“Hakimiyyət qiyam hazırlığından əvvəldən xəbərdar idi” - Keçmiş baş nazir
Tarix: 4-06-2019, 08:25 | Çap et
Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə nəticələnən 4 iyun qiyamından 26 il keçdi. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissənin bu şəhərdə ölkə hakimiyyətinə qarşı qaldırdığı hərbi qiyam qısa müddətdə ölkənin digər bölgələrinə də keçmiş və yerli hakimiyyət orqanları zəbt olunmuşdu. Gəncədə isə Milli Qvardiyanın komandiri Tahir Məmmədov daxil 20-yə yaxın əsgər qiyamçılar tərəfindən qətlə yetirilmişdi. Hakimiyyət Surət Hüseynovla danışıqlar aparmaq üçün ölkənin baş prokuroru İxtiyar Şirinovu, Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbəri Gəncəyə göndərsə də, qiyamçılar onları girov götürmüşdülər.
Hərbi qiyam Xalq Cəbhəsi hakimiyyətinin ömrünə son qoydu. Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və nəhayət, hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamın yaratdığı suallar bu gün də aktualdır.
Əbülfəz Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseyn iyun hadisələrinin 25-ci ildönümündə “Yeni Müsavat”a açıqlamasında bəyan edib ki, ölkədə qiyam hazırlandığı haqda hakimiyyət xeyli əvvəldən xəbərdar idi: “Hərbi qiyama hazırlıq getdiyi barədə hakimiyyətə informasiyalar daxil olurdu. Hərbi qiyama siyasi qüvvələrin də dəstək verdiyi, hətta qiyamın hazırlanmasında iştirak etdiyi bizə əvvəldən məlum idi. O dövrdə Ali Sovet buraxılmışdı və Milli Məclis onun səlahiyyətlərini həyata keçirirdi. Lakin Ali Sovetin deputatlarının səlahiyyətləri ləğv edilməmişdi. 153 deputatın imzası ilə Gəncədə Ali Sovetin sessiyasının keçirilməsi tələbi irəli sürülmüşdü. Plan belə idi ki, Gəncədə separatçı hökumət təşkil olunsun. Bu barədə bizdə əməliyyat məlumatları var idi. Daha bir hazırlıq Surət Hüseynovun rəhbərliyi ilə aprelin 10-da hərbi birləşmə yaradılması və orada iclas keçirilməsi idi. İclasda Rəhim Qazıyev və digər mülki şəxslər də iştirak eləmişdi. Bir sözlə, həmin iclasda qiyamın rəhbərliyinə daxil olan şəxslərin əksəriyyəti olmuşdu. İclasda Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə teleqram-ultimatum göndərilmişdi. Tələblər ondan ibarət idi ki, aprelin 29-na qədər Kəlbəcər azad olunsun, maaşlar 4 dəfə qaldırılsın, tələbələrin təqaüdü qaldırılsın, xarici ölkələrlə neft danışıqları dayandırılsın”.
Qiyamın baş verməməsi üçün addımların atılmasına gəlincə, keçmiş baş nazir deyir ki, bu istiqamətdə bir sıra tədbirlər görülüb: “Ali Sovetin Gəncədə iclasının çağırılması tələbini imzalayan 153 deputatla izahat işləri aparıldı. Onların 110-u öz imzalarından imtina elədi. Müəyyən tədbirlər də görülürdü. Müdafiə Nazirliyinin komissiyası yaradılmışdı və Gəncədə Surət Hüseynovun komandirlik etdiyi 709 saylı hərbi hissədə araşdırma aparılması tapşırığı verilmişdi. Mayın 21-də nazirliyin komissiyasının üzvlərinə həmin hərbi hissədə xəsarət yetirilmişdi və araşdırmaya imkan verməmişdilər. Prezidentin başçılığı ilə mayın 25-də Təhlükəsizlik Şurasının iclası oldu və müdafiə nazirinə həmin hərbi hissəni ləğv etmək barədə tapşırıq verildi. Milli Təhlükəsizlik Nazirliyi əməliyyat məlumatı əldə etmişdi ki, mayın 28-də hərbi qiyam qaldırılacaq. Mayın 28-də Ali Sovetin sədri İsa Qəmbərin Gəncəyə səfəri planlaşdırılmışdı. MTN məlumat əldə etmişdi ki, məhz həmin gün Gəncədə hərbi qiyam qaldırıb İsa Qəmbəri girov götürməyi planlaşdırıblar. Buna görə də İsa Qəmbərin bayram günü səfəri Gəncəyə yox, Zaqatalaya reallaşdırıldı. Bu və digər səbəblərdən hərbi qiyam mayın 28-də baş tutmadı. Zaman keçdikcə məlum olur ki, qiyam başlamazdan əvvəl daha qəti addımlar atılmalıydı”.
P.Hüseynin sözlərinə görə, hərbi qiyamın qalib gəlməsinə ən ciddi səbəb əslində siyasi qiyamın da qaldırılması idi: “Hərbi qiyamçılarla siyasi qiyam qaldıran qüvvələr birlikdə hərəkət edirdilər. Hələ 4 iyundan əvvəl Gəncədə qiyama hazırlaşan qüvvələrin Bakıdakı siyasi qüvvələrlə telefon danışıqları xüsusi xidmət orqanları tərəfindən dinlənilmişdi. Həmin danışıqlarda təlimatlandırılmaların olduğu açıq görünürdü. Həmçinin kəşfiyyat məlumatı almışdıq ki, qiyama hazırlaşanlarla Moskva arasında intensiv əlaqə var”.
Bəs Surət Hüseynov niyə həbs edilmirdi?
P.Hüseyn: “O dövrlərdə Surət Hüseynovu həbs eləmək o qədər də asan deyildi. Baş prokurorun Surət Hüseynovun həbsi ilə bağlı sanksiyası var idi. 4 iyunda Surət Hüseynovu həbs etmək üçün cəhd edildi. Nəticədə məlum qanlı hadisələr baş verdi. Qiyamın yatırılması əməliyyatına hərbi baxımdan müdafiə naziri, siyasi baxımdan mən rəhbərlik edirdim. Surətin həbsini Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirməli idi. Surət Hüseynov həbs edilsəydi, ola bilərdi ki, hadisələr başqa istiqamətə-hakimiyyətin xeyrinə inkişaf edərdi. Ancaq unutmaq lazım deyil ki, 4 iyun qiyamında Surət zəncirin bir həlqəsi idi. Qiyamın dərin kökləri var idi. Sonrakı proseslər və baş verənlər bunu göstərdi. Bununla belə, qiyamın qarşısını almaq mümkün idi”.
Sabiq baş nazir bu fikirdədir ki, 4 iyun qiyamı olmasaydı və ya qiyamın qarşısını almaq mümkün olsaydı, Azərbaycanın taleyi tamam fərqli olacaqdı. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|