REAL üzvünün ölkədən çıxışına qoyulan qadağa götürülüb
Tarix: 12-07-2019, 16:30 |
Çap et
“Respublikaçı Alternativ” Partiyasının (REAL) üzvü Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağa götürülüb.
APA-nın xəbərinə görə, bu barədə A. Qasımlı özünün “Facebook” səhifəsində məlumat verib.
O qeyd edib ki, Nəsimi Rayon Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin tərəfindən ölkədən çıxışına 3 il əvvəl qoyulan qadağa ləğv edilib.