İmperializmin çətiri altına doğru .....                     Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                 

Əli Kərimli çevrəsinə növbəti dəfə “atıb” - QALMAQAL
Tarix: 31-05-2018, 08:36 | Çap et
Əli Kərimli çevrəsinə növbəti dəfə “atıb”
Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilində ziddiyyətlər kəskinləşməyə başlayıb. Partiyanın 10 üzvünün son iki ildə mənbəyi bəlli olmayan 412 min ABŞ dollarının sədr Əli Kərimliyə çatdırılması prosesində yer aldıqları üçün həbs edilmələrindən sonra ortaya növbəti ilginc faktlar çıxıb.

Etibarlı mənbələrdən qəzetimizə daxil olan məlumata görə, artıq AXCP daxilində Kərimliyə yönəlik etiraz dalğası başlayıb ki, o, bunun qarşısını ala bilmir. Mənbə bildirir ki, əksəriyyət AXCP liderindən böyük miqdardakı pul vəsaitinin hesabatını tələb edir. Məsələ ondadır ki, Əli Kərimli ayda təxminən 30 min dollar vəsaiti partiyadaşlarının da adı olduğu siyahı üzrə alsa da, onu təkbaşına mənimsəyib.

Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul “atmasının” ifşa olunmasıdır. Bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: “Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!”

Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan ailəsinə yönləndirirmiş. Ana müxalifət adına bir mənbədən - Moskvadan daxil olan vəsait isə nə az, nə çox - 412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.

İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəkir.

Eyni zamanda AXCP rəhbərinin çirkli pullarla bağlı açılan cinayət işində adının ön sırada keçdiyini, özünün də həbs təhlükəsinin böyüdüyünü görərək, bu təhlükəni başqa istiqamətlərə yönəltmək üçün hərəkətə keçdiyi, bunun üçün hər gün facebook səhifəsində statusları ard-arda paylaşdığı qeyd edilir.

Gedən müzakirələrdə cəbhəçilərin ittihamları ilə üzləşən şəxslərdən biri də yeni AXCP-nin sədri Razi Nurullayevdir. AXCP-nin Ə.Kərimli qanadının bəzi tərəfdarları iddia edirlər ki, hazırda hüquqi qeydiyyatı olmayan partiyanın R.Nurullayev qanadının tanınması üçün belə bir kampaniya təşkil olunub.

Məsələyə mövqe sərgiləyən bir qisim sosial şəbəkə istifadəçiləri isə qeyd edir ki, Kərimliyə ölkə xaricindən pul vəsaitləri uzun illərdir gəlir. Bəziləri 2009-cu ilə qədər AXCP-nin əsas funksionerlərindən biri olan R.Nurullayevə qarşı da iddialar səsləndirirlər...

R.Nurullayev ittihamlara cavab olaraq bildirdi ki, “Yurd” təşkilatında olduğu zamanlar belə söz-söhbətlər yox idi: “Mənim əlimlə heç bir maliyyə alınmayıb, heç bir maliyyə də verilməyib. Bu işlərdən tam kənarda olmuşam. Dəfələrlə dediyim bu fikirlərimi bir daha israrla deyirəm. Orada təmsil olunduğum illərdə belə işlərdən xəbərsiz olmuşam. Xarici dairələrlə müxalifət arasında alış-verişin iştirakçısı heç vaxt ola bilməzdim, bundan sonra da bu mümkün deyil. Təbii ki, o vaxt mən də bilirdim ki, heç bir partiya pulsuz yaşamır, partiyaya pullar gəlir. Mən AXCP adına iddia etmişəm, bu gün də iddia edirəm və düşünürəm ki, əsl AXCP-ni biz təmsil edirik, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın adı ”Yurd"dur. Ünvanıma ittiham səsləndirənlər də yurdçulardır. Əsl cəbhəçi olan Elçibəyçilər belə fikirlər səsləndirmirlər. Bu gün AXCP-nin adının verilməsi üçün məhkəmələr süründürülür, hazırda da belədir. Fikir versəniz, onların yalanları üzə çıxar. Bu qədər riyakar olmaq lazım deyil. Hökumət mediası Əli Kərimlini AXCP kimi təqdim edir. İttiham aktında da onlar AXCP-çilər kimi gedir. 2015-ci ildən bu günə qədər olmayan adların hamısını AXCP sözünün ətrafına qoyub, adımla hallandırırlar. Riyakarlığın haradan doğduğunu hər kəs görür, qeyri-səmimiliyin haradan doğduğu da görünür, kimin kimlərə yaxın olduğu, kimin əli ilə işlədiyi, kimin kimlərin vasitəsilə hansı işlər qurduğu, dəstək aldığı artıq sirr deyil. Hansı şəxsin hər zaman gündəmdə qaldığı, məqsədli şəkildə gündəmdə saxlanıldığını hər kəs görür. 412 min ABŞ dolları ittihamı hakimiyyətin dediyinə görə faktdır, əllərində sənədlər var. “Yurd” sədri də bəzi məqamlarda belə şeylərin olduğunu təsdiqlədi, həbs olunan şəxslərdən 5 min manat aldığını etiraf etdi. Bu baxımdan ittihamların real olduğu görünür. Hər şeyi istintaq, məhkəmə göstərəcək. Amma sanki gizli əllər Əli Kərimlini qoruyur, Azərbaycan xalqına müxalifət lideri kimi təqdim edir. Bu riyakarlığa da aydınlıq gətirilməlidir".

R.Nurullayev Kərimlinin 412 min ABŞ dollarını nələrə sərf etdiyi barədə məlumatsız olduğunu söylədi: “Bu məbləğin müxtəlif vaxtlardamı, yaxud bir dəfəyəmi alınması barədə nəsə deyə bilmərəm. Alıb nəyə xərclədiyini özləri bilirlər”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru