“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                 

"İrad bildirirlər, deyirlər nə işin var, qoy icra məmurları danışsın, niyə jurnalistlərə açıqsan?" - deputat
Tarix: 4-03-2019, 08:51 | Çap et
"İrad bildirirlər, deyirlər nə işin var, qoy icra məmurları danışsın, niyə jurnalistlərə açıqsan?"
Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə sonuncu müsahibəmizin üstündən iki aydan bir az çox vaxt keçmişdi. Ötən ilin dekabrındakı söhbətimizdə sosial sahə ilə bağlı söylədiyi bir sıra arzu-istəkləri, gözləntiləri və təklifləri yeni ilin ilk iki ayında reallaşdı. Prezident tərəfindən imzalanan fərman və sərəncamlarla əhalinin böyük əksəriyyətini əhatə edən addımlar atıldı və islahatların davamlı xarakter daşıyacağı rəsmən bəyan olundu.

Komitə sədri ilə bu barədə geniş danışdıq. Hadi müəllimlə “Açıq hava, açıq söhbət” rubrikasında baş tutan söhbətimizdə onun haqqında ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatlara, şayiələrə də aydınlıq gətirməsini istədik. Etiraz etmədi, detallı şəkildə suallarımızı cavablandırdı.

- Hadi müəllim, sizinlə son müsahibəmizdən keçən iki ay ərzində ölkədə inqilabi dəyişikliklər baş verməkdədir. Əmək və sosial siyasət komitəsinin sədri olaraq dövlət başçısının son addımları barədə nə deyə bilərsiniz?

- Siz illərdir ki, parlament müxbiri olaraq bizim plenar iclaslardakı və komitə iclaslarındakı çıxışlarımızı yaxından izləyirsiniz. Özü də mən uzun müddət idi sizin qəzetə müsahibə vermirdim. Nəhayət, o müsahibəni sözün əsl mənasında məndən aldınız. Nə yaxşı ki, indi siz yada saldınız ki, bizim həmin müsahibədə arzu-istəklərimiz, ümidlərimiz var idi. Həmin arzuların hamısını biz noyabr ayında, komitə iclasında səsləndirmişdik. Yadınıza gəlirsə, biz o vaxt minimum əmək haqqının yaşayış minimumuna yaxınlaşdırılması ideyasını bildirmişdik.

- Bəli, bir az da ehtiyatlı şəkildə belə bir təklif vermişdiniz...

- Çox ehtiyatlı! Nəyə görə? Çünki maliyyə naziri daim deyirdi ki, bunun maliyyə əsasını, maliyyə vəsaitinin miqdarını deyin. Biz hələ onun az hissəsinə razı idik. Mən yenə o fikrə qayıdıram ki, Azərbaycan dövlətçiliyi tarixində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının minimum əmək haqqını yaşayış minimumuna bərabərləşdirməsi ilk və inqilabi hadisədir. Çünki bu, böyük məsələlərin təməlidir. Bundan sonra onun üzərində çoxlu məsələlər qoyula, əmək haqqı fəlsəfəsində dəyişiklik ola bilər. Bax, indi görün nə oldu? Mən çox təəssüf edirəm, səsləndirirlər ki, ölkəmizdə minimum əmək haqqı alanların sayı 600 min nəfərdir. Bu əslində belə deyil. Artım tarif cədvəlinin 19 qrafasında da özünü göstərdi və o dəyişikliklər oldu. Yəni minimum əmək haqqı 130-dan 180-ə çatanda tarif cədvəlinin bütün qrafalarına dəyişikliklər edildi. Birində 20 manat, digərində bir az çox artım oldu. Bax o 600 min bütün qrup işçilərin cəmidir, təkcə minimum əmək haqqı alanlar deyil. Beləliklə, mən bunu inqilabi addım sayıram. Çünki bunun üzərinə gələcəkdə biz yenidən əmək haqqı məsələlərinə baxa bilərik.

- Prezident də dedi ki, bu artımlar son deyil...

- Bəli. Əmək haqqı fəlsəfəsinin mahiyyəti yaşayış minimumuna uyğunlaşmalıdır. İstəyirəm onu da bir daha səsləndirəm, bu minimum sözünü heç vaxt yaddan çıxartmaq olmaz. Bu, insanın yaşaması üçün istehlak səbəti, eyni zamanda, bizim bəzi kommunal xərclərin ödənməsi ilə üst-üstə düşən məqamlardır. Bunu heç kim heç vaxt tərifləmir. Deyirik bu, minimumdur və bu baza üzərində bütün əmək haqqı hesablamaları qurulur. Bax, burda inqilabi addım atıldı və mən bunu illərdir bu sahə ilə məşğul olan adam kimi, möhtərəm prezidentimizin cəsarətli addımı kimi qiymətləndirirəm. Mən nəyi müşahidə edirəm? Böyük bir qrup insan bu 50 manatlıq artımı “sağ olun” deyərək müzakirə edir, digər qrup isə yanmışdığından, bu boyda artımın qarşılığında əsəblərini cilovlaya bilmədiklərindən bunu pis mənada müzakirə etməyə çalışırlar. Digər bir addım da atıldı: minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması ilə bağlı. Bu da sözün əsl mənasında inqilabi addım idi. Əlbəttə, burada hələ görüləsi işlər çoxdur. Nəyə görə? Dediyimiz kimi, əmək haqqı cədvəlinin 19 qrafasında dəyişiklik etdik. Amma burada hələ o dəyişikliklər edilməyib. Aşağı həddi qaldırdıq, ondan az-az yuxarı hədlərə hələlik toxunmadıq. Bu da gələcəkdə mütləq öz həllini tapacaq.
- Şəhid ailələri ilə bağlı illərdir davam edən müzakirələrə də son qoyuldu...

- Şəhid ailələrinin məsələsi Qarabağ əlilləri ictimai birlikləri ilə birgə dəfələrlə müzakirə olundu, cəmiyyətə mesaj göndərildi. On bir min manat hamıya şamil edildi. Varislərə aylıq ödəmələr 242-dən 300-ə qaldırıldı. Əlillərlə bağlı bəzi artımlar 60 faiz, bəziləri 80 faizdir. Bu artımların həcmi olduqca hissolunandır. Məsələn, 1-ci qrup Qarabağ əlilinin ailəsi 450 manat ödəmə alacaq.

Ümumilikdə mən bunları sistemləşdirmək istəyirəm. Birinci: minimum əmək haqqının yaşayış minimumuna uyğunlaşdırılması; ikinci qrup: pensiya həddinin 116 manatdan 160 manata çatdırılması; üçüncü qrup: şəhid ailələri ilə bağlı bir neçə qərarın verilməsi, dördüncü qrup: Qarabağ əlilləri ilə bağlı müavinət sistemində hissolunan dəyişikliklər. Həmçinin doğuşa görə müavinət 200 manata çatdırıldı. Bundan əlavə, insanlar uzun müddət idi mənzillərini sənədləşdirə bilmirdilər, o istiqamətdə addım atıldı. Tələbələrin təqaüdləri də artırıldı...

- Əhatə dairəsi kifayət qədər geniş olan problemli kreditlərlə bağlı prezident fərmanı barədə nə deyə bilərsiniz?

- Çox maraqlı və siz deyən kimi, əhatə dairəsi geniş olan və əhalinin böyük bir hissəsini ciddi problemlərdən xilas edən qərar verildi. Təxmini hesablamalara görə, 850 min nəfərin bank kreditləri ilə bağlı kəm-kəsir öz həllini tapacaq. 311 min bu qrupdan olanlar məhkəmə məsuliyyətindən azad olacaq. Həmçinin banklara 682 milyon manat vəsait veriləcək ki, onlar da bu vəsaiti borcların ödənməsi mexanizminin rahatlanmasına yönəldəcək. Eyni zamanda, kiçik faizlərlə dövlət banklara da dəstək olacaq. Möhtərəm prezidentimizin digər addımını xatırladım. Əvvəllər banklara qoyulan vəsaitlərin 30 min manatı sığortalanırdı. İndi artıq limit yoxdur. 7 milyon 400 min adam son üç ildə banklara çoxlu vəsait qoyub. Demək banka güvənib ki, qoyduğu pul ona fayda gətirəcək

- Hadi müəllim, bundan sonra hansı addımların atılmasını gözləyirsiniz? Məsələn, ölkədə uşaqpulu deyilən ödənişlərin bərpası ilə bağlı çoxsaylı gözləntilər reallaşa bilərmi? Siz də vaxtilə demişdiniz ki, 5 deyil, 3-dən çox uşağı olanların çoxuşaqlı ailələr hesab olunmasını təklif edirsiniz...

- Son fərmanla yaxınlarda 5-dən çox uşaqlı ailələrin hər bir üzvünə 55 manat müavinət veriləcək. Bu özü böyük məbləğdir. Mən indi 4 və 4-dən yuxarını deyirəm. Buna keçmək üçün maliyyə tutumu öyrənilməlidir. Deyək ki, 9 min ailə 6 uşağı olanlardır. Amma 4-dən yuxarı uşağı olan ailələr 40-50 minə çıxacaq. Bu sistemlə bağlı da iş gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, möhtərəm prezidentimizin tapşırığı ilə çox sistemli, ardıcıl axtarışlar aparılır, yoxlamalar, hesablamalar gedir. Biz Avropa Sosial Xartiyasına qoşulmuşuq, o Xartiyanın da tələbləri var. Ola bilər ki, gələn ildən minimum əmək haqqı yaşayış minimumunu üstələsin. Bu, çox önəmli məsələdir. Beləliklə, artıq bu təməl üzərində ardıcıl iş aparılacaq. Mən daim demişəm, 3 yaşa qədər uşaqlara daha sanballı vəsait ayırmaq olar, bunlarla bağlı iş gedir.

- Siz parlamentdəki büdcə müzakirələrində ölkədə doğuşun azalmasına görə narahatlığınızı bildirmişdiniz. Bu azalmanın sosial durumla əlaqəsi varmı?

- Bəli, mən narahatlığımı bildirmişdim. Doğuş azaldığı üçün təbii artım da azalıb. Ancaq bu, təkcə və bilavasitə sosial durumla bağlı deyil. İnsanların sivil düşüncə tərzindən də irəli gəlir. Ailənin özünün düşüncəsi var. Daha imkanlı ailələrdə nədənsə bizdə daha az uşaq var, nəinki az imkanlılarda. Gəlin Amerika, Avropa təcrübəsinə baxaq: Kennedilər ailəsi neçə uşaq idi - 9. Bu gün çoxuşaqlı ailələrə Rusiyada da dəstək olur. Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Əlbəttə, burada da bizim gələcəkdə gözlədiyimiz məsələlər olacaq, mən bunları sadalamaq istəmirəm.

- Qısa müddət ərzində xeyli qərarlar verildi. Rəhbərlik etdiyiniz komitə də bu işlərin içərisində olub. İndiyədək fərqli fikir sahiblərindən sizə təşəkkür edən, yaxud ən azı fikirlərini bölüşənlər oldumu?

- Mən nəyə təəssüf etdim? Son qərarlarla hardasa 2 milyon 200 min nəfərə qədər adamın sosial müdafiəsi təmin olunub. Həm jurnalist, həm siyasətçi kimi mətbuatı oxuyuram, izləyirəm. Mənə Qarabağ əlilləri cəmiyyətlərinin rəhbərləri zəng etdilər. Rey Kərimoğlu, Mehdi Mehdiyev telefon açdılar, o qrup insanlar adından razılıqlarını bildirdilər, prezidentimizə təşəkkür və minnətdarlıqlarını bildirdilər. Başqa qrup insanlar da zəng etdilər. Amma bəzi saytlar, sosial səhifələr ortaya nə çıxartdılar? Nəyi qabartdılar? Guya Hadi Rəcəbli deyib ki, 180 manata yaşamaq olar.

- Hadi müəllim, o 180 manat söhbəti nə idi? Bundan əvvəl də “143 manat normaldır” ifadəsindən tutub sizin əleyhinizə xeyli yazdılar...

- Mən dedim ki - bu səs yazısı, görüntü feysbuk səhifələrində də var - əlbəttə, 180 manatla dolanmaq çətindir. Bir də bu sözü xüsusi vurğulayıram: çətindir. Amma əgər bir ailədən iki nəfər çalışarsa və ya bir nəfər iki yerdə işləyərsə, bununla dolanmaq olar. Biz deməmişik ki, əla yaşamaq olar. Biz nə demişik? 180 manat minimum əmək haqqıdır da. Mənim sözlərim təhrif olunub.

Sizin də iştirak etdiyiniz parlament iclasındakı çıxışımda demişdim ki, ehtiyac meyarı 143 manat olanda 30 min əlavə ailəyə ünvanlı yardım veriləcək, bu da yaxşı haldır. Mənim digər dediklərimi kəsib yaydılar ki, Hadi Rəcəbli deyir 143 manat normaldır. İndi də feysbuk səhifələrində görüntü ilə səslənən fikirlərimi təhrif edib öz istədikləri kimi 180 manat söhbətini atdılar. Bunları kim yayır? Bizim yaxşı işlərimizi bəyənməyən, hər işin içərisində pis nəsə axtaran adamlar. Bu gün mənim masamın üzərində bir kitab var, onu oxuyuram. Nikolay Starikovun “Vlast” (“Hakimiyyət”) kitabı. Bu kitabda da yazılır ki, hakimiyyət uğrunda mübarizə aparanda zəif tərəfin adamları yaxşı ideyaları danışmırlar, mənfi ideyaları qabardırlar. İndi baxın, təəssüf ki, bizim içərimizdə olan bəzi adamlar da populizm xətrinə mənfi ideyaları qabardır. Axı, sən bu xalqın içərisindəsən, sən də xalqı təmsil edirsən. İndi siz təsəvvür edin ki, bu qədər yaxşı işlərin içərisində kimsə bilərəkdən təhrif edərək, cümlənin əvvəlini sonunu kəsərək başlayır ki, Hadi Rəcəbli filan sözü belə dedi. Sən yaxşı işlərdən danış! Prezidentimiz sağ olsun ki, bu qədər vəsait ayırdı, bu qədər cəsarətli, xalqa xidmət edən addımlar atdı, bunlardan yaz da!

- Bəzən iddialar səslənir ki, hətta Hadi Rəcəblinin qohumları da deyir o, danışmasa yaxşıdır. Çünki hər dəfə nəsə deyir və fikirləri rezonansa səbəb olur. Heç sizə də irad bildirirmi qohumlar?

- İrad bildirirlər, deyirlər nə işin var, qoy icra məmurları danışsın, niyə jurnalistlərə açıqsan? Onda mən sizinlə açıq olmayım? Axı, mən nəyi pis və əsassız danışmışam? Populizm xətrinə bəzi yalançı jurnalistlər tərəfindən yazılan hansı fikri istəyirsən, götürək, görək Hadi müəllim nə deyib və necə deyib? Mən hərdən ötür-ötür oyunu oynayan bəzi yazarların fantaziyasına heyran oluram ki, bu qədər də yalan uydurmaq olar? Buyurun, demişəm ki, mənim ailəmdə böyük uşağın paltarını bir müddətdən sonra kiçik uşaqlar geyinir...

- Sosial şəbəkələrdə bəziləri yazdı ki, Hadi Rəcəbliyə ürəyimiz ağrıdı...

- Bax, mən pis nə demişəm? Cəmiyyətə müraciət etmişəm ki, siz belə şeylərdə qənaətcil olun! Uşaq böyüyəndə, onun təzə paltarını balaca uşağa geyindirəndə nə olar?

- Yəqin ki, siz sovet vaxtı olanlardan danışıbsınız, eləmi?

- Həm o vaxtdan, həm də indidən. Bu gün Amerikada, Avropada da belədir. İsrafçı yox, qənaətcil olmaq lazımdır.

- Maraqlıdır, sizin kostyumlarınızı kim geyinir?

(Davamı növbəti sayımızda)
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru