“Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”
Tarix: 4-06-2018, 10:33 | Çap et
1993-cü ilin 4 iyun qiyamından 25 il ötür. AXC hökumətinə qarşı qaldırılan və Azərbaycanda ciddi siyasi dəyişikliklərə səbəb olan bu qiyamın üzərindən keçən müddət ərzində hər il yeni-yeni faktlar, mövqelər meydana çıxır.
4 iyun qiyamı Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qaldırılıb. Bunun nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Günlər keçdikcə böhran daha da dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar.
Məhz bu hadisələrin nəticəsində 25 il öncənin 9 iyununda qiyamın qarşısını almaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəy tərəfindən Bakıya dəvət olunub. Bundan sonra proseslər səngiməyə doğru gedib, amma ölkədə hakimiyyət dəyişiklikliyinin qarşısını almaq mümkün olmayıb.
Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu məsələni yalnız bir hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması kimi qiymətləndirməyin əleyhinədir: “Bu qiyam böyük bir planın tərkib hissəsi idi. Planı hazırlayan böyük dövlətlər, qüvvələr bəllidir. Bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Rusiyanın o zaman Azərbaycan ordusunun tərkibinə təsir imkanları kifayət qədər yüksək idi. O vaxt ordu yeni qurulmağa başlayırdı və bu ordunun zabit hissəsinin bütövlükdə yüzdə yüzü sovet ordusuna xidmət etmişdi. Belə zabitlərin mütləq əksəriyyəti bu və ya digər formada Rusiya kəşfiyyatı ilə əlaqələri var idi. Amma o zabitlərdən vətənpərvər, vətənini ürəkdən sevənlər də az deyildi. Onların xidmətlərinə, əməklərinə, millətə və dövlətə olan sevgilərinə kölgə salmaq niyyətində deyiləm. Lakin qeyd etdiyim qurumlarla bağlılığın olduğu danılmaz faktdır. Siyasi hakimiyyət bu qiyamın qarşısını ala bilərdimi, yaxud hansısa addımlar atmalı idimi suallarına gəlincə, təbii ki, bu addımlar atılmalı idi. Amma bir reallığı unutmaq olmaz ki, dövlət strukturlarımız qurulmuş olsaydı, bugünkü dövlət mexanizmi o zaman işlək vəziyyətə gəlib çatsaydı, hüququ mühafizə orqanları Azərbaycan dövlətinə və ona rəhbərlik edənə sədaqətli olsaydı, qiyamın qarşısını almaq mümkün idi. 1993-cü ildə Azərbaycanda dövlət quruculuğu elan olunmuşdu. Dövlət strukturları formalaşmaqda idi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlətin sadəcə adı var idi. Strukturlar olmadığı, vətənpərvər insanların sayı az olduğu üçün belə bir qiyamın qarşısını almaq mümkün olmadı. Gəncəyə qiyamçıları tabe etməyə gedən güc strukturlarının nümayəndələri daha peşəkar, təcrübəli, qətiyyətli hərəkət etsəydilər, nəticə fərqli ola bilərdi. Sədaqətli insanların peşəkarlığı, təəssüflər olsun ki, çox aşağı idi. Təcrübəlilərin isə dövlətə və millətə sədaqəti aşağı səviyyədə idi. Məsələnin ən çox diqqətçəkən məqamı bundan ibarətdir. Qeyd etdiyim səbəblər bu qiyamın qarşısının alınmamasında əsas rol oynadı. O hadisələrin qarşısının alınmamasına görə hamımız təəssüf edirik. Kaş o zamankı güc strukturları dövlət mənafeyini daha yüksəkdə tutmaq istəyərdilər, xarici kəşfiyyat orqanları ilə əlaqələri olmayaydı”.
O.Qasımov Elçibəy hökumətinin rus qoşunlarını Azərbaycandan çıxarmasının 4 iyun qiyamına əsas səbəb olan amil kimi önə çəkilməsinə də aydınlıq gətirdi: “O zaman Elçibəylə bağlı Rusiyanın mövqeyi tam fərqli idi. 1992-ci ilin dekabrında Azərbaycandakı rus səfirinin Moskvaya göndərdiyi bir raport var idi. O raportda qeyd edirdi ki, əgər Əbülfəz Elçibəyin apardığı müstəqil siyasətə əngəl törədilməsə, bu siyasət davam edərsə, yaxın 2-3 il ərzində Azərbaycan tamamilə müstəqil dövlət halına çatacaq, onun digər postsovet ölkələrinə bu mənada neqativ təsirləri ola bilər və bunun üçün də proseslərin qarşısı alınmalıdır. Kreml Elçibəyin müstəqil siyasət aparmasından və dövlət maraqlarını önə çəkməsindən xoşlanmırdı. Bunun qarşısını almaq üçün də hərəkətə keçdi. Nəticədə bir sıra planlar qurdu, bunu həyata keçirməyə çalışdı. Kəlbəcərin işğalı bununla bağlı idi. Elçibəy iqtidarını zəiflətmək və hakimiyyətdən salmaq üçün edilən həmlələrdən biri idi. Bu işğalın ardınca belə bir qiyam təşkil olundu. Kəlbəcərin işğalından sonra Rusiyanın Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşü olmuşdu. Həmin görüş zamanı bir ifadə olmuşdu ki, Kəlbəcər zərbəsinə tab gətirə bildiniz, amma qarşıda siz vətəndaş müharibəsi ilə qarşılaşsanız nə edəcəksiniz? Bu onu göstərir ki, Rusiyanın burada təxribat planları var idi və bu planlar üzərində ardıcıl işlər gedirdi”.
Prezidentin sabiq köməkçisi AXC hökumətinin qiyam rəhbəri S.Hüseynova milli qəhrəman adı verməsindən də söz açdı: “Surət Hüseynova milli qəhrəman adı 1992-ci ilin payızında verildi. 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin bəyanatı oldu və o bəyanatda Surət Hüseynovun Ağdərə istiqamətində qoşunların geri çəkilməsi haqqında verdiyi sərəncam xəyanət kimi qiymətləndirilib”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|