Bu partiyalar MSK-ya maliyyə hesabatı təqdim edib - SİYAHI
Tarix: 6-03-2019, 12:34 |
Çap et
Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların adları məlum olub.
ONA-nın məlumatına görə, bu ilin əvvəlindən indiyədək 16 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar Yeni Azərbaycan Partiyası , Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyasıdır.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.