"İndiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür"
Tarix: 21-11-2019, 08:34 | Çap et
 Son prezident seçkilərindən sonra bəzi siyasilər cari ilin sonunadək ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddiaları ilə çıxış edirdilər. Bu iddiaları reallaşmayanlar indi də gələn ilin yazında növbədənkənar seçkilər olacağından danışmağa başlayıblar.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib. O qeyd etdi ki, hətta biriləri 2019-cu ilin axırlarınadək seçkilərin keçirilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edərək “Yeni Müsavat”ın canlı efirində mərc gəlməyə də qalxmışdı. Ancaq həmin siyasətçi mərci uduzsa da siyasətdən getmək vədini yerinə yetirmədi: “Mərci uduzanın siyasət meydanını tərk edib-etməyəcəyini özü və izləyiciləri bilsin, amma hesab edirəm ki, hər kəs dediyi sözün fərqində olmalıdır, ələlxüsus da siyasi fəaliyyətlə məşğul olan şəxslər bu və ya digər məsələ ilə əlaqədar proqnoz verməyə qalxırlarsa ən azından hüquqa və fakta əsaslansalar daha doğru olar. Mən gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin yazda və ya payızda baş tutacağı iddiası ilə çıxış etməkdən uzağam. Sadəcə, seçki qanunvericiliyi ilə əlaqədar bir sıra müddəalara diqqət yetirməyi vacib hesab edirəm. Bildiyimiz kimi, 26 sentyabr 2016-cı il referendumu ilə Azərbaycan Konstitusiyasına edilmiş son düzəlişlərə əsasən prezident 7 il müddətinə seçilir. Son prezident seçkilərinin 2018-ci ildə keçirildiyini nəzərə alsaq, növbəti prezident seçkiləri 2025-ci ildə keçiriləcək. Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü prezident seçkiləri günü hesab edilir. Bu xüsusda növbəti prezident seçkilərinin 15 oktyabr 2025-ci ildə keçiriləcəyini demək olar. Parlament seçkilərinə gəlincə, konstitusiyanın 84-cü maddəsinə əsasən Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Deməli, konstitusiyaya müvafiq olaraq növbəti parlament seçkiləri 1 noyabr 2020-ci il tarixində, beş il sonrakı parlament seçkiləri isə 2 noyabr 2025-ci ildə keçirilməlidir. Beləliklə, qüvvədə olan qanunvericilik 2025-ci ildə prezident və parlament seçkilərinin 2 həftə fərqlə keçiriləcəyini nəzərdə tutur ki, bu da faktiki olaraq seçkilərin toqquşması deməkdir. Seçki Məcəlləsinin 2.4-cü maddəsinin Milli Məclis deputatlarının seçkiləri və prezident seçkisinin eyni gündə keçirilməsini istisna etdiyini də nəzərə alsaq, bu iki seçkidən birinin vaxtının dəyişdiriləcəyini yəqin etmək olar”. A.Əlizadə onu da dedi ki, bu zaman bir detala diqqət yetirməmək olmur. Milli Məclisə seçkilərin keçirilmə günü ilə bağlı müddəa konstitusiyada nəzərdə tutulduğu halda, prezident seçkilərinin keçirilmə gününü müəyyən edən müddəa Seçki Məcəlləsi ilə təsbit olunmuşdur: “Göründüyü kimi, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi üçün ilk növbədə qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac yaranır. Həmçinin konstitusion müddəa olduğu səbəbindən parlament seçkilərinin konstitusiya ilə müəyyən edilmiş konkret gündən fərqli zamanda keçirilməsi üçün konstitusiya düzəlişlərini özündə ehtiva edən ümumxalq səsverməsi - referendum keçirilməlidir. Doğrudur, konstitusiyanın 98-ci maddəsi bir sıra konkret hallar səbəbi ilə prezidentin Milli Məclisi vaxtından əvvəl buraxmaq səlahiyyətini tanısa da, indiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür. Bu səbəbdən də növbəti parlament seçkilərinin öz vaxtında keçiriləcəyi, daha çox 2025-ci il prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi qənaətindəyəm”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, müxalifət düşərgəsi yekcins deyil. Həmişəki kimi, mövcud iqtidara, eləcə də, ümumiyyətlə, seçkilərdə iştiraka fərqli yanaşmalar var. Seçkilər yaxınlaşdıqca münasibətlər daha aydın görünəcək: “Heç şübhəsiz ki, daha yaxın siyasi xətt yürüdən partiyaların seçkidə bloklar şəklində iştirakının da şahidi olacağıq. İstənilən halda hesab edirəm ki, müxalif düşərgədə mövcud olan sağlam və konstruktiv qüvvələrin bir araya gəlməsi ümumi iş üçün faydalı olardı”.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezidentli müxalifətin siyasi "piştaxta"sı - İNCƏLƏMƏ
Bu gün, 01:38 |
|
|
|
• Moskva və Kiyevdən danışıqlar mesajı: “Birbaşa mümkün deyil” - GƏLİŞMƏ
Bu gün, 01:29 |
|
|
|
• "Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir..." - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:27 |
|
|
|
• “Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı”
Bu gün, 01:24 |
|
|
|
• Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:19 |
|
|
|
• “Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” - deputat
Bu gün, 01:16 |
|
|
|
• Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir - NƏ ETMƏLİ?
Bu gün, 01:14 |
|
|
|
• Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür - 101 il əvvəl...
Bu gün, 01:09 |
|
|
|
• Suraxanıda yaşayış binalarının elektrik təminatına - 8 MİLYON AYRILDI
Bu gün, 00:05 |
|
|
|
• Bu rayonda köçkünlərin evləri təmir olunacaq - 600 MİNLİK TENDER
Bu gün, 00:02 |
|
|
|
• COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Dünən, 19:10 |
|
|
|
• Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Dünən, 18:56 |
|
|
|
• "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Dünən, 18:19 |
|
|
|
• Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Dünən, 18:17 |
|
|
|
• Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Dünən, 18:15 |
|
|
|
• Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 18:12 |
|
|
|
• Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Dünən, 18:10 |
|
|
|
• “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Dünən, 18:06 |
|
|
|
• Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Dünən, 17:22 |
|
|
|
• Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Dünən, 17:20 |
|
|
|
• Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Dünən, 17:17 |
|
|
|
• Xalq artistinə qəribə ad günü təbriki
Dünən, 17:12 |
|
|
|
• Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Dünən, 17:08 |
|
|
|
• Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Dünən, 17:06 |
|
|
|
• Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Dünən, 17:01 |
|
|
|
• Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Dünən, 16:59 |
|
|
|
• TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Dünən, 16:56 |
|
|
|
• “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Dünən, 16:49 |
|
|
|
• “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Dünən, 16:47 |
|
|
|
• İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
• "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Dünən, 16:41 |
|
|
|
• "Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Dünən, 16:35 |
|
|
|
• Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Dünən, 16:32 |
|
|
|
• ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Dünən, 16:27 |
|
|
|
• MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:19 |
|
|
|
• Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Dünən, 16:17 |
|
|
|
• “Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Dünən, 16:15 |
|
|
|
• Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Dünən, 16:14 |
|
|
|
• Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:06 |
|
|
|
• “Traktor” “Alüminium”u əzib keçdi
Dünən, 16:04 |
|
|
|
• Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Dünən, 16:02 |
|
|
|
• “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Dünən, 16:00 |
|
|
|
• ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Dünən, 15:55 |
|
|
|
• Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Dünən, 15:52 |
|
|
|
• 444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:33 |
|
|
|
• "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Dünən, 15:31 |
|
|
|
• Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Dünən, 15:30 |
|
|
|
|