“Partiyanın rəyini nəzərə almadan seçkiyə gedən şəxs artıq özünü partiyaya qarşı qoymuş olur” - YAP-çı deputat
Tarix: 20-06-2019, 08:59 | Çap et
Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Aydın bəy, bu ilin sonlarında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yenidən yayılıb. Hətta iddialar var ki, seçki ilin ortalarında keçiriləcəkmiş, sonradan zamanı dəyişdirilib. Bu mövzu ilə bağlı sizdəki məlumatlar nədən ibarətdir?
- Parlament seçkiləri konstitusiyaya görə, gələn ilin noyabr ayında keçiriləcək. Bundan başqa, hər hansı məsələ bu gün partiyamızda müzakirə edilmir. Hesab edirəm ki, sadəcə olaraq, kimlərsə bununla gündəmə gəlməyə, süni surətdə mövzu yaratmağa çalışırlar. Seçkilər konstitusiyada göstərilən müddətdə keçiriləcək və hər bir siyasi partiya, yaxud müstəqil şəxs öz iddiasını ortaya qoya biləcək.
- Bu yaxınlarda YAP-ın İdarə Heyətinin növbəti toplantısının keçirildiyi barədə xəbər oxuduq. Hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi yəqin ki, həmin iclasda seçki məsələsinin müzakirə edilib-edilmədiyindən xəbəriniz var...
- İdarə Heyətinin iclasları vaxtaşırı keçirilir. Digər partiyalardan fərqli olaraq, biz rəhbər orqanlarımızın iclasları barədə cəmiyyəti məlumatlandırırıq. Eyni zamanda baxılan məsələlər barədə də məlumat verilir. Həm iri planda nəzərdə tutulan, həm müzakirəsi tələb olunan, həm də partiyadaxili məsələlər müzakirə edilir. Nizamnaməyə əsasən, bu, İdarə Heyətinin səlahiyyətində olan məsələdir. Mən İdarə Heyətinin üzvü deyiləm. Amma məndə olan məlumata görə, partiya daxilində seçki ilə bağlı hər hansı müzakirələr getmir.
- Deputat həmkarınız Siyavuş Novruzovun bir ifadəsi var, deyir ki, biz seçkilərə bir il əvvəldən başlayırıq. Bu mənada YAP artıq parlament seçkilərinə start veribmi?
- Mən hörmətli həmkarımın fikrini dəstəkləyirəm. YAP həmişə seçkilərə hazırlaşır. Biz seçki bitəndən sonra artıq növbəti seçkiyə hazırlıq görürük. Seçki komissiyalarındakı nümayəndələrimizin fəaliyyətini qiymətləndiririk, müşahidəçilərin işini dəyərləndiririk. Eyni zamanda ortaya çıxan, maraq doğuran siyasi texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparırıq. Prinsip etibarilə YAP bir seçki bitəndən sonra həmin seçkinin nəticələrinə yekun vurur, növbəti seçkiyə hazırlıq görür.
- Uzun müddət mətbuatda çıxış etməyə önəm verməyən, mediadan uzaqda dayanmağa üstünlük verən, plenar iclaslarda elə də aktivlik göstərməyən bəzi həmkarlarınızın nəzərəçarpacaq dərəcədə fəallaşması diqqət çəkir. Bu zaman dərhal seçki ehtimalından bəhs olunur ki, deputatlar növbədənkənar seçkiyə hazırlaşırlar. Bu müşahidələr nə dərəcədə əsaslıdır?
- Prinsipcə, biz həmişə ilk növbədə parlamentdəki nümayəndələrimizdən fəallıq göstərmələrini gözləyirik və bu sahədə onların addımlarını əlbəttə ki, alqışlayırıq. Eyni zamanda əgər kimlərsə daha fəal olmağa başlayıbsa, bu, yaxşıdır. Lakin bunu seçki ilə bağlamağa dəyməz. Seçkiyə hələ il yarım var. Seçkidə kimin neçə dəfə mətbuatda, ya parlamentdə çıxış etməsi deyil, onun partiyanın, seçicilərin etimadını nə dərəcədə doğrultması, seçicilərlə işi, ölkənin daxili, xarici siyasəti ilə bağlı mövqeyini ortaya qoyması əsas məsələdir.
- Hakim partiyanın parlamentdə 70-ə yaxın üzvü var. Bir sıra hallarda hazırkı tərkibin növbəti seçkidə ciddi şəkildə yenilənəcəyindən danışılır. Elə komitə sədri Səməd Seyidov da bu barədə fikirlərini demişdi. Budəfəki seçkidə parlamentin tərkibində ciddi yenilənmə olacaqmı?
- Buna ancaq cənab SEÇİCİ - xahiş edirəm, bunu böyük hərflərlə yazın - qərar verəcək ki, parlamentin neçə faizi yenilənməlidir. Parlament seçkilərində təkcə bizim partiya deyil, eyni zamanda digər partiyalar, müstəqil namizədlər də iştirak edəcək.
- Amma hakim partiyanın bir neçə deputat üzvü bizə müsahibələrində deyiblər ki, seçkiyə gedib-getməyəcəklərini də YAP-ın qərarından sonra dəqiqləşdirəcəklər. Deməli, cənab seçiciyəqədərki mərhələ var...
- Yox. Belə bir məsələni deyək. Həqiqətən də kimsə hansısa bir partiyanın üzvüdürsə, o, həmin partiyanın qərarı ilə seçkiyə gedə bilər. Partiyanın rəyini nəzərə almadan seçkiyə gedən şəxs artıq özünü partiya ilə üzbəüz qoymuş olur. Yəni prinsipcə bunu deyən həmkarlarım düz deyirlər ki, partiyanın qərarına tabedirlər. Amma o ki qaldı hansı namizədimizin irəli sürülməsinə, bu, ancaq seçkiqabağı müzakirə olunan məsələ olacaq. Kimsə özünü partiya ilə qarşı-qarşıya qoya bilməz! Bu, artıq partiya intizamının pozulması deməkdir. Hesab etmirəm ki, digər hansısa partiyada da kimsə partiyası ilə məsləhətləşmədən öz namizədliyini versin.
- Siz həm də YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin rəhbərisiniz. Yəqin seçkilərlə bağlı hansısa təklifləriniz var. Şübhəsiz ki, hakim partiyada da etimadı doğrultmayan deputatlar və onlarla bağlı müəyyən müzakirələr aparılır. Siz onlarla bağlı nə təklif edirsiniz?
- Bu, partiyadaxili müzakirələrdir. Seçkiqabağı müzakirələrdə etimadı doğruldanlar, seçici ilə sıx əlaqə saxlayanların namizədliyi irəli sürülür. Eyni zamanda, əlbəttə ki, yenilənmə də olur. Gənc nəsil yetişir, onların potensialından istifadə etmək lazımdır. Həm paytaxtda, həm də regionda özünü partiyanın fəal üzvü kimi göstərən və parlamentar olaraq ölkəyə çox böyük fayda verə biləcək insanlar olur. Onların da gələnilki siyahıda olması tamamilə mümkün məsələdir.
- Parlamentdə bir neçə dəfə “mövqeyinizi bildirin” məzmunlu çağırışlar oldu. O zamana qədər bəziləri kənarda dayanmağa üstünlük verdikləri halda, sonradan fəallaşdılar. Susanların “cəzaları” ağır olacaq, eləmi?
- Yox, söhbət susmaqdan getmir, göstərilən etimadı doğrultmaqdan gedir. Ölkənin daxili, xarici siyasətinə münasibət bildirmək, seçicilərlə işləmək, parlamentdə fəal olmaq, təkliflər irəli sürmək lazımdır. Biz həmişə etimad göstərdiyimiz üzvlərdən bunu istəyirik. Prinsipcə, biz nümayəndələrimizdən razıyıq. Amma bununla belə, çox təəssüf ki, bizim taleyimizə bu gün konstruktiv, sivil müxalifətlə yanaşı, təhqirlə danışan müxalifətlə də mübarizə aparmaq düşür. Hər halda, biz istəyirik ki, nümayəndələrimiz bir az fəal olsunlar, mətbuatla işləsinlər, insanların etimadını doğrultsunlar.
- Aydın bəy, seçkiqabağı müxalifətlə dialoqa gedib proporsional seçki sisteminin bərpası, yaxud digər məsələlərlə bağlı müzakirələr aparmaq mümkündürmü?
- Biz hesab etmirik ki, proporsional sistemi bərpa etmək lazımdır, majoritar sistem özünü tamamilə doğruldur. Çünki seçici özünün konkret nümayəndəsini tanıyır və onun fəaliyyətinə qiymət verir. Biz seçkiqabağı öz partiyamızın daha çox parlamentdə mandat qazanmasında maraqlı olacağıq, bu istiqamətdə işləyəcəyik.
- Bəs müxalifətlə dialoqa zərurət varmı?
- Müraciət olarsa, dialoqa getməyə hazırıq. Ancaq bu, seçki sisteminin dəyişdirilməsi ilə bağlı ola bilməz. Digər hansısa məsələlərin müzakirəsi ilə bağlı dialoqa həmişə hazırıq.
- Müxalifətin fəaliyyətini izləyirsinizmi və izləyirsinizsə, qiymətləndirməniz necədir?
- Əlbəttə, izləyirik. Müxalifəti yekcins götürmək olmaz. Bu gün müxalifət müxtəlif qütblərdən ibarətdir. Parlament müxalifəti var, konstruktiv müxalifət var. Yaxud parlamentdənkənar, aktiv olan, ancaq mövqeyini tez-tez dəyişən müxalifət var. Eyni zamanda radikal müxalifət mövcuddur. Amma tam götürdükdə, bu gün müxalifət Azərbaycanda seçicilərin çox az bir hissəsini təmsil edir. Çünki müxalifət o vaxt güclü olur ki, iqtidar zəif olur, iqtidar öz üzərinə düşən vəzifələri yerinə yetirmir. Əgər iqtidar vətəndaşın təhlükəsizliyini təmin edirsə, əgər vətəndaşı öz dövləti ilə fəxr etməsi halına gətirirsə, əgər iqtidar vaxtaşırı vətəndaşın sosial vəziyyətini düşünərək əmək haqqını, pensiyasını, minimum əmək haqqını qaldırırsa, əlbəttə ki, seçici öz səsini iqtidara verəcək. Müəyyən hissə, müəyyən səbəblərdən iqtidarla razılaşmır. Müxalifət sosial bazasını orda axtarır. İddialar, həmin sosial bazanı tamamilə öz təsiri altına almaq istəyi böyükdür. Çox təəssüf ki, konstruktiv təkliflər azdır, hansısa bir problemin həlli ilə bağlı proqramlar irəli sürülmür.
- Belə çıxır ki, YAP müxalifətdən təkliflər gözləyir, eləmi?
- Yox, müxalifətdən heç bir təklif gözləmirik. YAP siyasi partiya olaraq öz proqramını irəli sürür və tərəfdarları ilə işləyir, məsələlərə mövqeyini bildirir, müxalifətlə polemikaya giririk. Proqram irəli sürmək, elektoratla işləmək müxalifətin öz problemidir. Biz hüququmuzdan istifadə edirik, eyni zamanda müxalifətə qiymət veririk, bilirik ki, proqramları yoxdur, obyektivlik azdır, daha çox populizmə əhəmiyyət verirlər, Dağlıq Qarabağ məsələsini önə çəkmirlər və s.
- Müxalifətə neçə qiymət verirsiniz?
- Bilmirəm, belə bir qiymətləndirmə düzgün olardımı? Onlar indiki iqtidarın apardığı siyasətlə razı deyillər. Biz də onların siyasəti ilə razı deyilik.
- Prezidentin imzaladığı son sərəncam əhalinin çox böyük hissəsini əhatə edir və üstəlik, söhbət iri məbləğdə artımlardan gedir. Bu mənada bəzi opponentləriniz müzakirələr aparırlar. Ötən artımları hansısa mitinqlə əlaqələndirənlər indi də seçki iddiasını səsləndirirlər. Onların yanaşmaları barədə nə deyə bilərsiniz?
- Cənab prezident dəfələrlə elan edib ki, vətəndaşın sosial vəziyyəti onun siyasətinin mərkəzində durur. Vətəndaşın təhlükəsizliyi, ölkənin qüdrəti və vətəndaşın sosial vəziyyəti əsas prioritet məsələlərdir. Vaxtaşırı minimum əməkhaqqının, minimum pensiyanın, maaşların artırılması üçün əvvəldən çox ciddi, düşünülmüş iqtisadi siyasət aparılır. Əgər qeyri-neft sektoru inkişaf etdirilmirsə, vergidə, gömrükdə islahatlar aparılmırsa, sahibkara dəstək yoxdursa, onda büdcəyə pul gəlməzdi. Bütün bu onilliklərlə aparılan işlər büdcəyə böyük pulların gəlməsinə səbəb olub. Bunların bir hissəsi bir müddət ölkədə infrastrukturun yenilənməsinə sərf edildi. Hazırda infrastruktur demək olar ki, yenilənib. Ona görə də büdcəyə daxil olan vəsait əsasən əməkhaqlarının, müavinətlərin və pensiyaların artırılmasına sərf olunur. Minimum əmək haqqı təqribən 1 milyon əhalini əhatə edir və ildə təqribən 1 milyard vəsait tələb edir. Əmək haqqının 40 faiz artması 2 milyona qədər əhalini əhatə edəcək, bu da bir neçə milyard vəsait tələb edəcək. Hazırda büdcəmiz 24 milyarddır. Onun bir hissəsi keçən ildən nəzərdə tutulmuşdu. İndi də büdcəyə yenidən baxılması tamamilə mümkündür. Eyni zamanda minimum pensiya oktyabrın 1-dən 200 manat olacaq. Bu, minimum pensiyanın təqribən 25 faiz artması deməkdir. Bu, o deməkdir ki, dövlət bu istiqamətdə işlər aparır. Kiminsə 200-300 nəfərlik bir mitinq keçirərək hansısa tələb irəli sürməsi nəticəsində milyardlarla vəsait xərclənərək əməkhaqları və pensiyaların artması barədə qərar qəbul edilməsi ciddi iddia deyil. Bu, dövlətin, şəxsən cənab prezidentin apardığı siyasətin nəticəsidir ki, əmək haqları və pensiyalar artır. Eyni zamanda sizə bildirim ki, bu, axırıncı deyil. Tamamilə gözləniləndir ki, çox da uzaq olmayan bir müddətdən sonra artım yenidən olsun. Hazırda minimum əmək haqqının həcminə görə MDB məkanında Rusiya və Ukraynadan sonra biz üçüncüyük.
- Hər halda, ötənilki rəqəm Azərbaycanın adına yaraşmırdı...
- Əlbəttə. İndi Rusiyada minimum əmək haqqı 161 dollar, Ukraynada 151 dollar, Azərbaycanda 147 dollardır. Hesab edirəm ki, az bir müddətdən sonra biz minimum əmək haqqında görə MDB ölkələri ilə yox, artıq Avropa ölkələri ilə müqayisə aparmalıyıq.
- Yenidən seçki məsələsinə qayıdaq. Parlament seçkilərinin bələdiyyə seçkiləri ilə eyni vaxtda keçiriləcəyi iddiası həm də bununla əlaqədardır ki, növbəti prezident və parlament seçkiləri eyni ilə təsadüf edəcək. Bu, ciddi arqument sayıla bilərmi?
- Bu barədə məlumatım yoxdur və müzakirələr getmir.
- Yəni əminsiniz ki, parlament seçkiləri 2020-də olacaq?
- Bəli. Konstitusiya ilə gələn il gözlənilir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|