Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                 

“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır” - deputat
Tarix: 11-07-2019, 08:43 | Çap et
“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır”
Artıq bir neçə gündür ki, Gürcüstanda “Rustavi 2" telekanalının aparıcısının Rusiya prezidenti Vladimr Putini təhqir etməsi ilə bağlı məsələ hər iki ölkə mətbuatında ciddi müzakirə olunmaqdadır. Qeyd edək ki, baş verən olaydan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımın dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib. Aparıcı barədə cinayət işinin açılması ilə bağlı fikirlər də səsləndirilib.

Məsələyə Rusiya prezidenti Vladimir Putinin də cavabı gecikməyib. Prezident “Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar. Qoy, o, bundan sonra da işləsin”, - deyə reaksiya verib.

Maraqlıdır, Azərbaycan siyasətçiləri eynilə Putinin vəziyyəti ilə qarşılaşsaydılar, yəni jurnalist təhqiri ilə üzləşsəydilər, reaksiyaları necə olardı?

Mövzu ilə bağlı “Yeni Müsavat” tanınmış bir neçə siyasətçi arasında sorğu keçirib.

Deputat Aydın Mirzəzadə sorğumuza bu cür cavab verdi: “Mən də eynilə Putinin qarşılaşdığı vəziyyətdə olsaydım, yəqin ki, sakit və təmkinli münasibət sərgiləyərdim. Təhqir, küçə ifadələri etikadan kənar münasibət Azərbaycan cəmiyyətinə xas olan məsələ deyil. Lakin ara-sıra kimsə bu cür davranış nümayiş etdirirsə, bu, artıq onun xarakterinin, mədəniyyətinin göstəricisidr. Onun səviyyəsinə enmək, polemikaya girmək düzgün olmazdı. Və yaxud ona cəza tətbiq edilməsini tələb etməyin də özü düzgün olmazdı. Hesab edirəm ki, siyasətçi, ziyalı, cəmiyyətdə üzdə olan şəxslər həmişə təmkinli olmalıdır. Bu baxımdan təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır. Bunun da yeganə yolu təmkinli olmaqdır”.

Aydın Mirzəzadə jurnalist təhqiri ilə qarşılaşdığını da qeyd etdi: “Çox təəssüf ki, belə hallar olub və bu günlərdə də qarşılaşmışam. Belə ki, facebook səhifəmdə, eləcə də profilimdə ara-sıra bu cür təhqirlər, heç bir mədəniyyətə sığmayan yazılar olur. Mən, sadəcə, onları silirəm və hesab edirəm ki, millət vəkili hər zaman səbirli və təmkinli olmalıdır".

Deputat Fəzail Ağamalı isə istənilən bir situasiyada, vəziyyətdə təhqiri çox pis qarşıladığını bildirdi: “Təhqir acizlik əlaməti, səviyyəsizliyin göstəricisidir. Gürcüstan jurnalistinin Rusiya prezidenti Vladimir Putini təhqir etməsini qətiyyətlə pisləyirəm və düşünürəm ki, jurnalist bunu etməməli idi. Putin də öz səviyyəsini saxlayaraq, jurnalistə cinayət işinin açılmasını məqbul hesab etmədi və düşünürəm ki, bu onun dövlət xadimi kimi böyüklüyünün ifadəsidir. Bu cür hallar Azərbaycanda da var. Çox təəssüf ki, mətbuatda biz bunun şahidi olmuşuq. Dəfələrlə olub ki, bizdə də millət vəkilləri, o cümlədən yüksək vəzifə tutan məmurlar bu cür halla qarşılaşıb, lakin böyük nümayiş etdirərək, bu məsələyə əhəmiyyət verməyiblər. Şəxsən mənim özüm uzun illər boyu ən müxtəlif şəkildə təhqirlərə məruz qalmışam. Lakin buna qarşı təmkinlik nümayiş etdirmişəm”.

ADP sədri Sərdar Cəlaloğlunun məsələyə münasibəti bu cür oldu: “Düşünürəm ki, həmin gürcü aparıcı jurnalist kimi deyil, vətəndaş kimi çıxış edib. Məlum məsələdir ki, Rusiya bu ölkənin ərazisini işğal edib və sairə. Ona görə də düşünürəm ki, aparıcı bir vətəndaş münasibəti ortalığa qoyub. Hər bir işğalçı da bilməlidir ki, işğal etdiyi ölkənin vətəndaşı ona hörmət etməz. Putin də bunu anladığı üçün qeyd edib ki, ”şərhə ehtiyac yoxdur". Yəni Putin də başa düşür ki, jurnalist məhkəməyə verilərsə, o da Rusiyanın işğalçı ölkə olması ilə bağlı proseslərə başlaya bilər. Ona görə də ağıllı siyasət yürüdərək bu məsələnin üstündən keçəcək".

Sərdar Cəlaloğlu heç bir zaman jurnalist təhqiri ilə rastlaşmadığını bildirdi.

Öz növbəsində AĞ Partiyanın sədri Tural Abbaslı da hər zaman təhqirin əleyhinə olduğunu dedi: “Əvvəla onu qeyd edim ki, istər siyasətdə, istər məişətdə, istərsə də digər ictimai sferalarda, ümumiyyətlə, təhqirin əleyhinəyəm. Bu məsələ həm əxlaqi, həm də hüquqi baxımdan qətiyyən qəbuledilən deyil. Şükür ki, hələ mənim şəxsimə qarşı Azərbaycanda fəaliyyət göstərən hər hansı bir jurnalist təhqiramiz ifadə və ya fikir işlətməyib. Belə bir hərəkətə şərait yarada biləcək addımlarımın da olduğunu düşünmürəm. Ancaq nəzərə alsaq ki, biz siyasətçilər ictimai xadimlərik, o zaman belə münasibətlə hər an üzləşə bilərik. Mənə qarşı belə bir münasibət sərgilənərsə, təbii ki, ilk növbədə həmin jurnalistlə bu məsələyə səmimi ortamda şəxsən aydınlıq gətirməyə çalışaram. Daha sonra isə gərək olarsa qanunların verdiyi hüquqlarımdan istifadə edərəm. Ümumiyyətlə isə belə xoşagəlməz halların baş verməsini arzulamıram. Həmçinin belə bir deyimimiz də var ki, təhqir cavabsız qaldıqda sahibinə aid olur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru