"Bu konvensiyanın imzalanması Azərbaycan və region dövlətləri üçün böyük əhəmiyyət daşıyır" - deputat
Tarix: 13-08-2018, 09:24 |
Çap et
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.
Moderator.az -ın əməkdaşı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin fikirlərini öyrənib:
"Bu konvensiyanın imzalanması Azərbaycan və region dövlətləri üçün böyük əhəmiyyət daşıyır.22 il aparılan danışıqların nəticəsi olaraq bu sənədin imzalanması, bütün məsələləri həll etməsə də sülhə və regional əməkdaşlığa böyük tövhə verəcəkdir. Sənədin tam mətni ilə tanış olmasam da Prezident İlham Əliyevin ölkəmizin maraqlarına cavab verməyən hər hansı sənədin altına imza ata biləcəyinə inanmıram.Bu konvensiya Azərbaycanın nəqliyyat dəhlizi kimi dünyada əhəmiyyətini artıracaq, o cümlədən,türk dünyasının birliyinə və əməkdaşlığına xidmət edəcəkdir. Xalqımızı təbrik edir,sənədin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki,ərazi bütövlüyümüzü bərpa edəcək və ölkəmizin qarşısında dayanan digər problemləri də uğurla həll edəcəyik."