"Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin"
Tarix: 14-03-2019, 08:54 | Çap et
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycana səfər etmək niyyətində olan ölkə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Azərbaycanın Sərhəd Xidməti Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini əsas gətirərək erməni milliyyətinə mənsub olduğu birbaşa və ya dolayısı ilə bilinən şəxsləri-vətəndaşlığından asılı olmayaraq ölkəyə buraxmaqdan imtina edir. Bu, həmin şəxslərin təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyü ilə əsaslandırılır.
Bəyanatda sonra qeyd edilir ki, Rusiya tərəfi Rusiya Federasiyası vətəndaşlarını etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymağın yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə müraciət etsə də, bu müraciətlərə etinasız yanaşılır: “Qeyd olunan vəziyyəti nəzərə alaraq Azərbaycana səfər etməyi planlaşdıran Rusiya vətəndaşlarına mümkün riskləri dərindən götür-qoy etməyi təkidlə tövsiyə edirik”.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, bu, Rusiya Xarici İşlər Nazirliyində hörümçək toru qurmuş tam və yarı ermənilərin növbəti təxribatıdır. Rusiyadan Azərbaycana turist axınının olması, ölkəmizə turizm və işgüzar məqsədlərlə səfər edən Rusiya vətəndaşlarının vətənimizlə bağlı xoş təəssüratlarını dilə gətirmələri Ermənistan Xarici İşlər Nazirliyi ilə sinxron rejimdə çalışan Rusiya XİN-in bəzi dairələrini narahat edir: “Azərbaycan Rusiya vətəndaşının pasportu ilə ölkəmizə səfər edən, əslində isə həm də Ermənistan vətəndaşı olan şəxsləri ölkəmizə buraxmır və bu mövqe tamamilə hüquqi əsasları olan bir mövqedir. Rusiya vətəndaşının pasportunu daşıyan əksər ermənilərin ikili vətəndaşlığı var. Rusiya qanunvericiliyi ikili vətəndaşlığı yasaq etmir, Ermənistan qanunvericiliyi isə təşviq edir. İndi Rusiya Xarici İşlər Nazirliyinin qərəzli, Azərbaycana düşmən kəsilmiş nümayəndələri bunu ”etnik əlamətə görə ayrı-seçkilik" kimi qiymətləndirirlərsə, bu onların öz problemidir. Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin. Ermənistanda Rusiyanın hərbi bazalarında çalışan Rusiya vətəndaşları istisna olmaqla, 1 nəfər də olsun rus və qeyri-millətin nümayəndəsi yaşamır. Bu ölkədə Rusiyaya və rus dilinə olan münasibət də ortalıqdadır. Erməni əsilli Rusiya vətəndaşlarının böyük əksəriyyətinin eyni zamanda Ermənistan vətəndaşlığı da var. Əgər təxminən 30 dəqiqə ərzində bu rəqəmləri hesablayıb nəticə çıxarmaq mümkündürsə, deməli, bunu Rusiyanın müvafiq dövlət qurumlarında kök salmış ermənilər və onların havadarları da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan məhz bu amili nəzərə alıb işğalçı ölkənin vətəndaşlarını öz sərhədlərindən içəri buraxmır".
YAP-çı deputat Elman Nəsirov bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanat real həqiqətlə-Rusiya-Azərbaycan münasibətləri ilə ziddiyyət təşkil edir: “Bu cür bəyanat və çağırış Rusiya-Azərbaycan münasibətlərinin yüksək strateji tərəfdaşlıq səviyyəsi ilə daban-dabana ziddir. Rusiyanın Xarici İşlər Nazirliyi unutmamalıdır ki, Azərbaycan dövlətinin rəhbəri müstəqil xarici siyasət kursu həyata keçirir və bu səbəbdən də Qərbin anti-Rusiya sanksiyalarına Azərbaycan qoşulmayıb. Buna görə də Qərbdən çoxsaylı təzyiqlərlə üz-üzə qalmışıq. Azərbaycan dövlətinin rəhbəri qətiyyətli mövqe ortaya qoyub və Rusiya ilə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin fəlsəfəsindən çıxış edərək Rusiya əleyhinə olan heç bir təşəbbüsə qoşulmayıb. Azərbaycanla Rusiyanın prezidentləri arasında çox sıx dostluq münasibətləri var. Bu münasibətlər sınaqdan çıxmış münasibətlərdir. Odur ki, Rusiya XİN-in yaydığı bəyanat Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsində, ruhuna uyğun gəlmir və iki arasında münasibətlərə kölgə salmaq məqsədi güdür. Təəssüf ki, bu yeni hadisə deyil. Bir müddət əvvəl də Rusiya XİN-in sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış etmişdi. Bir çox hallarda Rusiya XİN bütövlükdə dövlətinin strateji maraqlarını deyil, bu nazirlikdə işləyən bəzi məmurlar dar erməni maraqlarına xidmət edirlər”.
Deputat hesab edir ki, Azərbaycan XİN bu qərəzli bəyanatla bağlı mövqeyini ifadə eləməli və məsələ ilə bağlı Rusiya ilə təmaslar gücləndirilməlidir: “Eyni zamanda parlamentimiz də bu məsələ ilə bağlı fəallığı artırmalıdır. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun da bu məsələ ilə bağlı fəaliyyəti olmalıdır. Bəyan edilməlidir ki, Rusiya XİN-in bu addımı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərə xələl gətirir. Hər halda, bu məsələlərə aydınlıq gəlməlidir. Keçən il Azərbaycana 2 milyon 800 min turist gəlib. Onların təxminən 800 mindən çoxunu Rusiyadan gələn turistlər təşkil edib. Rusiyalı turistlər dəfələrlə bəyan ediblər ki, Azərbaycan qədər təhlükəsiz, sabit, onların özlərini rahat hiss etdikləri ölkə yoxdur. Ona görə də Rusiya XİN-də müəyyən adamların süni şəkildə problem yaratmağa çalışması yanlışdır”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiya XİN-in bu bəyanatı iki ölkə arasındakı əməkdaşlığın əleyhinə yönəlib. Halbuki iki dövlət arasında iqtisadi əməkdaşlıqda problem yoxdur: “Elə bu bəyanatın yayıldığı gün Bakıda iki ölkənin ticarət əməkdaşlığı və qarşılıqlı investisiyalar barədə toplantısı keçirilirdi. Azərbaycana ən çox turist Rusiyadan gəlir. İndi isə Rusiya XİN vətəndaşlarına bildirir ki, Azərbaycana getməyin. Bu həm də ”Azərbaycanın gəlirlərini artırmayın" deməkdir. Moskva vaxtilə eyni siyasəti Türkiyəyə qarşı istifadə etmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə Rusiya XİN öz vətəndaşlarına müraciət edərək Türkiyəyə getməməyi məsləhət bilmişdi.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlər süni olaraq gərginləşdirilir. Kreml erməni separatçılarının Moskvada toplantısına icazə verməyə bilərdi. Digər tərəfdən, Azərbaycana buraxılmayan bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya XİN kəskin bəyanat yayınlamaya bilərdi.
Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı və digər soyqırımlar törədilib. Bu baxımdan Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər. Buna baxmayaraq, son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən ermənilər gəlib. Sadəcə, bu haqda onlar Azərbaycanın dövlət strukturlarına əvvəlcədən xəbər veriblər və səfərin məqsədini açıqlayıblar. Həmin ermənilərin gəlişinə şərait yaradılıb. Həmin ermənilər Bakıda olub, onların təhlükəsizlikləri təmin olunub, heç bir problemlə üzləşməyiblər. Bakıya xəbərsiz gəlmək istəyən istənilən erməni isə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik orqanlarında suallar yaradır. Niyə gəlib? Məqsədi nədir? Rusiyada yaşayan azərbaycanlının Ermənistana səfərini təsəvvür etmək olarmı? Belə hal olmayıb. Çünki istənilən azərbaycanlı bilir ki, bilet alıb Ermənistana getsə, ciddi problemlərlə üzləşəcək. Belə olan halda Rusiyada yaşayan erməni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana niyə səfər etmək istəsin? Deməli, Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|