Bakı bu üç ölkə ilə əlaqələrə önəm verir - deputat
Tarix: 20-06-2018, 14:09 |
Çap et
Millət vəkili Qənirə Paşayeva Almaniya, Fransa və İtaliyanın fəal qadınları ilə görüş keçirib.
Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, iqtisadi imkanları ilə bağlı geniş məlumatlar verib.
Dağlıq Qarabağ probleminə toxunan Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.
Deputat Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyət barədə də məlumat verib.
Bakının Almaniya, Fransa və İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyən millət vəkili görüşün yekununda xarici fəal qadınları Azərbaycana dəvət edib.