“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan” - deputat
Tarix: 19-03-2019, 10:03 | Çap et
Prezident İlham Əliyevin 431 məhbusu əhatə edən, 50-dən çox siyasi məhbusun azad olunduğu sərəncamı alqışlanmaqdadır. Təsadüfi deyil ki, müxalif kəsimin tam əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.
Amma bununla belə, bir nüans diqqəti daha çox çəkdi. Belə ki əfv barədə AXCP sədri Əli Kərimli və tərəfdarları tamam fərqli mövqe sərgiləyirlər. Halbuki AXCP sədrinin bu sərəncamla iki müavini-Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azad olunub. Doğrudur, Ə.Kərimli əfvə münasibətini ifadə edən ilk feysbuq statusunda sərəncamı müsbət qarşıladığını bəyan etdi. Amma ardınca tamam fərqli mövqe sərgiləməyə başladı. Xüsusilə azadlığa buraxılan siyasiləri ziyarət edərkən AXCP lideri əfv əleyhinə daha sərt mövqe nümayiş etdirdi.
Bütün bunlar da haqlı olaraq bəzi iddialara yol açıb. AXCP sədrinin iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlı olduğu bildirilir. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım cəbhəçilər tərəfindən süngü ilə qarşılanıb.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunların təsadüf olmadığını düşünür: “Sizin qəzetinizin ötən sayında əfv sərəncamı ilə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm. Ölkə prezidentinin şəxsi xarakterinə və söykənmiş olduğu dəyərlərə, mərhəmətliyə söykənən əfv sərəncamı çoxsaylı ailələrə sevinc gətirdi. Əziz bayramımız ərəfəsində bu addımı atmaq heç şübhəsiz ki, ölkə prezidenti ilə xalqın bir yerdə olduğunun sübutu idi. Bu proses davam edəcək. Başlamış olan islahatlar davamlı olacaq. Ölkəmizdəki problemləri aradan qaldıracaq addımlar bundan sonra da atılacaq. Buna heç kəsin şübhəsi olmasın. Ölkə prezidentinin ötən ilin aprelində prezident seçildikdən sonra islahatları dərinləşdirməsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən addımlar atması xalqımızın mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb, yüksək dəyərləndirilib. Bu şəkildə də davam edir.
Hətta müxalifətin ayrı-ayrı qanadlarının bununla bağlı obyektiv fikirləri ortalıqdadır. Təəssüflər olsun ki, əfv sərəncamını iki nəfər obyektiv, doğru və düzgün qiymətləndirmək əvəzinə qərəzli mövqedən çıxış etdilər. Deyərdim ki, ən azından azadlığa qovuşan insanların fikirləri ilə həmrəy olmadılar. Bunlardan biri Əli Kərimli, digəri isə Əli İnsanov oldu. Hər ikisində qərəz, barışmazlıq, radikallıq və açıq şəkildə ifadə olunan barışmaz düşmənçilik özünü göstərdi. Siyasətdə bu qəbul olunmur. Siyasətdə opponentlik, fərqli düşüncələri özündə ifadə edən siyasi mübarizə və onu sivil formada aparmaq qəbul ediləndir. Bütün mənalarda buna hər hansı bir alternativ fikir ola bilməz. Əgər cəmiyyətdə gedən müsbət dəyişiklikləri, atılmış olan müsbət addımları, bütövlükdə dövlətimizin və xalqımızın güclənməsinə, vətəndaş cəmiyyətinin daha dayanıqlı olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən addımlar təqdir olunmursa, bu, artıq birmənalı şəkildə həmin şəxslərin Azərbaycan xalqından, onun düşüncələrindən kənarda qaldığını nümayiş etdirir. O insanlar çox məhdud bir dairədə azsaylı insanlarla birlikdə fəaliyyət göstərirlər və onların cəmiyyətdə yerləri və rolları son dərəcə məhduddur.
Bu cür açıqlamalar tam əminəm ki, xalqımız tərəfindən çox pis qarşılanır. Əslində bu siyasətçinin böyük faciəsidir. O, özünün daxilindəki qərəzi, nifrəti açıq şəkildə büruzə verirsə, yaxud xalqın düşündüklərini önə çəkib onun aradan qaldırılması ilə bağlı fikirlərini ifadə etmirsə, belə insanlar cəmiyyət tərəfindən heç vaxt qəbul oluna bilməzlər. İqtidar bu addımları atırsa, bu addımların xalqın və dövlətin mənafelərinə xidmət etdiyi birmənalıdırsa, xalq bunu dəstəkləyirsə, bunlara qarşı olan qüvvələr özlərini xalqımızın iradəsinə qarşı qoymuş olurlar. Bu həmin siyasətçilərin faciəsidir, eyni zamanda Əli Kərimlinin”.
Deputat AXCP sədrinin əfv statusuna da toxundu: “Onun əfvlə bağlı ilk mövqe ilə tanış oldum. Tam olmasa da, onun mövqeyində müəyyən qədər pozitiv münasibət özünü ifadə etdi. Bunu nədən Əli Kərimli davam etdirmədi? Bu mənə çox təəccüblü gəlir. Çıxardığım nəticə ondan ibarətdir ki, Əli Kərimlinin dedikləri iradəsinin ifadəsi deyil. Görünən odur ki, ona komanda verilə bilər ki, sən bu cür danışmalısan, yəni pozitiv fikirlərdən uzaq ol, daha radikal mövqe nümayiş etdir, əvvəlki mövqeyində dayan, sərt, barışmaz, qərəzli mövqe nümayiş etdir. Hər kəs istər-istəməz bu cür nəticə çıxarar. Çünki onun ilk açıqlaması ilə sonrakılar arasında ciddi fərqlər açıq şəkildə özünü göstərdi. Buna, sadəcə, təəssüf edirəm. Cəmiyyətin mütləq əksəriyyəti prezidentin aparmış olduğu islahatları yüksək qiymətləndirir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|