"Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub" - onlara kömək ediblər
Tarix: 9-12-2020, 08:24 | Çap et
Bir neçə gün öncə, Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin “Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi” adlı geniş məqaləsi mediada dərc olundu ki, burada iki məqam cəmiyyətdə haqlı suallar yaratdı və bu, sosial şəbəkələrdə də müzakirə predmetinə çevrildi. Məqalədə diqqəti çəkən birinci məqam Ədalət Vəliyevin “ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir” fikirləridir ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır, hətta insanlar “bu məmləkətin halına yazıqlar olsun” deyə açıyırlar. Çünki onlar siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin, ailə üzvlərinin tibbi və ya digər şəxsi probelmləri həll olunan ölkədə demokratik seçkilərin keçirilməsini, ədalətli, korrupsiyasız cəmiyyətin qurulmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılmasını, qanunun aliliyininin təmin olunmasını mümkünsüz hesab edirlər. Bu, əslində, belədir. Ona görə ki, hər hansı bir adam özünün şəxsi problemlərini həll edibsə, digər sosial təbəqənin problemi artıq onu maraqlandırmır, heç maraqlandırmayacaq da...
Məqalədə diqqəti çəkən ikinci məqam isə şöbə müdirinin “siyasi partiyaları respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “525-ci” və “Ədalət” qəzetlərində, İctimai Televiziya, “Xəzər”, “Space”, ARB və “REAL TV” televiziya kanallarında müvafiq mövzular üzrə çıxışları şöbə tərəfindən təmin edilir” fikrinin yer almasıdır ki, bu da siyasi partiyaların (Ə. Vəliyev hansı partiyaları nəzərdə tutursa, söhbət ondan gedir) hakimiyyət tərəfindən idarə olunduğunun aşkar göstəricisidir. Doğrudur, siyasi partiyaların Vətən müharibəsində hakimiyyətlə həmrəy olması alqışlanandır və bu, xalqımızın, dövlətimizin güclü olması üçün lazım idi. Amma nəzərdə tutulan siyasi partiyaların müvafiq mövzular üzrə təmin edilməsi onların müstəqil olmamasını bir daha ortaya qoymuş olur. Maraqlıdır ki, bu siyasi partiya rəhbərlərinin, yaxud nümayəndələrinin müstəqil fikri yoxdur ki, bunlar müvafiq şöbə tərəfindən mövzular üzrə təmin edilir? Burada diqqəti çəkən digər məqam isə adıçəkilən media orqanlarının müstəqil olmamasının aşkar ifadəsidir. Məlumdur ki, ölkə mediasının “yuxarı”dan tapşırıqla materiallar dərc etməsi, yaxud işıqlandırması artıq ənənə halını alıb. Bu isə ölkədə medianın inkişafını ləngitməkdən başqa heç nəyə xidmət etmir. Çünki azad media olmayan ölkədə heç vaxt azad fikir, demokratik seçkilər, korrupsiyasız cəmiyyət olmayacaq, insan hüquq və azadlıqlarına dəyər verilməyəcək, qanunun aliliyi təmin olunmayacaq. Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Mediadunya.com-a açıqlamasında bildirib ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra siyasi təşkilatlarla hakimiyyət arasında xeyli dərəcədə “buzlar” əridi, normal münasibət yaranmağa başladı: “Bundan əvvəlki dövrdə siyasi təşkilatlarla hakimiyyyət arasında yalnız düşmən münasibət var idi. İndi Ədalət müəllim məqalədə nə yazıb, bilmirəm. Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub, onlara kömək ediblər. Mən bilirəm ki, bir neçə partiya sədri xəstə olub, onların xəstələyinin müalicəsi üçün hakimiyyət tərəfindən müəyyən köməklik olunub. Ancaq hesab etmirəm ki, o məsələni şişirtməyin hansısa bir əhəmiyyəti var. Bu, müzakirə olunacaq məsələ deyil ki, nəyə görə belə deyib. Biz hesab edirik ki, sosial təbəqənin hamısına yeri gələndə dövlətin qayğısı olmalıdır. O cümlədən də mediaya, siyasi təşkilatlara, qeyri-hökumət təşkilatlarına olmalıdır. Artistlərə iki gündən bir ev verirlər, yaxud eləsi var, 5 ev veriblər, amma onlara heç kəs heç nə demir”. “Mən bilmirəm, bunu deməkdə Ədalət müəllimin məqsəd nədir, ola bilsin ki, sözgəlişi deyib. Yəni geniş müzakirə üçün əsas görmürəm. Bizim müzakirə etməyə o qədər dərdimiz-azarımız var ki. Məsələn, ərazilərimiz işğaldan azad olunub, orada necə möhkəmlənməliyik? Biz Xankəndinə, Xocalıya və digər ərazilərimizə nə vaxt həqiqi surətdə yiyələnməliyik? Nə vaxt orada da bayrağımız dalğalanmalıdır? Mənə elə gəlir ki, bunlar müzakirə olunmalıdır”,-deyə partiya sədri əlavə etdi. Siyasi partiya mənsublarının respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə televiziya kanallarında müvafiq mövzular üzrə çıxışlarının şöbə tərəfindən təmin edilməsinə gəlincə, E.Musayev qeyd etdi ki, partiya rəhbəri olaraq bu müddət ərzində Azərbaycan televiziyaları-nə ATV, nə İctimai Televizya, nə “Xəzər”, nə də “Lider” şəxsən onu bir dəfə çağırmayıb, yalnız bir dəfə “Space” çağırıb: “O kanalda ictimai-siyasi vəziyyət haqqında qısa bir veriliş idi. Amma siyasi təşkilat rəhbərlərinin hansı mövzu ilə təmin edilməsi ilə mən bildiyim qədər Ədalət müəllimin rəhbərlik etdiyi şöbə yox, başqa şöbə məşğul olur. Onunla məşğul olanlar da Ramiz Mehdiyevin, Əli Həsənovun adamlarıdır ki, Azərbaycan televiziyasına nəzarət edirlər. Ona görə də bizi efirlərə buraxmırlar. Kimi efirə buraxırlar, ondan mənim xəbərim yoxdur. Hakimiyyətyönlüləri onsuz da əvvəldən efirə buraxırdır, indi də buraxırlar. Bizi onsuz da efirə buraxmırlar. Mən məqaləni oxumamışam. Ona görə, detalları bilmirəm ki, kimi nəzərdə tuturlar. İkincisi də dövlətin nəzarətində olan televiziyalarda sərbəst, müstəqil fikir demək üçün Prezident Administrasiyasından hansısa göstəriş verilibsə, buna normal yanaşmaq lazımdır. Yox, əgər deyilbsə ki, konkret bizim mövqeyimizdən çıxış etməlisiniz, buna qeyri-normal yanaşmaq lazımdır”. Siyasi partiyalar haqqında yeni qanuna ehtiyac olduğunu vurğulayan E.Musayev bildirdi ki, başqalarından fərqli olaraq bununla bağlı onların mövqeyi olub: “Mən açıq demişdim ki, “Siyasi partiyalar haqqında” qanun çox sadə olmalıdır. İnsanların müxtəlif, o cümlədən siyasi fəaliyyətlə məşğul olmaq hüququ var. Bunu hansısa çərçivəyə salmaq olmaz, yüngülləşdirmək, insanlara o şansı vermək lazımdır. O məsələnin ikinci tərəfidir ki, niyə siyasi təşkilatlar çoxdur? Ona görə, siyasi təşkilatlar çoxdur ki, ölkədə normal demokratik seçkilər keçirilmir, saxta seçkilər keçirilir. Əgər normal demokratik seçki keçirilərsə, siyasi təşkilatlardan kim seçilir, qalacaq, kim də seçilmir, sıradan çıxacaq. Yəni bunlar təbii yolla olmalıdır, süni yolla yox”. Partiya sədrinin sözlərinə görə, Prezident Administrasiyasında ən yaxşı işləyən şöbə Ədalət Vəliyevin şöbəsidir:“Bilirsiniz ki, ölkəmizdə müharibə getdi, bu dövr ərzində dövlətin, hakimiyyətin, Ali Baş Komandanın, bütövlükdə bizim siyasətin güclü olması üçün siyasi təşkilatların həmrəyliyi lazım idi, 50 siyasi təşkilat dəfərlə bir yerdə bəyanat verdi, vahid mövqe sərgilədi. Bu, birmənalı olaraq Ədalət Vəliyevin rəhbəlik etdiyi şöbənin xidmətidir. Yenə deyirəm, məqalədə nə yazılıb, xəbərim yoxdur, amma mən çəkinmədən açıq deyirəm, Prezident Administrasiyasında, ümumiyyətlə, Azərbaycan hakimiyyətinin içərisində ən yaxşı işləyən varsa, o şöbə olub”. “Azərbaycanda media azadlığı yoxdur”
ReAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, Ədalət Vəliyev İctimai Televizya və AzTV ilə bağlı belə bir fikir səsləndirsəydi, məntiqli olardı: “Çünki İctimai Televiziyada hamımız iştirak edirik. Bu kanalın büdcəsi hamımızın ödədiyi vergilərdən formalaşır. AzTV də büdcədən maliyyələşir. Burada müxalifətin fikirlərini səsləndirməsi üçün hökumətin hansısa addım atması alqışlanılandır. Ona görə ki, bu kanallar onların nəzarətindədir. Amma özəl kanallarla bağlı belə bir fikir söylənməsi bir daha sübut edir ki, Azərbaycanda media azadlığı yoxdur. Hətta formal olaraq özəl kanallar belə, hakimiyyətin nəzarəti altındadır. Bu isə yaxşı bir şey deyil. Ədalət Vəliyevin bu açıqlaması da hakimiyyətin media siyasətində hansı yol tutduğundan xəbər verir". Şöbə müdirinin “iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir” fikirlərinə gəlincə, Cəfərli qeyd etdi ki, bununla bağlı hökumət ayrıca açıqlama versə, daha doğru olardı: “Çünki hakimiyyətlə dialoq masasında iştirak edən 50 partiya var və bu açıqlamalarda həmin hissənin kimlərə şamil olduğunu özləri desə, yaxşı olar. Doğrudur, REAL Partiyası da bu formatda iştirak edir və biz yalnız siyasi görüşlərimizi, müzakirəmizi ictimaiyyətə açıqlamışıq. Çünki danışığımız bu yöndə olub. Bu günə kimi kimə hökumət tərəfindən sağlamlıqla bağlı yardım olunub, o partiyaların, yaxud təşkilatların adlarını açıqlasalar, daha yaxşı olar. Ölkədə tək sədrdən ibarət partiyalar var. Onlar öz şəxsi problemlərini həll ediblərsə, bu, artıq hökumət tərəfindən həmin partiyalara münasibətdən xəbər verir”. N.Cəfərli onu da vurğuladı ki, Azərbaycanda siyasi partiyalar haqqında yeni qanuna ehtiyac var: “Amma daha ehtiyac olan məsələ partiyaların normal funksional vəziyyətə gətirilməsi üçün proporsional seçki sisteminin bərpasıdır. Yəni proporsional seçki sistemi ölkədə partiyaların ələnməsinə, ideoloji partiyaların formalaşmasına və ümumilikdə iqtidar-müxalifət münasibətlərinə də çox ciddi müsbət təsir göstərə bilər. Hesab edirəm ki, siyasi partiyalar haqqında qanuna baxışla yanaşı, proporsional seçkinin bərpası daha doğru olar və bu iki məsələ bir yerdə həll olunmalıdır. Yəni proporsional seçkilər olacaqsa, bu zaman “Siyasi partiyalar haqqında” qanuna da dəyişiklik etmək lazım gələcək”. Şamo Emin
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|