"Mafioz qüvvələr dayanmalı, kənara çəkilməlidirlər" - deputat
Tarix: 28-10-2019, 09:38 | Çap et
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev AzNews.az-a müsahibə verib.
- Qüdrət bəy, bildiyiniz kimi “fit müxalifəti” yenidən mitinq təyin edib. Doğrudanmı onlar bu yolla nəyəsə nail olacaqlarını düşünürlər?
- Heç nəyə nail olmayacaqlarını bilirlər. Amma “fit çalınıb”, komanda verilib və icra etməlidirlər. Hansı mənəvi-psixoloji vəziyyətdə olmalarından asılı olmayaraq asılılığın səviyyəsi ən absurd əmrlərin icrasından belə imtinanı mümkünsüz edir.
- 19 oktyabr aksiyasından sonra, sadə məntiqlə əmr verənlər də dayanmalı idilər. Yəni öz əlaltılarının bu qədər iflasa uğramasında onlar da maraqlı olmamalıdırlar. Əslində nə baş verir?
- İqtidar partiyası hakimiyyətdə olduğu dövrün ən çətin günlərini yaşayır. Heç vaxt indiki səviyyədə komanda daxilində dəyişikliklərə müqavimət olmamışdı. Köhnə komandanın bəzi üzvləri əvəzlənmək və ya mövqelərini itirmək istəmirlər. Ona görə də birləşib son patronlarını da atmağa, saman çöpündən də yapışmağa hazırdılar. Görünür ki, uğur qazanmayacaqları halda tərk etdəcəkləri gəmini batırmağa da cəhd edəcəklər. Yadellilərin məqsədi isə bu işə dəstək verməklə, mümkün olarsa vətəndaş müharibəsi törədib bizi bir-birimizə qırdırmaq, Qarabağı azad etməkdən, güclü dövlət qurmaq istiqamətində hər hansı addım atmaqdan bizi çəkindirməkdir. Məhz bu səbəbdən, onlar bəzi tərbiyəsiz ünsürlərə ölkələrində sığınacaq verib onların dili ilə cəmiyyətdə parçalanma yaratmaq, düşmənçiliyi gücləndirmək istəyirlər ki, insanlarımız hakimiyyət uğrunda bir-birinin başını kəsməyə belə hazır olsunlar. Ermənipərəst xarici dairələrin istəyini başa düşüb onlara istifadə üçün bu cür mənfur elementlər göndərən daxildəki mafioz qüvvələr onlarla təbii müttəfiqə çevriliblər və onlardan yararlanıb siyasi məqsədlərinə çatmaq istəyirlər. Bütün bunları gördüyümdən dəfələrlə “demokratiya” uğrunda mübarizə apardıqlarını deyən qüvvələrə üzümü tutub deyirəm ki, siz mafiozların tapşırıqlarını yerinə yetirməklə, onlardan aldığınız qəpik-quruşla heç nəyə nail ola bilməzsiniz, siyasi mübarizənin düşmənçilik və qeyri-əxlaqi müstəviyə keçməsini istəmirsinizsə, söyüş söyənləri qınayın və lənətləyin. Onların sizlərdən olmadığını və imkanınız olacaqsa onları cəzalandıracağınızı bəyan edin. Onlar isə həmin adamları özlərini təbliğ edən kanallarda xalqımıza az qala qəhrəman kimi təqdim etməkdədirlər. Öz çirkin əməllərinə haqq qazandırmaq üçün bəyan edirlər ki, iqtidar trolları da bizi söyür. Anlamırlar ki, əgər eyni mübarizə formasını özünüz üçün məqbul sayırsınızsa, onda sizin onlardan üstünlüyünüz nədədir? Əgər qarşındakını düşmən elan etmisənsə, öz cəsarətin çatmırsa və başqalarının vasitəsilə rəqibini ən namussuz formada təhqir etdirirsənsə, onda gərək rəqibindən də tərs sillə alanda ağlamayasan və təəccüblənməyəsən ki, bu, niyə baş verir.
- Qüdrət bəy, bəzi məsələləri dərindən başa düşməyib, amma səmimi olaraq dəyişiklik istədiyi üçün aksiyaya çıxanların taleyi necə olsun? Son nəticədə onlar da bizim vətəndaşlarımızdır.
- Səmimi olaraq ölkəmizin xoşbəxt gələcəyi üçün hətta, razılaşdırılmamış aksiyaya çıxan insanlar qanunları pozsalar da hörmətə layiqdirlər. Amma təəssüf ki, onların vətənpərvərliyindən namərdcəsinə sui-istifadə edildiyinin fərqində deyillər. Həm də onun da fərqində deyillər ki, qarşıdurma zamanı polis üçün çətindir müəyyənləşdirsin ki, kim təxribatçıdır, kim vətənpərvər. Bunun üçün onlar gərək alternativ informasiya almaq naminə bizim müsahibələri də oxusunlar və soyuq başla təhlil etsinlər. Aşılanmış nifrət və şəxsi narazılıq insanlarımızı sağlam düşüncədən məhrum etməməlidir.
- İqtidar daxilndəki pozucu qüvvələrə qarşı aparılan mübarizə Sizi qane edirmi?
- Çətinlikləri başa düşsəm də qətiyyən, qane etmir. Xalqımız islahatların sürətləndirilməsini istəyir, həmin qüvvələr isə əsas maneədir. Hansısa ədalətsiz, yaxud uğursuz qərarın ola bilmə ehtimalından belə çəkinmədən sürətli kadr islahatları həyata keçirilməlidir. İslahatlar keçirilərkən səhv qərarların ola bilməsi təbiidir. Tərəddüdlər həm islahatlara inamı azaldır, həm də təxribatçıları ruhlandırır və təxribatların miqyasını genişləndirir. Əvvəllər də demişəm, bir daha deyirəm, kimsə düşünürsə ki, bu cür aksiyalarla Prezidenti qorxuda bilər, ciddi surətdə yanılır. Mən təşkilatçıları və sifarişçiləri Allahdan qorxub, sadə insanları qarşıdurmaya çağırıb mərhumiyyətlərlə üz-üzə qoymamağa çağırıram. Mafioz qüvvələr dayanmalı, kənara çəkilməli, indiyə qədər etdiklərinə görə Allahdan bağışlanmalarını istəməlidirlər. Əks halda cəzaları ağır olacaq.
- Qüdrət bəy, rusiyalı siyasi ekspert Yevgeni Mixaylov bildirib ki, Rusiya Azərbaycana KTMT-də müşahidəçi statusla təmsil olunmağı təklif edib və bu, Qarabağ probleminin həllində “real irəliləyiş”in əldə olunmasına kömək edə bilər. Siz necə düşünürsünüz?
- Mən KTMT-də müşahidəçi statusla təmsil olunmaqda heç bir problem görmürəm. Bizim NATO-da da səfirimiz var və əməkdaşlıq edirik. Amma Rusiya bizə torpaqlarımızı azad etməkdə mane olmasa biz KTMT-nin tam hüquqlu üzvü də ola bilərik. Ona görə dəfələrlə söyləmişəm ki, Qarabağın azadlığı üçün biz Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmalıyıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51 |
|
|
|
• Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49 |
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
|