"Əgər İsa bəy şəxsən müraciət etsə etirazım yoxdur"
Tarix: 31-07-2019, 09:17 |
Çap et
"1993-cü ilin iyul ayının 16-da Milli Məclisdə Gəncə hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı İsa Qəmbər çıxış etdikdən sonra təxminən saat 20:30 radələrində foyedə olarkən mülki geyimdə olan bir neçə şəxs onu məcburi qaydada Səbayel rayon polis idarəsinə aparıb həbs etdi. Elə həmin gün Milli Məclis onun, Sülhəddin Əkbərovun və İxtiyar Şirinovun Milli Məclisin üzvlüyündən azad olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələrinə razılıq verilməsi barədə qərarlar verdi".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədə "Mən necə İsa Qəmbərin vəkili oldum?" adlı postunda paylaşıb.
O bildirib ki, hadisədən bir neçə gün sonra İsa Qəmbərin yaxınları onunla görüşüb vəkillik etməyi xahiş ediblər:
"Mən İsa bəylə aramızda olan xoşagəlməz söhbəti xatırladıb dedim ki, ola bilsin o, vəkilliyimi qəbul etməyəcək. Bildirdim ki, əgər İsa bəy şəxsən müraciət etsə etirazım yoxdur. 22 iyulda İsa Qəmbər vəkil təyin edilməyim barədə rəsmi ərizə ilə istintaqa müraciət etdi və mən onun vəkili kimi işə buraxıldım.