"Siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü" - deputat
Tarix: 7-03-2019, 08:42 | Çap et
Ötən ilin son aylarından etibarən Azərbaycan müxalifətində müəyyən bir aktivlik müşahidə olunurdu. AXCP sədri Əli Kərimlinin birlik yaratmaq istiqamətində döymədiyi qapı qalmamışdı, sabiq daxil işlər naziri İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatı yaratmaq üçün ciddi səylə çalışırdı, Qarabağ Komitəsi isə özünün fəaliyyətindən doğan uğurlarının “dadını çıxarırdı”.
Faktiki olaraq müxalifət bir növ “hücum taktikası” həyata keçirirdi. Amma son iki ayda durum tamamilə dəyişib, müxalifətin aktivliyindən əsər-əlamət yoxdur. İndi iqtidar üstün mövqelərə sahib görünür, ictimai rəy onun tərəfindədir.
Ekspertlər bunu daha çox prezident İlham Əliyevin sosial və iqtisadi sahələrdə inqilab xarakterli fərmanları, sərəncamları ilə əlaqələndirirlər.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Ən müxtəlif vaxtlarda müxalifət bu və ya buna bənzər aktivlik nümayiş etdirib, müəyyən birliklər, qurumlar yaradılıb. Müxalifətin radikal qanadı və onun ətrafında olan ayrı-ayrı qurumlar ora cəlb olunub. Prinsip etibarı ilə bu qurumlar heç bir effekt verməyib. Az müddət keçəndən sonra artıq onlar tarixin arxivinə göndərilib. Ötən ilin noyabr, dekabr aylarında radikal müxalifət, iqtidara barışmaz münasibət ifadə edən ayrı-ayrı şəxslər elə düşünürdülər ki, cəmiyyətdə bir fəallıq, narazılıq var və bundan istifadə edib iqtidarın üzərinə getmək olar, bunu kütləvi aksiyalara çevirmək mümkündür. Belə xülyalarla yaşayırdılar. Bununla özlərini reabilitasiya edəcəklərini düşünürdülər, hadisələri diktə edəcəklərini zənn edirdilər. Bu düşüncələrlə onlar aktivləşdilər. Lakin köhnə simaların, cəmiyyətdə nüfuzu olmayanların, siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü. Belə də oldu.
Ölkə prezidenti 2018-ci ilin aprelində keçirilən prezident seçkiləri ərəfəsində islahatların davam edəcəyinin, daha geniş miqyas alacağının anonsunu vermişdi. Prezident seçkilərindən sonra artıq bu istiqamətdə addımlar atılmağa başlanıldı. Sosial və iqtisadi sahələrdə inqilab xarakterli sərəncamlar, fərmanlar imzalandı. Şəhidlərin sığortası ilə bağlı müəyyən qisim insanların narazılığından istifadə edib insanları ətrafına toplamağa çalışan, Milli Şuranın çətiri altında özünü yenidən ifadə etməyə səy göstərən Əli Kərimlinin cəhdlərinin şahidi olduq. Lakin bu mümkün olmadı. Hələ ondan qabaq ölkə rəhbərinin sığortaların verilməsi ilə bağlı tapşırığı var idi ki, bu məsələ ciddi şəkildə araşdırılsın, burada kimsə kənarda qalmasın. Eyni zamanda bu fikirlər Milli Məclisdə də səsləndirildi. Onu səsləndirənlərdən biri də mən idim. Bu məsələ cənab prezidentin diqqətində idi. Bəzi qüvvələr bu məsələdən ölkə daxilində qarşıdurma yaratmaq üçün istifadə etməyə çalışırdılar. Amma qısa zaman kəsiyində məsələ araşdırıldı və həll olundu. Radikal qüvvələrin bundan istifadə cəhdləri nəticəsiz qaldı. Mehman Hüseynovla bağlı da ajiotaj yaradıldı. Avropa Parlamenti ilə Milli Şuranın eyni vaxtda bu məsələni qabartması çox sualların cavabı oldu. Amma bundan da bir nəticə qazana bilmədilər. Mehman Hüseynovun müraciəti əsasında ölkə prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı. Artıq Mehman Hüseynov azadlığa çıxıb. Digər tərəfdən, prezident seçkilərindən sonra sosial xarakterli verilən sərəncamlar və fərmanlar bu ilin əvvəllərində başa çatdı. Dalbadal ölkə rəhbəri inqilab xarakterli fərman və sərəncamlar verdi. Problemli kreditlərin həlli ilə bağlı prezidentin imzaladığı sənəd, demək olar, radikal qüvvələri istifadə etmək istədikləri bu amildən də məhrum etmiş oldu. 2003-cü ildən etibarən prezident İlham Əliyev ölkədə gedən prosesləri çox diqqətlə izləyir, sosial sifarişləri təhlil edir, cəmiyyətin önə çəkmiş olduğu aktual problemləri dərhal həll etmək üçün konkret addımlar atır. Bütün bunlar müxalifəti bazalardan məhrum edir, onun sosial bazalarına ağır və sarsıdıcı zərbələr vurur. Sadə Azərbaycan vətəndaşı düşündüklərinin həyata keçirildiyini, narahatlıq doğuran məsələlərin həll edildiyini görürsə, bunlar ölkə prezidentinin atmış olduğu addımların içərisindədirsə, artıq onun müxalifətin yanında bir işi yoxdur. Ölkə rəhbərinin xalqın maraqlarına yönəlik atdığı addımlar həmin qüvvələrin fəallaşmasının qarşısını alır. O qüvvələr xaricdən qrantlar almaq üçün bu cür fəaliyyət aparırlar. Onların niyyətləri həyata keçməyəcək. Çünki xalq onları boykot edib. Keçirilən mitinqlərdə tribunaya baxanda cəmiyyətin tanıdığı simaları görmək mümkün deyil. Tanınan 1-2 nəfərin isə xalq içərisində nüfuzları yoxdur. Bundan sonra da radikal müxalifət niyyətlərinə çata bilməyəcək”.
AĞ Partiya başqanı Tural Abbaslı aktivliyin yaşandığının göz önündə olduğunu bildirdi: “Sizinlə o məsələdə razıyam ki, son bir neçə ayda Azərbaycan siyasi arenasında xüsusi aktivlik yaşanır. Bu aktivliyin səbəbləri kimi hakimiyyətdaxili problemləri, beynəlxalq aləmin hazırkı iqtidara açıq və gizli basqıları, müxalifət arenasında başlamış hərəkətliliyi, ölkədən kənarda yaşayan mühacirlərin sosial şəbəkələrdəki təbliğatını və ən nəhayət, insanların artıq bu şərtlər altında yaşamaq istəməməsini göstərmək olar. Mən deməzdim ki, son zamanlar açılımların və ya başqa hansısa proseslərin təsiri ilə siyasi aktivlik azalıb. Əksinə, hazırda siyasi aktivlik özünün, belə demək mümkündürsə, ikinci mərhələsinə qədəm qoyub. Hazırda müxalifət arenasında təmərküzləşmə və mövqelərin aydınlaşması prosesi gedir. Bundan sonrakı mərhələdə isə xalqın proseslərdə birbaşa iştirakının şahidi olacağımızı düşünürəm.
Baxın, əgər vəziyyət həqiqətən də siz dediyiniz kimi, passivlik istiqamətində hərəkət edirsə, niyə hakimiyyət son aylarda heç bir təşkilat və partiyaya mitinq keçirməyə razılıq vermir? Hətta fəaliyyətində heç bir siyasi çalarların olmadığını artıq sübut etmiş Qarabağ Komitəsinə də ”Qarabağa azadlıq" mitinqi keçirməsinə razılıq verilmir. Əslində son illər ərzində ən çox siyasi aktivliyin yaşandığı dönəm indidir. Bunu hakimiyyət də gözəl bilir və anlayır. Son zamanlar iqtidarın etdiyi açılımlar da bu aktivliyə görədir. Ancaq unudulmamalıdır ki, bunlarla cəmiyyətdə köklü müsbət dəyişikliklərə nail olmaq mümkün olmayacaq. Bu islahatların nəticə verməyini istəyirlərsə, islahatlar artıq siyasi sahəyə keçməlidir. Çünki ölkədə köklü siyasi islahatlar olmayacaqsa, milli barışıq mühiti yaradılmayacaqsa, nəticə hamımız və dövlətçiliyimiz üçün təhlükəli olacaq. Mən bir daha iqtidarı qeyd etdiyim nüanslara diqqətlə yanaşmağa və lazımi nəticələr çıxardaraq, addımlar atmağa səsləyirəm".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|