“Aprel məğlubiyyəti ermənilərin növbəti məğlubiyyətinin yanında muştuluq olacaq” - deputat
Tarix: 14-06-2018, 08:12 | Çap et
“Naxçıvan ətrafında bir ay öncə baş verən hadisələr bu günlərdə açıqlanır. Azərbaycan Naxçıvanda ümumqoşun ordusu saxlayır, həmçinin Türkiyənin müasir zərbə silahları burada mövcuddur. Görünür, hansısa planları var. Bununla yanaşı, təkcə Naxçıvandakı hərbi kontingentlə müqayisədə Ermənistanın buna alternativ güc formalaşdıra biləcəyi qeyri-realdır”. Bunu Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan deyib (publika.az).
Sarkisyan iddia edir ki, İrana qarşı ciddi sanksiyalar tətbiq ediləcəksə və bu ölkə daxildən qarışacaqsa, proseslər bütün regiona sıçrayacaq: “Region qarışacağı təqdirdə Azərbaycan fürsətdən istifadə edərək, Dağlıq Qarabağın azad edilməsi istiqamətində hərəkətə keçəcək. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar dalana dirəndi və bu gün hərbi yol Bakı üçün əsas prioritetdir. Azərbaycan və Türkiyə ərazilərin qaytarılması üçün birgə hərəkət edəcəklər”. Erməni siyasətçi onu da qeyd edib ki, Naxçıvandan Türkiyənin ən ucqar nöqtəsinə dəmir yolu çəkilir: “Bu layihəyə əsasən dəmir yolu Bakı-Tbilisi-Qarsa birləşəcək, oradan da Avropaya çıxacaq. Bu, Azərbaycanla Türkiyənin regiondakı gələcək planlarından xəbər verir və bu planda Ermənistanı gözləyən böyük təhlükələr var”.
Bu arada Azərbaycan ordusunun silah arsenalına İsrail və Belarus istehsalı olan yeni hərbi texnika və raket komplekslərinin əlavə olunması Ermənistanı təşvişə salıb. İrəvan Naxçıvan istiqamətindəki uğursuzluğu ört-basdır etməklə daxildəki etirazları səngitməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan özü etiraf edib ki, 15 min erməni gənc ordudan yayınıb və xaricə qaçıb. Baş nazir onların geri qayıtması ilə bağlı çağırış da edib. Ancaq erməni gənclər elə bir neçə gün əvvəl Xocavənd istiqamətində məhv edilən həmyaşıdlarının taleyindən ibrət dərsi götürərək çətin ki, fəlakətlər içərisinə yuvarlanan ölkəyə qayıtsınlar.
Üstəlik, İrəvan bütün davranışları ilə Azərbaycanı savaşa çəkir. İyunun 13-də Ermənistan prezidenti Armen Sərkisyan danışıqların pozulması istiqamətində növbəti addım atıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni prezident dünən qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana gələcək. Belə bir ərəfədə A.Sərkisyan Qarabağda peyda olursa, deməli, danışıqların nəticəsi bəri başdan bəllidir.
Deputat Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında əvvəlcə Naxçıvan istiqamətindəki uğurlu əməliyyata kölgə salmaq istəyənlərə ünvanlı fikirlərini bölüşdü: “Elə bil bu xalqın düşmənləri var. O istiqamətdə əldə etdiyimiz yüksəkliklərlə bağlı da bəzi iddialar səsləndirilir. Unutmaq olmaz ki, həmin yüksəklikləri düşməndən təmizləyərkən Adil Tatarov şəhid oldu. 110 kv.km ərazi düşməndən azad edilib. O hadisədən əvvəl Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan istiqamətindəki cəbhə xəttinə gəlmişdilər. Gəlib Naxçıvan istiqamətinə baxdılar, yekə-yekə danışdılar, çox keçmədi ki, cavablarını o cür aldılar”. A.Abbas Ermənistan prezidentinin işğal altındakı Azərbaycan ərazilərinə səfərinin də cavabsız qalmayacağını söylədi: “Bu gün Qarabağda vəziyyət yaxşı deyil, orda da nə isə dəyişikliklər etmək istəyirlər. Ermənistan prezidenti də bu səfərinin cavabını alacaq. Bu mənim subyektiv fikrimdir, heç deputat kimi demirəm, bir qarabağlı yazıçı kimi deyirəm: bu yaxınlarda düşmən çox ciddi cavab alacaq. Aprel məğlubiyyəti ermənilərin budəfəki məğlubiyyətinin yanında muştuluq olacaq. Ayrı yol yoxdur”.
Deputat bildirdi ki, artıq torpaqların təmizlənməsinin vaxtı yetişib. Lakin həmsöhbətimiz bir məqamı da vurğuladı: “Mənim həmişə dediyim bir söz var. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacaqsa, konstitusiyamızı qəbul edəcəksə, onlar orada yaşamalıdır, bu, onların haqqıdır. Biz faşist deyilik ki, hamını qıraq. Yaxud biz erməni deyilik ki, etnik təmizləmə aparaq. Kim qanunlarımıza tabe olarsa, qalıb yaşayar, hətta deputat da seçilər, nazir də ola bilər, necə ki, əvvəllər olublar. Biz Dağlıq Qarabağdakı erməniləri erməni faşistlərinin əlindən təmizləyəcəyik. İkincisi, bəzən müharibə deyirlər, bu, müharibə deyil. Qardaş, müharibə iki dövlətin arasında olur. Amma daha sən terrorçulara, separatçılara qarşı mübarizə aparırsansa, bu, müharibə anlayışına uyğun gəlmir. Rusiya, Türkiyə, ya başqa dövlətlər antiterror əməliyyatları aparırlar, bu, müharibə deyil. Özü də Müdafiə Nazirliyi qarışmadan, ölkədə asayişi qoruyan təşkilat olaraq Daxil Qoşunlarımız Qarabağda antiterror əməliyyatı keçirə bilər. Necə ki, vaxtilə Daxili Qoşunlar əməliyyatlar aparırdı. Minlərlə polisimiz Qarabağda şəhid olub, xeyli milli qəhrəman, qazi polisimiz var. Yəni Daxili Qoşunların köməyi ilə Qarabağı terrorçulardan təmizləməyə gücümüz çatar. Bərkə düşərsə, təbii ki, Müdafiə Nazirliyi Daxili Qoşunlara kömək etməli, ölkənin müdafiəsində töhfəsini verməlidir. İstənilən halda düşmən cavabını alacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|