“Rus sülhməramlılarının gəlişini imperialist qüvvələr bayram kimi qeyd edir” - deputat
Tarix: 5-12-2020, 10:49 | Çap et
Noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən, Rusiya sülhməramlıları Qarabağa yerləşdi. Bunun ardınca Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qarabağa humanitar yardım göndərildi.
Lakin bu addımlar Rusiya mətbuatında təhriflərlə tirajlanmağa başladı və bu təhriflər hələ də davam edir. Məsələn, “Rusiya Dağlıq Qarabağ əhalisinə yardım göndərib”, “Dağlıq Qarabağ əhalisinə yardım edilib”, “Dağlıq Qarabağın zərərçəkən sakinləri yoxdur” başlıqlı xəbərlər Rusiya mətbuatını bəzəyir və Qarabağın ayrıca ərazi kimi təqdim edilməsinə cəhdlər olunur. Halbuki, Dağlıq Qarabağ - inzibati ərazi kimi də, bölgə kimi də mövcud deyil. Azərbaycanda iqtisadi zonanın adı Qarabağ və Yuxarı Qarabağdır və Dağlıq Qarabağ inzibatı ərazi vahidi 1992-ci ildə ləğv edilib.
Mövzunu AYNA-ya dəyərləndirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin sözlərinə görə, Rusiya mətbuatı Ermənistan- Azərbaycan münaqişəsində birmənalı olaraq və ənənəvi şəkildə Ermənistan tərəfindən vəkil rolunu oynayıb: “Ancaq bütün bunların əksinə olaraq müharibə başlayandan sonra Rusiya neytral mövqe tutub. Buna baxmayaraq, üçtərəfli bəyannamədə Dağlıq Qarabağın hər hansı bir statusu ilə bağlı heç bir bənd də yer almayıb. Rusiya Prezidenti Vladimir Putin də Dağlıq Qarabağın heç bir statusu olmadığını və Dağlıq Qarabağın ətraf 7 rayonla bərabər Azərbaycanın ərazisi olduğunu vurğulayıb”.
“Aydın məsələdir ki, Rusiya mətbuatında Aren Qabrelyan kimi kalxoz təfəkkürlü media maqanatları mövcduddur və təəssüf ki, bu tipli primitiv insanlar yaranmış müəyyən boşluqlardan istifadə edərək ətrafına xeyli media orqanları toplayıb və Rusiyanın müəyyən mənada dövlət siyasətini müəyyənləşdirirlər. Bu təfəkkürdə olan ünsürlər də təbii ki, Ermənistanın biabırçı məğlubiyyəti ilə barışmaq istəmir və ənənəvi olaraq ətraflarına türkofob, islamofob, erməni lobbisinin süfrəsindən dolanan insanları topalayıb, müxtəlif politoloq, ekspertlər vasitəsi ilə ermənipərəst mövqe nümayiş etdirirlər. Azərbaycan ictimaiyyəti də onları kifayət qədər yaxşı tanıyır, onların nəyə qadir olduğunu bilir. Nəticə etibarı ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində onların həm ordusunu, həm də bütün informasiya məkanını darmadağın elədi və ölkə ictimaiyyəti cənab Prezidentin timsalında onları məğlub edərək bir yumruq kimi birləşdi”, - deputat bildirib.
Müsahibimiz vurğulayıb ki, erməni təbliğat maşınının nə deyib-deməməsindən asılı olmayaraq, zaman öz sözünü deyir: “Azərbaycanın dövlət maraqları təmin olunub, torpaqlarımızı işğaldan azad edilməklə xalqımızın əsas problemi həll edilib və Azərbaycan xalqının, Azərbaycan Prezidentinin birbaşa qətiyyəti və prinsipiallığı nəticəsində atəşkəsə nəzarət monitorinq missiyasında Rusiya sülhməramlıları ilə birgə, qardaş Türkiyə sülhməramlıları da yer alıb”.
Məhəməliyev hesab edir ki, indiki mərhələdə Rusiya mediasının mövqeyi Rusiya dövlətinin mövqeyindən fərqlənir: “Bir var dövlət siyasəti, bir də var media siyasəti. Dövlət siyasətindən yanaşsaq, görərik ki, müharibədə Rusiya neytrallığı maksimum şəkildə gözləyib. Digər tərəfdən qeyd etmək lazımdır ki, 1992-ci ildən sonra Rusiyanın Azərbaycanda heç bir hərbi hissəsi olmayıb. İndi isə Rusiyanın 1960 nəfərdən ibarət hərbi kontingentinin Azərbaycana qayıtması və 23 postda monitorinq keçirməsi Rusiyanın tərkibində olan müəyyən imperialist qüvvələr tərəfindən bayram kimi qeyd olunur və bu, Rusiyanın Qafqaza qayıtması kimi dəyərləndirilir. Bu mənada təbii ki, Rusiyanın Qafqazdakı dominantlığını maksimum şəkildə qabartmağa çalışırlar. Amma buna fikir vermək lazım deyil. Əsas odur ki, Azərbaycanla Rusiya arasında yeni şərtlər çərçivəsində əməkdaşlıq başlayacaq və yeni iqtisadi, siyasi münasibətlərə keçid ediləcək”.
Milli Məclis üzvü Ermənistanın yeni müdafiə nazirinin Qarabağa gəlişinə də toxunub: “İndiki halda bunu başa düşmək olar ki, Dağlıq Qarabağda yaşayan ermənilərin lideri Arayik Arutunyandır. Bizim qanunvericiliyə görə, o, cinayətkar olsa da, faktiki olaraq onlar tərəfindən lider kimi qəbul olunur. Onun vəzifəsini başqa biri də icra etsəydi, Rusiya sülhməramlıları onunla işləyəcəkdi. Yəni, bu nizamlanma prosesini həyata keçirməlidirlər. Hesab edirəm ki, üçtərəfli bəyannaməyə uyğun olaraq qarşıda bizi münasibətlərin bərpası ilə bağlı yeni müqavilələr gözləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədinin demarkasiya məsələsi də var. Yəni, bunu zamana buraxmaq lazımdır. Zaman isə Azərbaycanın xeyrinə işləyir”.
Türkiyədə yaşayan azərbaycanlı politoloq, “TRT World” telekanalının siyasi analitiki Turan Qafarlı da mövuzunu AYNA-ya şərh edib: Bildirib ki, Rusiya mətbuatı həmişə “Artsax”, “Dağlıq Qarabağdakı ermənilər” “dağıdılan kilsələr” mövzuları ilə “oynamağı” sevir: “Bunun qarşılığında heç bir şəkildə Azərbaycanın problemlərini işıqlandırmırlar. Bunun əsas səbəbi də Rusiyanın istər mediasının, istər bürokratiyasının, istərsə də elitasının çox hissəsinin ermənilərin nəzarətində olmasıdır. Üstəlik, dövlət rəsmiləri içərisində özü, həyat yoldaşı erməni olanlar var. Bunlar bilavasitə hesbalanmış məsələlərdir və bunları dəyişdirmək çətindir. Çünki bu işlərə nəzarət edənlər ermənilərdi”.
“Ona görə də biz gözləməyək ki, Rusiya mətbuatında bizim xeyrimizə müsbət nəsə olacaq. Bunu sadəcə və sadəcə Rusiyada yaşayan azərbaycanlıların bu səviyyədə ərsəyə gəlməsi ilə həll etmək olar. Yəni, Rusiyada onların səviyyəsinə çatmaq üçün Rusiyada yaşayan azərbaycanlıların bu işə dörd əllə sarılması lazımdır. Bir sözlə, ya yeni media orqanları yaratmalı, ya da həmin media orqanlarına müdaxilə etməlidirlər. Çünki buna diplomatik yolla qarşı çıxmaq çox çətindir. Diplomatik yolla hər yayılan xəbərin qarşısını almaq olmaz. Sadəcə olaraq yaxşı formada təşkilatlanmaq və diaspor vasitəsi ilə yüksək keyfiyyətli işlər görərək, güclü nüfuz qazanıb nələrəsə müdaxilə etmək olar”, - Qafarlı vurğulayıb.
“Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutunyanın Qarabağda separatçıların rəhbəri Arayik Arutunyanla görüşməsinə gəldikdə, Ermənistan nazirlərinin Qarabağa getməsi birinci dəfə deyil və bu səfərlər bundan əvvəl də olub. Ermənistanın sabiq müdafiə naziri David Tonoyan indi vəzifədə olsaydı, o da bu addımı atardı - necə ki, əvvəllər də bu kimi addımlar atıb. Nazirin Qarabağa getməsinə şərait yaradan rus sülhməramlıları isə onsuz da onların tərəfindədir. Çünki onların icazəsi olmadan ora heç kim gedə bilməzdi. Buna da bizim dövlət səviyyəsində nəzarətimiz və cavabımız olmalıdır”, - analitik söyləyib.
“Lakin ermənistanlı nazir Qarabağa erməni silahlı qüvvələrinin Qarabağdan çəkilməsi prosesini başa çatdırmaq üçün də gedə bilər ki, bu da başa düşüləndir. Həm də görüşdə hansı mövzuların müzakirə edildiyini də dəqiq bilmək lazımdır. Bununla yanaşı, bu səfərlərin ilkin mərhələdə sıx olmamasına çalışmaq, bir müddət sonra isə ümumiyyətlə olmamasını təmin etmək lazımdır. Azərbaycan Prezidenti də bugünlərdə xalqa müraciətində bu mövzuda sonuncu dəfə danışdığını bildirdi. Həm də Laçının işğaldan azad edilməsi ilə belə başa düşüldü ki, digər ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşları olacaqlar. Ona görə də indiki vəziyyətdə erməni nazirin Qarabağa gəlməsi ciddi məsələ deyil. Çünki hazırda Dağlıq Qarabağda yaşayanlar onsuz da ermənilərdir. Sadəcə olaraq bizim dövlət rəsmiləri bu məsələyə dəqiq mövqe bildirməlidirlər ki, biz də səsimizi daha gur çıxara bilək”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|