Yeni tanınmış məhbus siyahısı aranı qatdı - hüquq müdafiəçindən sərt etiraz
Tarix: 4-09-2018, 09:01 | Çap et
Vahid siyasi məhbus siyahısının hazırlanması üzrə İşçi Qrupu sentyabrın 1-də ölkədə yeni siyasi məhbus siyahısını açıqlayıb. Siyahıda 130 məhbusun adı yer alıb. İşçi qrupu bildirir ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 128 işdə siyasi motivli həbsin baş verdiyi təsbit olunub, həmin məhbuslar siyasi məhbus kimi tanınıb.
Həmin şəxslərin 9-u jurnalist, blogger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 68-i inanclı şəxs, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 20-si siyasi, ictimai fəal, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır. Qrupun məlumatında 2 nəfərin işinin monitorinq altında olduğu vurğulanır.
Məlumatda bildirilir ki, İşçi Qrupu bundan öncəki siyahını martın 22-də açıqlayıb. Həmin vaxtdan bu yana siyasi məhbus sayılan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər ölkə başçısının imzaladığı əfv sərəncamı, 11 nəfəri isə cəzasının müddəti bitdiyindən azadlığa çıxıb. 2 nəfərin isə şərti azadlığa buraxıldığı vurğulanır.
Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli kimi məhbusları İşçi Qrupu siyasi məhbus kimi tanıyaraq siyahıya əlavə edib.
Bu şəxslərdən biri inanclı, qalanları isə əsasən siyasi fəallar sayılırlar.
İşçi Qrup onu da qeyd edir ki, siyahı reallığı tam ifadə etmir. Onlar siyahıya daha çox şəxsin düşməli olduğunu düşünürlər.
Qeyd edək ki, bu tipli siyahılar zaman-zaman açıqlanır və hər zaman da çoxsaylı müzakirələr açılır. Bu işçi qrupunun siyahısından əlavə Fransada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi Siyasi Məhbusların Müdafiə Mərkəzinin də siyahısı var ki, orada 160 məhbusun adı yer alır. Bundan başqa, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun da siyahısı var ki, orada 30-a yaxın siyasinin adı var. Siyahıların müxtəlifliyi daim narazılıq doğurub. Siyahı müəllifləri digərlərinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər.
Son siyahının müəlliflərindən olan hüquq müdafiəçisi Rəsul Cəfərov “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Mən və digər qruplarda olan həmkarlarımın yanaşması ondan ibarətdir ki, ölkədə bir nəfər siyasi məhbusun olması belə ciddi problemdir. Bu baxımdan siyahılar arasındakı fərqlər bizim üçün ciddi əhəmiyyət daşımır. Fakt ondan ibarətdir ki, hər iki siyahıda 100-dən artıq siyasi məhbus var. Siyahılar arasında əsas fərq ona görə yaranır ki, həmkarlarımızın siyahısında 90-cı illərdə həbs olunan, sonradan ilkin olaraq güllələnmə cəzasına məhkum edilən və sonradan da cəzaları ömürlük cəzalarla əvəz edilən şəxslərin adları o siyahılara daxil edilib. Bizdə isə cəmi 3 nəfər ömürlük məhbusun adı var. Bunlar Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur ki, onlar siyasi məhbus olmaq üçün bütün kriteriyalara cavab verirlər. Bizdən əvvəl bu şəxsləri hələ 90-cı illərin sonları, 2000-ci illərindən əvvəllərində Avropa Şurası siyasi məhbus kimi tanıyıb. Hələ o vaxt biz heç Avropa Şurasına üzv belə olmamışdıq. Sayda texniki fərq əsas buna görə yaranıb. Siyahımızdakı keçmiş iki dövlət məmuru Əli İnsanov və Rüfət Səfərovdur”.
Hüquq müdafiəçisi siyahılar arasındakı fərqlərin onların həqiqiliyinə kölgə salmadığını düşünür: “İstənilən məsələ ətrafında müzakirələr olanda bu məsələnin mahiyyətinə varmaq üçün daha optimal variantdır, nəinki bu məsələlər müzakirə edilməyəndə. Bildiyiniz kimi, bizlər və həmkarlarımız bu məsələyə əsas mahiyyət kimi deyil, texniki fərq kimi baxırlar. Bizim düşüncəmizə görə, bəzi ömürlük məhbuslar var ki, qanunsuzluqla həbs edilsələr də, qanunsuz cəza alsalar da, siyasi məhbus deyillər. Bizim həmkarların birləşdikləri qurumun nəzərə aldığı kriteriyalarla bizimkilər də eynidir. Bu, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi beş kriteriyadır. Bizim qrupun siyahısında monitorinq altında olan şəxslər də var. Belə məhbuslar da diqqətimizdə olan, işlərini araşdırdıqlarımızdır. Sadəcə, o şəxsləri tam siyasi məhbus kimi tanımaq imkanlarımız olmadığı üçün tanımırıq. Beş kriteriyanın heç olmasa bir neçəsi olanda şəxsləri siyasi məhbus kimi tanıya bilirik. Onu da deyim ki, bizim və həmkarlarımızın siyahısında olanların tam əksəriyyəti eyni şəxslərdir. Hesabatımızda xüsusi olaraq onu da vurğulayırıq ki, biz bunun son rəqəm olduğunu iddia etmirik. Ola bilər ki, siyahı çox olsun, amma əlimiz nələrə çatırsa, kimin barəsindəki informasiyaları biliriksə, onları siyahılara salırıq. Siyasi məhbus məsələsinin həlli bizim üçün daha vacibdir, nəinki siyahılarda olan fərqlər”.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı siyahı hazırlayanlara yönəlik sərt danışdı: “Son aylarda siyasi məhbusların bir qismi müxtəlif yollarla azadlığa çıxıblar. Amma hələ ki bu problem özü-özlüyündə qalmaqdadır. 128 nəfərlik siyahını görməmişəm. İstənilən halda, siyasi məhbus problemi həll olunmalıdır. Yaxşı bilirsiniz ki, bizim siyahı onlarınkından azdır. Hazırda bizim üçün əsas olan odur ki, siyahımız qapansın. Nə qədər düşünülməmiş geniş siyahılar ortaya çıxsa, bu problem başımız üzərində Domokl qılıncı kimi qalacaq. Hazırda məhkəmələri gedən şəxslərin işlərini çox ciddi şəkildə nəzarət altında saxlayırıq. Siyahımızda Seymur Həzi, İlkin Rüstəmzadə kimi məhbuslar var ki, uzun zamandır həbsdədirlər. Bu şəxslərin azadlığa çıxmaları labüd məsələdir. Biz belə məsələləri ortaya qoyuruq. Çalışırıq ki, dövlət qurumları ilə danışıqlar aparıb belə şəxslərin işini ölkə daxilində həll edək. Kim nə deyirsə desin, bu problem ölkəmiz daxilində həll olunmalıdır. Leyla Yunus xaricdə oturub, ən geniş siyahını haradan tərtib edir, bunu heç özü də bilmir. Lap 500 nəfərlik siyahı hazırlasınlar, nə olsun? Azadlığa çıxmaq imkanları olanların işlərini məngənəyə salırlar. Bizim siyahı ilə onlarınkılar arasında həm böyük bir fərq, həm də arzu var. Biz istəyirik ki, siyasi məhbuslar azad olunsun. Amma etiraf edək ki, elə insanlar var ki, öz maraqlarına uyğun siyahılar tərtib edirlər, beynəlxalq təşkilatlara işləyirlər. Biz bunu da yaxşı bilirik. Onunla da əzab-əziyyət çəkən, həbsxanalarda ömürlərini çürüdən insanların həyatlarının məngənə arasında qalmalarına bais olurlar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|