"Qurultayın keçirilməsi üçün müəyyən məkanlar nəzərdə tutmuşuq"
Tarix: 7-08-2018, 09:01 |
Çap et
“Konfranslarımız davam edir. Onların nəticələri ilə bağlı müəyyən addımlar atılacaq”.
Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, partiyanın qurultaya hazırlıq işləri hələ ki tamamlanmayıb:
“Gündəliyimiz bəllidir. Partiyanın nizamnaməsində birmənalı şəkildə yazılıb. Əksər partiyaların nizamnaməsində qurultayın gündəliyi var. Yəni hesabatlardır, seçkilərdir və.s “.
Partiya sədri qeyd edib ki, qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək:
“Qurultayın keçirilməsi üçün müəyyən məkanlar nəzərdə tutmuşuq. Lakin qabaqdangəlmişlik etməyək. Hələ qurultayımızın hazırlıq işlərini o vəziyyətə gətirək ki, yerlə bağlı müraciət də edə bilək. Təbii ki, işlər tamamlananda yer üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətimiz olacaq”.
Xatırladaq ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) hazırda qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək. Hələki KXCP "İzmir" Rayon Şöbəsi (Yasamal) Nisəxanım Vəliyeva və KXCP Ali Məclisinin keçmiş üzvü Oqtay Gülalıyev sədrliyə namizədliyini irəli sürüb.