"Onlar ənənəvi müxalifəti qəbul etmirlər" - deputat
Tarix: 15-08-2018, 08:33 | Çap et
Avqustun 13-də REAL sədri İlqar Məmmədovun azad edilməsi çoxsaylı müzakirələrə yol açıb. Son illərdə Azərbaycanla Avropa Şurası arasında bu siyasətçiyə görə yaranan problemlərin bundan sonra bitib-bitməyəcəyi, sanksiya hədələrinin aradan qalxıb-qalxmayacağı suallar doğurur. Eyni zamanda Məmmədovun 5 il 6 aylıq məhbus həyatı ilə vidalaşmasının müxalifət düşərgəsində canlanma yaradıb-yaratmayacağı yönündə səslənən fikirlər birmənalı deyil.
İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Azərbaycanla Avropa Şurası arasındakı münasibətləri siyasi yetkinlik səviyyəsinə çatan münasibətlər adlandırdı: “İllüziyalar bitib, artıq bütün səhnə açıqdır. Hər bir tərəfin də məramı ortadadır. Azərbaycan Qərb aləminə hüquqi, mədəni, siyasi cəhətdən inteqrasiyasını yalnız sözlərlə ifadə etməyib. Bunu təhlükəsizlik risklərinə baxmayaraq apara bilib. Avropa strukturları ilə əməkdaşlıq yolunda böyük məsafələr qət etmişik. Ona görə də bir şəxslə bağlı Qərb aləminin bir dövlətlə münasibətlərini, strateji planlarını qurban verəcəyi heç zaman inandırıcı deyil. Məsələnin alt qatındakı səbəblər tamam ayrı idi. Keçmişdə bu səbəblər haqqında yetərincə danışmışıq. Ümumən götürəndə Qərb aləmində bu cür düşüncə var ki, əgər rəsmi Bakı bizimlə münasibətləri normal şəkildə qurursa, düşmənlərimizlə savaşın ön cəbhəsinə çevrilsin. Bu halda söhbət Rusiya və İranla əlaqələrdən gedərdi. Əgər buradan hər iki ölkəyə qarşı bəyanatlar verilsəydi, Saakaşvilinin dəst-xətti rəsmi Bakı tərəfindən həyata keçirilsəydi, İlqar Məmmədov deyil, qeyri REAL-çılar da həbsxanada olsaydı, bu, Qərbin ”demokratiya damarı"nın qabarmasına səbəb olmayacaqdı.
İlqar Məmmədov hadisəsi açığı deyim ki, Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərə öz təsirini göstərəsi deyildi. Azərbaycan tərəfindən verilən amnistiya, əfv kimi qərarlar bir şəxslə bağlı verilməyib. Təəssüflər olsun ki, son zamanlarda Qərbin atdığı addımlara görə Azərbaycanı təqdir etdiyini, dəstəklədiyini görməmişik. 8 avqustda Gürcüstan hadisələrinin ildönümündə Amerikadan tutmuş Almaniyaya qədər verilən çoxsaylı bəyanatların şahidi olduq. Hər kəs Rusiya tərəfindən edilən bu ilhaqın tanınmayacağını bəyan edirdi. Biz indi Rusiya əleyhinə bəyanatlar verməliyik ki, Qərb tərəfindən dəstək alaq? Bu, açıq şəkildə bizi qonşularla müharibəyə itələməkdir. Hər zaman ölkəmizdə siyasətçilərin azadlıq şəraitində siyasi mübarizə aparmalarının tərəfdarı olmuşam. İlqar Məmmədov da ona qədərki dövrdə normal şəkildə siyasi platformasını reallaşdırıb. Son illər ərzində onun düşüncəsində, yumşaq dillə desək, müxtəlif hadisələr baş verirdi".
Deputat İ.Məmmədovun azadlığa çıxmasının müxalifət cameəsində canlanma yaratmayacağını düşünür: “Əslində REAL-çılar klassik partiya modelində təşkilatlanmayıblar. Faktiki olaraq REAL-ın müxalifət cinahında təmsil olunan qurumlar arasında hansı yerdə dayandığı məlum deyil, heç bu təşkilat hakimiyyət əleyhdarlarını da narahat etmir. REAL-çılarla müxalifət arasında münasibətlər heç də xoş olmayıb. Onlar ənənəvi müxalifəti qəbul etmirlər. Özləri də dekabristlər kimi manifestlər imzalamaqla məşğuldurlar. Onların respublika quruluşunun hansı səviyyədə formalaşmasına dair ara-sıra yazılarından başqa diqqətçəkən proqramları da mövcud olmayıb. İçərilərində səmimi şəkildə demokratik olmadıqlarını bəyan edənlər də olub. Onlardan soruşsanız ki, sosial şəbəkələrdə bloka atdığınız şəxslər varmı, əgər səmimi olsalar deyəcəklər ki, 300-500 istifadəçini blok etmişik. Əgər onlar vəzifə sahibi olsaydılar, bloka atdıqları şəxsləri mütləq həbs etdirərdilər. Müxalifətdə canlanma fərdlər üzərində olmamalıdır. Əslində İsa Qəmbər və digər siyasətçilərin geniş imkanları var idi ki, zaman etibarı ilə belə şəxsləri çevrələrinə yığsınlar. Əvvəllər bunu edə bilməyiblərsə, cəmiyyətin 0.1%-nin tanımadığı bu şəxs nə edəcək ki? Ola bilər ki, məhbəsdə olmağı bir qədər onu tanıtdı. Bu tipli siyasətçilər Azərbaycan cəmiyyətinə doğma görünmürlər. İlqar Məmmədovun azadlığa çıxması epizodik effektlər verə bilər, amma diqqət çəkəcək dərəcədə siyasi mühitin dəyişməsi mümkünsüzdür. Məni tanıyanlar yaxşı bilir ki, istər keçmişdə olsun, istərsə də indi, hər zaman İlqar Məmmədov da daxil, digər belə şəxslərlə tribunalarda fikir mübadiləsi aparmağı istəmişəm. Bu da çox normaldır”.
AĞ Partiya başqanı Tural Abbaslı REAL rəhbərinin azad edilməsinin müxalifət daxilində müsbət əhval-ruhiyyə yaratdığını qeyd etdi: “İlqar Məmmədovu, ailəsini və əqidədaşlarını onun şərti də olsa azadlığa çıxması mübasibətilə təbrik edirəm. Ümid etmək istəyirəm ki, tezliklə digər siyasi məhbuslar da öz ailələrinə qovuşacaq və Allahın onlara bəxş etdiyi həyat adlı neməti ailələri və əzizləri ilə birlikdə yaşayacaqlar. Heç kəsin həyatı onun haqq etmədiyi halda dörd divar arasında, bağlı qapılar arxasında keçməməlidir. Ümumən götürsək, İlqar Məmmədovun 5 ildən artıq zamandan sonra azadlığa çıxması müxalif cameədə müsbət əhval-ruhiyyə yaradır. Ancaq hansısa köklü və əsaslı dəyişiklik olacağına inanmıram. Ola bilsin ki, bu azadlıq öz təşkilatı üçün hansısa əsaslı dəyişikliklərə səbəb ola bilsin. Çünki Azərbaycan iqtidarı 25 ildən artıq bir müddətdir ki, hakimiyyətdə möhkəmlənib və eyni zamanda da müxalifətin bütün resurslarını və təsir imkanlarını neytrallaşdırıb. Düşünmürəm ki, İlqar Məmmədovun həbsdə olduğu bu illər ərzində Azərbaycan siyasi reallıqlarında və ya İlqar bəyin şəxsi göstəricilərində nəsə həlledici səviyyədə dəyişib. Azərbaycan müxalifətində pərakəndəlik o səviyyədədir ki, onları bir araya toplamaq belə, real görünmür. Elə analiz etsək görərik ki, REAL-ın özü də belə bir birliyə və əməkdaşlığa can atmır. Odur ki, mənim hər hansı illüziyalarım yoxdur. Müxalifət cameəsində real canlanmanı və hərəkətliliyi yarada biləcək yeganə qüvvə xalqdır. Xalq isə artıq bu illər ərzində müxalifət adını monopoliyada saxlamaq istəyən təşkilat və siyasilərdən yorulub deyə, proseslərdən kənarda qalır. Biz AĞ Partiya olaraq xalqın etimadını qazanmağın və onun siyasi səhnədəki həlledici yerini tutmasının tərəfdarıyıq. İnsanları artıq ”ağ atlı qəhrəman"lara kökləmək zamanı deyil, düşünülmüş, hesablanmış, ardıcıl və məqsədyönlü fəaliyyətə ehtiyac var".
VİP sədri Əli Əliyev bunları dedi: “Bir çox hallarda böyük siyasi hadisələr kiçicik subyektiv olaylardan törəyə bilir. Eyni zamanda da vaqeəyə hazır təlatümlər yenə də kiçik amillərdən pozulur. Sözsüz ki, İlqar Məmmədov məsələsində hakimiyyətin geriyə addımı böyük sayılacaq dəyişiklikdir. İlqar bəyin də görünən ruhu sınmadığından xəbər verir. Hər iki amil mühümdür. Bundan gerisi atılacaq addımların necəliyindən, hakimiyyət və beynəlxalq aləmin davranışından asılı olacaq. Proqnoz söyləməyə çətinlik çəkirəm”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanla Avropa Şurası arasındakı problemlərin tək siyasi məhbuslarla bağlı olmadığını vurğuladı: “Ayrı problemlər də var. Hesab edirəm ki, İlqar Məmmədovla bağlı məsələdə hər şey Azərbaycanın iradəsindən asılı idi. Avropa Şurasının onun azadlığa çıxması üçün təsirlərinin olduğunu demək doğru deyil. Azərbaycan tərəfi öz iradəsi ilə İlqarı azadlığa buraxdı. Bundan şad olduqlarını Avropa Şurasının baş katibi Torbyorn Yaqland etiraf etdi. İlqardan başqa bir neçə nəfər də siyasi məhbus var ki, biz onların azadlığa buraxılmasına çalışırıq. Onların hamısını öz iradəmizlə azad etsək, bu çox müsbət olar. Açığı, heç zaman düşünmədim ki, İlqara görə Azərbaycana sanksiyalar tətbiq olunsun”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|