“Bunlar ya kişi kimi mübarizə aparmalıdırlar, ya da məğlub olduqlarını etiraf edib meydandan çəkilməlidirlər” - deputat
Tarix: 27-05-2019, 08:20 | Çap et
Milli Məclisin deputatı, yazıçı, ssenarist, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor, YAP Xətai rayon təşkilatının sədri... Söhbət Hüseynbala Mirələmovdan gedir. Onunla söhbətimiz Xəzər sahilində baş tutdu. Yaradıcılığından başlamış, “yaralı” yerinə - bir qrup mühacirin xaricdən hakimiyyətə savaş açmasına qədər çox məsələlərdən danışdıq. Ancaq söz adamı ilə söhbətimizə “körpü”nü dənizdən saldıq...
- Hüseynbala müəllim, dənizlə aranız necədir?
- Çox gözəl. Dənizi sevirəm.
- Bu sevgi necə izhar olunur? Hər gün səhər dənizlə görüşə çıxırsınız, yoxsa...
- Mən Lənkəran şəhərində böyümüşəm. Hələ sovet dönəmində Lənkəran şəhərinin fəxri vətəndaşı seçilən böyük rus şairi Nikolay Tixonov şeirlərinin birində Azərbaycanın bu subtropik cənnət guşəsini “Cənub mirvarisi” adlandırmışdı. Yay gələndə bizim uşaqlığımız misilsiz Xəzərin qoynunda, dəniz sahilində keçirdi. Üzməyi də orta səviyyədə bacarıram. Yəqin elə o vaxtdan qəlbimdə dəniz sevgisi doğub. Hər yay ya Bakıda, ya da Türkiyənin dəniz sahillərində istirahət edirəm. Amma...
- Deyəsən, Xəzərdən gileylisiniz...
- Yox, Xəzərdən gileylənmək olar? Xəzəri çirkləndirən insanlardan gileyim var. Xəzər pakdır, bərəkətlidir, şəhərimizin güzgüsüdür. Xəzər Tanrının Azərbaycana lütfüdür, milli sərvətimizdir, o baxımdan bu güzgünü qorumaq lazımdır, onu çirkləndirmək, hasarlamaq olmaz. Xəzərin turizmdə də özünəməxsus yeri var, buna görə də düşmənlərimiz bizə həsəd aparırlar. Səhər çağı durub dənizə baxanda adamın ruhu dincəlir...
- Dəniz sahilində səhər gəzintisinə kimlərlə çıxırsınız?
- Əsasən Eldar İbrahimov və Cavanşir Paşazadə ilə bir yerdə səhər gəzintisinə çıxırıq.
- Bu yaxınlarda - iyun ayında növbəti yaşınızı tamamlayacaqsınız. Bu ərəfədə özünüzə yeni əsər, yaxud kitab hədiyyə etmisinizmi?
- Bildiyiniz kimi, 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçirildi. Həmin ərəfələrdə dahi mütəfəkkir İmaddədin Nəsimiyə həsr etdiyim “Son səfər” povesti üzərində çalışırdım. Amma işlərin çoxluğundan festival günlərində əsəri yekunlaşdıra bilmədim. Hörmətli mədəniyyət nazirimiz Əbülfəs Qarayevə bu barədə deyəndə bildirdi ki, eybi yoxdur, əsərini gələn festivalda təqdim edərsən. Mən “Son səfər”ı yekunlaşdırdıqdan bir müddət sonra cənab prezident 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə bağlı sərəncam imzaladı. Bu, məni çox sevindirdi. “Son səfər” bir əsri geridə qoyan ictimai-siyasi qəzet olan “Azərbaycan”da hissə-hissə çap edildi. “Azərbaycan”ın baş redaktoru, hörmətli Bəxtiyar Sadıqov mənə etiraf etdi ki, qəzetin indiyə qədərki tarixində bu həcmdə bədii əsər çap olunmayıb. “Son səfər” artıq çap mərhələsindədir, bu günlərdə nəfis kitab şəklində işıq üzü görəcək.
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü 149 saylı Ağdam köçkün tam orta məktəbində direktor Arzu xanım Qədirovanın xahişi ilə gənclərlə görüşüm olacaq. Həmin məktəbdə ilk yaradıcılıq görüşümüz iki il öncə olmuşdu. Onda uşaqların mütaliəyə həvəsini, kitaba olan sevgisini görüb qürur hissi keçirmişdim. Şagirdlər avtoqraf almaq üçün necə can atırdılar! İstəyirəm ki, “Son səfər”in ilk nüsxələrini “isti-isti” həmin məktəbdəki görüşdə müəllimlərə və şagirdlərə hədiyyə edim. Bu, həm də doğum günüm ərəfəsində özümə ən böyük hədiyyəm olacaq.
- Bu yaxınlarda müsahibələrinizin birində “İki şah, iki sultan” trilogiyası üzərində işlədiyinizi demişdiniz...
- Bəli, artıq üçüncü hissəsini - “Çaldırana gedən yol”u yazıram. Güman edirəm ki, bu ilin axırınadək tamamlayacağam. Çox möhtəşəm mövzudur, ona görə də tələm-tələsik yazmaq istəmirəm. Bu əsərdə mənim qəhrəmanlarım şair hökmdar Qazi Bürhanəddin, Sara Xatun, Uzun Həsən, Fateh Sultan İkinci Mehmet, Şah İsmayıl Xətai, Yavuz Sultan Səlim kimi tarixi şəxsiyyətlərdir. Tarixi mövzuları işləmək daha çox məsuliyyət tələb edir, bu səbəbdən əsəri demək olar ki, sözlərdən, cümlələrdən “ilmə-ilmə toxumağa” üstünlük verirəm.
Ümumiyyətlə, uşaqlıqdan tarixi mövzular məni həmişə cəlb edib. Hələ yeniyetməliyimdən tariximizi oxuyub öyrəndikcə gələcəkdə sevimli tarixi və ədəbi qəhrəmanlarımı əsərlərimdə canlandırmaq haqqında xəyallar qururdum. Madam ki, yeniyetməlik dövründən söz düşdü, yeri gəlmişkən, xoş bir xatirəni oxucularla bölüşmək istərdim. Uzun illər əvvəl doğum günüm ərəfəsində vaxtilə “Azərbaycan pioneri” qəzetində mənimlə birgə işləmiş Hafiz Hüseynov mənə çox dəyərli bir hədiyyə bağışlamışdı. Bu hədiyyə - tarixin saraltdığı köhnə qəzetlərin surətlərindən ibarət böyük bir “podşivka” idi. Hələ hədiyyəni açmadan ondan soruşmuşdum ki, bu nədir? Dostum cavab vermişdi ki, sənin 6-7-ci, hətta 4-cü sinifdən başlayaraq “Azərbaycan pioneri”ndə çap olunan yazıların və hekayələrindir, Axundov adına Milli Kitabxanaya gedib surətlərini çıxartdırmışam. Mən indi də o qəzetləri ən qiymətli hədiyyə kimi qoruyuram.
Daha sonralar Azərbaycan Politexnik İnstitutunda oxuya-oxuya 5 il “Azərbaycan pioneri” qəzetində ədəbiyyat şöbəsinin baş ədəbi işçisi kimi çalışmışam. Düşünürəm ki, belə faktlar bəzən heç nəyin mahiyyətini bilmədən boşboğazlıq edənlərə ən tutarlı cavabdır. Amma mən qərəzli boşboğazlıqlara və paxıllıqlara əhəmiyyət verməkdənsə, daim çalışaraq bədii yaradıcılığımla və siyasi fəaliyyətimlə Vətənimə, dövlətimə daha çox töhfələr bəxş etməyə üstünlük verirəm.
- Hüseynbala müəllim, ayrı-ayrı vaxtlarda bəzi deputat həmkarlarınız “mövqeyinizi bildirin” kimi çağırışlar edirlər. Siyavuş Novruzov da demişdi ki, sinəmizi irəli verib sözümüzü deməliyik. Amma bir çox həmkarlarınız mətbuatda görünməyə həvəs göstərmir. Bu, yorğunluqla əlaqədardır, yoxsa özünüqoruma instinktindən irəli gələn məsələdir? Hakim partiyanın rayon təşkilat sədri kimi bununla bağlı nə deyə bilərsiniz?
- Hər kəsin öz dünyagörüşü, öz düşüncəsi var. Bu, dediyiniz səbəblərdən də qaynaqlana bilər, eyni zamanda xarakterlə bağlı məsələ də ola bilər. Elə insanlar var ki, hörmətli Siyavuş Novruzov dediyi kimi, bu komandanın sadiq üzvüdür, lazım olanda sinəsini qabağa verib cəsarətlə sözünü deyir. Eləsi də var ki, susmağa üstünlük verir. Mən bu siyasi komandada olmağımla fəxr edən insanlardanam. Həmişə aktual mövzularda sözümü demişəm və deyəcəyəm. Həqiqəti söylədiyimi bildiyim üçün də öz komandamın, partiyamın mövqeyini müdafiə etmək mənim üçün fəxarətdir. Artıq 10 ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı kimi böyük bir qurumun sədriyəm.
1992-ci il noyabrın 21-də mərhum Nəzir Əhmədovla birgə Naxçıvana getdik. Naxçıvanda bizi hörmətli Eldar İbrahimov qarşıladı. Şaxtalı qış günü idi, soyuq iliyə işləyirdi, nə istilik var idi, nə də işıq. Amma buna baxmayaraq, YAP-ın təsis konfransında 550 nəfər iştirak etdi. Naxçıvandan qayıdandan sonra Əbülfəz Elçibəy məni işdən çıxartdı və məhz təsis konfransında iştirak etdiyim üçün həmin vaxt haqqımda qondarma cinayət işi qaldırıldı. Yalnız bir neçə aydan sonra mənimlə birgə mərhum Muxtar Aslanovun da adının hallandığı saxta cinayət işinə yetərli sübut olmadığından xitam verildi. 1993-ci ildə Xətai rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edənlərdən biri olmağımla qürur duyuram və elə həmin il təşkilatın sədr müavini seçilmişəm...
- Səmimi deyin, deputatlıq fəaliyyətinizi necə qiymətləndirirsiniz? Yaxşı deputatsınızmı?
- Yaxşı deputat ifadəsi nisbi yanaşmadır. Deputatın fəaliyyətinə əsl qiyməti seçicilər verə bilər. Mən bütün deputatlıq fəaliyyətim boyu çalışmışam ki, bu sözün sinonimi olan “millət vəkili” adını ləyaqətlə doğrulda bilim. Çünki əgər vətəndaş etimad göstərib məni seçibsə, həmin etimadı doğrultmağı, seçicilərimin problemlərini bacardığım qədər həll etməyi özümə vəzifə və eyni zamanda mənəvi borc hesab edirəm.
Amma bəzi seçicilər torpaq, yaxud ev üçün və ya hansısa məhkəmə işi üçün bəzən mənə müraciət edirlər. Bunlar əlbəttə ki, deputatın vəzifəsinə aid olan işlər sayılmır. Deputatlıq vəzifə səlahiyyətlərini aşmaq deyil. Mən seçicilərin müəyyən problemləri ilə əlaqədar məktublar yaza, yaxud harayasa müraciət edə bilərəm və edirəm də. Dəfələrlə seçicilərlə görüşdə, onların problemləri ilə bağlı elə özlərinin iştirakı ilə müvafiq orqanlara zəng etmişəm. Qanuni məsələdirsə, dərhal həllini tapıb.
- Məsələn, Xətai rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı hər hansı məlumat yayılanda sakinlərin yanında olursunuzmu?
- 3-4 il bundan qabaq Məhəmməd Hadi küçəsindəki dörd binanın qarşısında park salmışdıq. Bir gün sakinlər mənə müraciət etdilər ki, əraziyə ekskavatorlar gəlib, yaşıllığı məhv edib yerində ev tikmək istəyirlər. Dərhal məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etdim, hamımızın birgə səyi ilə tikinti qərarı ləğv olundu. Həmin hadisə ilə bağlı sakinlərin sevinci və dərin təşəkkürləri unudulmaz idi...
- Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri də bəzi mühacirlərin hakimiyyətlə davasıdır. Qarşılıqlı şəkildə sərt mövqe nümayişini görürük. Sizcə, bu, çıxış yoludurmu?
- Əvvəlcə sualınızın “qarşılıqlı şəkildə sərt mövqe nümayişini görürük” hissəsinə münasibət bildirmək istəyirəm. Mən sizin kimi düşünmürəm. Xaricdə oturub hakimiyyətə və onların ailələlərinə qarşı çirkin söyüş kampaniyası aparan bəzi mühacirlərə münasibətdə Azərbaycanın siyasi elitası kifayət qədər təmkinli, alicənab və ləyaqətli mövqe nümayiş etdirir.
Bu yaxınlarda mətbuata verdiyim açıqlamada da qeyd etdiyim kimi, Azərbaycan prezidenti də eynilə bayraq, himn, gerb kimi dövlətçilik atributlarından biridir. Bu, o deməkdir ki, prezidentə, onun ailəsinə qarşı yönələn hər hansı formada uyğunsuz kəlmə də birbaşa dövlətçiliyimizə sayğısızlıqdır. Xalqın hafizəsi daş yaddaşı kimidir və minlərlə şəhid övladının qanı bahasına qurduğu bu dövlətə və dövlətçiliyə qarşı yönələn heç bir hörmətsizliyi unutmaz və bağışlamaz. Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni uğurlarını görməməzlikdən gəlib yalanları və təhqirləri ilə öz şərəfini alver predmetinə çevirənlər tarixin yaddaşından və xalqın qəzəbindən çəkinməlidir!
Elementar tərbiyədən xəbərsiz olan belələrinin “qazancı” ancaq xalqın nifrəti ola bilər. Bunlar hələ ki, xaricdə ermənipərəst qüvvələrin çaldığı “xəyanət melodiyasının” sədalarına “oynamaqdadırlar”. Amma gec-tez o “melodiya” bitəcək, o zaman həmin mühacirlərin üz tutmağa ünvanı olmayacaq. Bizim dədə-babalarımız qan düşmənlərini belə xanımının yanındaykən öldürməyi özlərinə sığışdırmayan əsl kişilər olub. Bizim xalqımızın əsrlərdən bəri formalaşmış və yazılmamış mərdlik qanunlarında kişi kişinin şəxsiyyətinə, ailəsinə söyüş və təhqirlə ünvanlanmır, həssas nöqtələrindən vurmağa çalışmır. Bunlar ya kişi kimi mübarizə aparmalıdır, ya da məğlub olduqlarını etiraf edib birdəfəlik siyasi meydandan çəkilməlidirlər. Heç kəsin haqqı yoxdur ki, başqasının şəxsiyyətini və ailəsini təhqir etsin. Hüquqi baxımdan bu, cinayət tərkibli əməl hesab olunur.
Müxalifətçiliyə gəlincə, bu ölkədə heç kim müxalif mövqeyinə görə tənqid olunmur. Bütün demokratik, hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da çox az sayda olsa belə, hakimiyyətə müəyyən müxalif mövqeyi olanların mövcudluğu təbii haldır və hakimiyyət buna normal yanaşır. Ancaq müxalifətçilik pərdəsi altında xalqa, onun çoxəsrlik dəyərlərinə, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş qərəzli və məkrli kampaniyalar adı altında “fəaliyyət”in adı başqadır... “YM”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|