bitirənlər birinci növbədə ailə qururdular. Evlilik təhsilə mane olmurdu. O məktəblərdə təkcə zadəgan sinfinin qızları deyil, orta təbəqədən olan tacirlərin, əsnafların, ziyalıların da qızları oxuyurdular. Hətta Tağıyev bəzi yoxsul qızları öz hesabına oxudurdu. Oranı bitirən qızlar sonradan, əsasən müəllim işləyir, maarifçiliklə, qəzetçiliklə, poeziya ilə məşğul olurdular. Məsələn, 1911-ci ildə Bakıda ilk dəfə “İşıq” adlı qadın qəzeti fəaliyyət göstərdi. Qəzetin əməkdaşlarının çoxu qız məktəbinin məzunları idilər.

- Qəzetdə ən çox hansı mövzulardan bəhs olunurdu?

- “İşıq” qəzetini Xədicə xanım Əlibəyova təsis etmişdi. Qəzetdə qadın mövzuları ilə bağlı hər şeydən bəhs olunurdu. Qadın hüquqlarından, təhsildən, tarixdən tutmuş, davranış, uşaq tərbiyəsi, geyim, mətbəxə qədər, nədən desəniz... Avropadakı qadınların həyatı, hüquqları, moda yenilikləri barədə məlumat verilirdi. Təəssüf ki, Şərqdə ilk olan bu qadın qəzetinin ömrü çox olmadı, cəmi iki il yaşadı. Mühafizəkar dini dairələr bu mədəni hadisəni çox pis qarşıladılar, qadınların qəzet çıxarmasını qiyamətin əlaməti saydılar, fitva verdilər, dedilər, hər kimin evinə “İşıq” qəzeti girirsə, o ev murdardır, dindən kənardır. Bundan sonra “İşıq” qəzeti maliyyə mənbəyini itirdi. Qəzetə qarşı etirazlar başladı. Bilirsinizmi, Bakı o zaman nə qədər çoxmillətli, müasir olsa da mühafizəkar şəhər idi və əhalinin əksəriyyəti cahil olduğuna görə, yerli rus idarəetməsi mollaların əli ilə istənilən vaxt Bakını çaxnaşdıra bilirdi. Bir də görürdün mollalar bir günün içində insanları küyləyib küçələrə çıxarırdılar ki, baxın, Bakıda filan küçədə bir qadın tufli geyinib. Müsəlman qadının ayağına çarıq, nəleyin deyil, tufli geyinməsi qiyamətin əlamətidir, ay haray, göydən daş yağacaq. Və qaragüruh yollara tökülüb ayaqqabı geyinən qadınları saxlayır, ayaqqabılarını ayaqlarından çıxarır, parçalayıb atırdılar.

- Şallaqlamaq, daş-qalaq etmək adəti necə, olubmu?

- Bilirsinizmi, Bakı Əfqanıstan, İran deyil. Bizdə qadına münasibət elə bir zamanlar Avropada da olduğu kimi mühafizəkar olub, amma daş-qalaq səviyyəsində olmayıb. Daş-qalaq kimi ənənələr Azərbaycan xalqının şüur və əxlaqına uyğun deyil. Yəni ictimai deyil. Tək-tək zorakılıq hadisələri ola bilər. Dediyimiz kimi, tufli geyinən, topuğu görünən qadını yolda saxlayıb tuflisini çıxarıblar. Çadranı atan qadınları tək-tək hallarda qətlə yetiriblər. Evdə bacısını öldürən qardaşlar olub ki, sən niyə filan toplantıya getdin və sair. Yəni bu şeylər hamısı baş verib. Bir daha qeyd edim ki, istisna hallarda. Kütləvi zorakılıq, daş-qalaq filan kimi zorakı elementlər xalqımızın təbii xislətinə yaddır.

- Belə çıxır, qadının başını açmağı zənn etdiyimiz kimi asan başa gəlməyib?

- Yox-yox, çox çətin olub. Təsəvvür edin, müsəlman qadınlarının bulvara girməyi yasaq idi. Bulvar qapalı ərazi sayılırdı, ora ancaq zəngin kişilər və əcnəbi qadınlar girə bilərdilər. Müsəlman qadınlarının bulvara girməsi əxlaqsızlıq sayılırdı. Heç müsəlman qadınların düşüncəsində də ora getmək istəyi yox idi. Bu istək yeni dünyagörüşü ilə, qadın hərəkatının siyasiləşməsi ilə meydana çıxdı. Bulvara müsəlman qadınlar ilk dəfə 1919-cu il 28 May günü, cümhuriyyətin bir illiyi münasibətilə keçirilən nümayiş zamanı girirlər.

- Bu, təşkil olunmuş aksiya idi, yoxsa öz-özünə baş vermişdi?

- Yox, əvvəlcədən təşkil edilməmişdi, bədahətən baş verən hadisə idi. Bəlkə fikirlərdə bu yasağa qarşı müəyyən etiraz formalaşıb, bunu dəqiq deyə bilmərəm. Lakin həmin gün Cümhuriyyətin bir ilini qeyd edən qadınlardan ibarət izdiham birdən-birə bulvara istiqamətlənir və mühafizə şəridini yararaq sahilə axışır. Beləliklə, Azərbaycan qadının bulvar seyrəngahı ilk dəfə 28 May 1919-cu ildə baş tutur, cümhuriyyətin ildönümü şənliklərində.

- Bu hadisəyə cəmiyyətin reaksiyası necə oldu?

- Dəhşət püskürdülər. Qoçular əlisilahlı yolları kəsib qadınları hədələdilər. Məscidlərdə yeni fitvalar verildi. Cümhuriyyətin siyasi rəqibləri bundan istifadə edib xalqı cümhuriyyətin üstünə körüklədi. Dedilər, Cümhuriyyət qadınları pozğunluğa aparır. Hökumət isə bəyanat verdi ki, bu, qadınların haqqıdır, heç kim onların azadlığını əllərindən ala bilməz. Burda diqqətəşayan olan nədir? Cümhuriyyət qadınlara bir sıra hüquq və azadlıqlar vermişdi. Qadınlar da onlara verilmiş bu azadlığa söykənib əməli şəkildə öz haqlarını tələb edirdilər. Mühüm olan budur. Bu gün qadınlarımız qanunvericilikdə təsbit edilmiş bir çox hüquqları üçün mübarizə aparmırlar. O dövrün qadınları yetkin, mübariz və fəal idilər. 70 illik sovet dövründə ictimai şüura yeridilib ki, Azərbaycan savadsız idi, qaranlıq içində idi, rus gəldi, bizə təhsil verdi, mədəniyyət verdi. Elə deyil. Cümhuriyyətin quruculuğunda iştirak etmiş qadınların şəkillərinə baxın. Avropa qadınlarından fərqlənmirlər. Yüksək təhsilli, təşkilatlanmış, müasir geyimli. Çadra, əsasən, aşağı zümrəyə xas element idi ki, onu da atmaq sovetlərdən çox-çox əvvəl başlamışdı.

- Mehriban xanım, cümhuriyyət dönəmində qadınlara konkret olaraq hansı haqlar verildi?

- Əvvəla seçki hüquqi verildi. Bu, öz dövrü üçün fövqəladə hadisə idi. Regionda, hətta Qərb ölkələrində qadın seçki hüququna hələ sahib deyildi. Ali təhsil hüququ verildi. 1919-cu ildə indiki Bakı Dövlət Universiteti yaradıldı. Onun nizamnaməsində yazıldı: Bu universitetdə qadınlar da kişilərlə birlikdə təhsil ala biləcəklər. Həmin dövrdə heç Avropanın bir çox universitetlərinə qadınları buraxmırdılar. Mühüm olan daha bir məsələ; qadınları ictimai, siyasi iştirakçılığa cəlb etdi. Qadınlar dövlət aparatlarında işə alındı.

- Qanun praktikada özünü göstərdimi, ali təhsil alan qadınlar oldumu?

- Əlbəttə, oldu. Düzü, bizdə qadınların ali təhsil alması 19-cu əsrdən başlayır. Birinci ali təhsilli qadın Nigar xanım Şıxlinskayadır. 1889-cu ildə Tiflisdə Zaqafqaziya Nəcib Qızlar İnstitutunu qızıl medalla bitirib. 1906-cı ildə Leyla Şahtaxtinskaya tibb təhsili almaq üçün İsveçrəyə gedib. Sona xanım Vəlixan 1908-ci ildə Peterburqda tibb institutunu bitirmişdi. Yəni qadınların ali təhsil alması prosesi cümhuriyyətə qədər artıq başlamışdı.

- Cümhuriyyətin qurulmasında birbaşa iştirak edən qadınlar varmı?

- Qadınların iştirakı olmasaydı Cümhuriyyət qurulmazdı. Deyim niyə. Hələ 1917-ci ildə Bakı Dumasına, yəni Müəssislər Məclisinə seçkilər keçirilən zaman qadınlar ev-ev, qapı-qapı gəzərək hamını “Müsavat” partiyasına səs verməyə çağırdılar, belə deyək, misilsiz bir seçki kampaniyası apardılar. Nəticədə “Müsavat” partiyası məclisdə çoxluq əldə etdi. Görkəmli cümhuriyyətçi və araşdırmaçı Mirzəbala Məmmədzadə yazır ki, əgər qadınlar seçkilərdə bu qədər fəal olmasaydılar, bu qədər güclü dəstək verməsəydilər “Müsavat” məclisdə çoxluq əldə etməyəcəkdi. “Müsavat” məclisdə çoxluq əldə etməsəydi Cümhuriyyət qurula bilməyəcəkdi. Deməli, qadınlar Cümhuriyyətin həmmüəllifləridir.

- Parlamentdə qadın üzvləri var idi?

- Xeyir, qadın üzvlər yox idi. Amma o vaxt dövlət aparatının işçilərindən 26 nəfəri qadın idi. Onlar dəftərxana, şöbələrdə, müdir, katib vəzifələrində çalışır, əsasən təhsil sahəsinə rəhbərlik edirdilər. Parlamentin işində iştirak edirdilər. 1917-ci ildə, Qafqaz müsəlmanlarının birinci qurultayında Şəfiqə xanım Əfəndizadə milli geyimdə tribunaya çıxır. Bu hadisə qurultay iştirakçıları tərəfindən gur alqışlarla qarşılanır. Şəfiqə xanım qadın azadlıqları haqqında tarixi bir çıxış edir. Bu, dövrün fövqəladə hadisəsi idi.

- Cümhuriyyət dönəmində siyasi-ictimai həyata aktiv qoşulan daha hansı qadınlar vardı?

- Gəlin Cümhuriyyətin şanlı qadınlarından bir neçəsinin adını çəkək: Nigar xanım Şıxlinskaya.

- General Əliağa Şıxlinskayanın həyat yoldaşı?

- Bəli. Həmidə xanım Cavanşir.

- Mirzə Cəlilin həyat yoldaşı.

- Bəli. Şəfiqə xanım Əfəndizadə, Cümhuriyyətin ən parlaq simalarından biridir. Ümgülsüm.

- Rəsulzadənin əmisi qızı, həm də baldızı. Digər tərəfdən də Seyid Hüseynin həyat yoldaşı.

- Bəli. Fövqəladə istedad sahibi idi. 15 yaşından şeirləri çap olunurdu. İki yüzdən çox şeiri, poemaları, hekayələri var və bu adamın əlimizdə bir kitabı da yoxdur. Təsəvvür edirsiniz? Ümumiyyətlə, Ümgülsüm ən qüdrətli Cümhuriyyət şairidir. 1937-ci ildə nə qədər şairlərimizi həbs elədilər, Ümgülsüm yeganə şairdir ki, Bayıl həbsxanasında rejimə etiraz şeiri yazıb.

Xədicə xanım Qayıbova, çox böyük aktivistlərdən biri idi, yüksək təhsilə malik idi. Qazaxdan Mədinə xanım Qiyasbəyli, o da çox yüksək zümrədən çıxmış xanım idi. Lənkərandan olan Məryəm xanım Bayraməlibəyova, Generel-qubernator Cavad bəy Məlik-Yeqanovun həyat yoldaşı idi. Bu xanımların əksəriyyəti 37-ci ildə həbs olundu və güllələndi. Təsəvvür edin, 37-ci ildə 3 min 300-ə yaxın yüksək zümrədən çıxmış, Cümhuriyyətlə bağlılığı olan qadın həbs edildi, sürgün edildi, güllələndi. Hələ nə qədər qadının adı siyahıda yoxdur. Bu qadınlar sırf Cümhuriyyətin qurulmasında iştirak etdiklərinə görə 37-ci ildə həbs edilib bütün ailələri, övladları və yaxınları ilə birgə cəzalandılar. Daha sonra Sona xanım Hacıyevanın adını çəkmək istəyirəm. Bu qadın, ümumiyyətlə, fövqəladə bir kimliyə sahib idi.

- Nə mənada?

- Sona xanım son dərəcə zəngin bir qadın idi. Bakı buxtasında gəmiləri dayanırdı. Və o, yüzdən çox əsiri Nargin adasından qaçırmışdı.

- Hansı əsirləri nəzərdə tutursunuz?

- Birinci Dünya Müharibəsi zamanı ruslarla türklər arasında olan Sarıqamış döyüşündə on mindən çox türk qadın, uşaq, əsgər, zabit əsir düşdü. Onların bir hissəsi Bakıya gətirilib Nargin adasında yerləşdirildi, rəhbərliyə isə ermənilər qoyuldu. Orda əsirlərin vəziyyəti acınacaqlı idi, aclıq, susuzluq, ilan sancması, istilik vurması, başlarının üstündə damları belə yox idi, səfalət və zəlalət içində idilər. Bir tərəfdən ermənilər türk əsirləri məhv edir, əsirlərə nəzarət edən erməni həkimlər əməliyyatla əsirləri kor edir, müxtəlif yollarla öldürürdülər.

Beləliklə, əsirlərin acınacaqlı vəziyyəti Bakıya yayıldı. Bu xəbərin yayılmasında Nərimanovun böyük rolu oldu. O, Bakı dumasında çıxış edərək komissiya yaradılmasını tələb etdi. Komissiya gedib əsirlərin vəziyyəti ilə tanış oldu. Nargindən qayıdandan sonra Nərimanov Təzə Pir məscidinin axundu ilə görüşərək deyir, orda bizim türk qardaşlarımız qırılır, xalqdan yardım istəyək. Bundan sonra həmin din xadimi “Müsəlman qardaşlarımıza kömək edin!” deyə çağırış edir. Qısa müddətdə Təzə Pir məscidinin həyəti yardımlarla dolur. Bu yardım o qədər çox olur ki, düz bir ay Nargin adasına daşınır. Bakı sakinlərindən kimin qayığı vardısa gecə ilə Nargindən türk əsirləri qaçırmağa başlayır. Sona xanım nə edir? O həftədə iki dəfə öz gəmisinə minib Narginə yardım aparır, qayıdanda rus zabitlərə rüşvət verərək hər dəfə özü ilə bir neçə əsir gətirir. Bu yolla o, Nargindən yüzdən çox türk əsir qaçırır. O adamlara kimlik düzəldərək İran üzərindən Türkiyəyə göndərirdi. Bunun üstü necə açılır? Bakı o vaxt türk əsirləri ilə doluymuş. Hətta o dövrdə Bakıda belə bir fitvə verilir ki, ərzaq dükanlarında türklərdən pul alınmasın. Və bir gün bir türk əsir yanlış olaraq erməninin dükanına girib ərzaq götürmək istəyəndə işin üstü açılır, Sona xanım məhkəməyə çəkilir. Hazırda arxivlərdə 110 səhifəlik istintaq materialı var. O, etiraf edir ki, bəli, yardım etmişəm. Yardım cinayət deyil. Məhkəmə Sona xanımın türk əsirləri, yüksək çinli zabitləri qaçırdığını sübut edə bilmir.

- Sona xanımın sonrakı taleyi necə olur?

- Təəssüf ki, bu barədə əlimdə məlumatım yoxdur. Araşdırmaçılar belə heç nə demirlər. Yəni xətt haradasa elə qırılıb ki, arxivlərdə belə heç nə yoxdur.

- Mehriban xanım, bir məsələni də soruşmaq istərdim. Rəsulzadə mühacirətə yollanandan sonra ailəsinin, qadınlarının taleyi necə oldu?

- Hər şeydən əvvəl onu deyim ki, Rəsulzadənin ailəsi Bakıdan tanınan, nüfuzlu ailə idi. Rəsulzadənin əmisi, həm də qayınatası Hüseyn Cavidlə, o dövrün başqa ziyalıları ilə dost idilər. Bir də onu qeyd edim ki, repressiyalar birdən-birə 37-ci ildə başlamadı. Ona qədər cümhuriyyətə bağlı nə qədər insan müxtəlif bəhanələrlə həbs edildi, güllələndi. Rəsulzadənin isə on beş nəfərə yaxın təkcə qadın qohumu sürgünə göndərildi, o qadınlardan neçəsi sürgündə həlak oldu, geri qayıda bilmədi. Rəsulzadənin, analığı, bacıları, həyat yoldaşı bir yerdə sürgün olunmuşdular. Bir gün sürgündə üç qadın yanaşı yatır, səhər durub görürlər ki, bir dənə ortadakı Lətifə xanım sağ qalıb, o birilərini don vurub öldürüb. Başqa bir qohumu isə neçə gün qatarda susuz gedəndən sonra, çatdıqları yerdə qəfil su görüb dayanmadan içməyə başlayıb, ürəyi partlayıb ordaca ölüb. Yəni belə faciələr çoxdur. Baxın, rejim necə qəddar idi: Ümgülsüm sürgündən qayıdan kimi oğlu sürgünə göndərilir, ana ilə bala qovuşa bilmirlər. Bunu rejim qəsdən təşkil edirdi.

- Mehriban xanım, sonda Svetlana Aleksieviçin təbiri ilə bir sual vermək istərdim: “Cümhuriyyətin qadın üzü” nə qədər araşdırılıb, öyrənilib?

- Cümhuriyyətin yaranmasında qadınlar da kişilərlə çiyin-çiyinə vuruşdular. Cümhuriyyətin süqutundan sonra da Cümhuriyyət üzvlərinin məhv olunması prosesində qadınlar böyük qurban verdilər. Ancaq təəssüf ki, onların adı çəkilmir. Əgər Cümhuriyyətin yaranmasında qadının xidməti 50 faiz idisə, sonradan repressiya illərində Cümhuriyyətə görə cəza alanların 70 faizi qadınlar oldu. Bununla belə Cümhuriyyət qurucularının işıqlandırılmasında təəssüf ki, qadınların rolu demək olar qeyd edilmir. Cəmiyyət güllələnmiş şair Mikayıl Müşfiqi tanıyır, şeirlərini əzbər bilir, amma Cümhuriyyət şairi Ummugülsümü tanımır, gözəl şeirlərini əzbər bilmir. Bu diskriminasiya aradan qaldırılmalıdır. Qadının Cümhuriyyətdəki haqqı tanınmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru