Hafiz Hacıyev də qurultaya hazırlaşır
Tarix: 8-08-2018, 08:57 |
Çap et
Bu il Müasir Müsavat Partiyasının qurultayı keçiriləcək.
Bu barədə partiyanın sədri Hafiz Hacıyev Modern.az saytına açıqlama verib. O bildirib ki, hazırda bununla bağlı işlər görülür:
“Partiyamızın qurultayı ilin sonu üçün nəzərdə tutulub. Hər halda sentyabrdan başlayaraq biz mitinqlərin keçirilməsi ilə əlaqəli təşkilat komitəsinə göstəriş vermişik. Sentyabrdan çox güclü şəkildə fəaliyyətimizi intensivləşdirəcəyik”.
H.Hacıyevin sözlərinə görə, qurultayla bağlı qərar verilsə də hələ ki qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılmayıb:
“Komitənin sentyabrda yaradılmasını nəzərdə tutmuşuq. Yalnız bu yolla ilin sonuna kimi qurultayın keçirilməsi təmin edilə bilər”.
Qeyd edək ki, bu il Müasir Müsavat Partiyası ilə yanaşı, Klassik Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının da qurultayı keçiriləcək. Lakin hər üç partiyanın qurultay tarixi məlum deyil.