Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                 

“Minsk Qrupuna meydan vermək lazım deyil, onlardan imtina etmək lazımdır” - deputat
Tarix: 16-12-2020, 09:17 | Çap et
“Minsk Qrupuna meydan vermək lazım deyil, onlardan imtina etmək lazımdır”
10 noyabrdan sonra keçən bir aydan çox müddət ərzində Rusiya sülhməramlılarının öz missiyalarından kənara çıxması, Xankəndidə separatçılarla faktiki əməkdaşlıq etməsi, Ermənistan dövlətinə məxsus olan ordu birliklərini ərazidən çıxarmaması, həmçinin Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərində baş verənlər, məlum xəritəyə bununla bağlı edilən dəyişikliklər Azərbaycanda ciddi narazılıqlara səbəb olub.

“AzPolitika.info” bu mövzu ilə əlaqədar Xocalı rayonunun sabiq icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədovun fikirlərini öyrənib:

- Elman müəllim, Rusiyanın bölgədə yerləşdirilən sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığı barədə fikirlər çoxalır. Bu, xüsusilə, Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərində baş verən erməni təxribatından sonra daha qabarıq şəkildə ortaya çıxdı. Siz, bu baş verənlərin fonunda hazırkı real vəziyyəti necə qiymətləndirirsiniz?

- Bu, gizli məsələ deyil, Azərbaycana, elə Rusiya və onun sülhməramlılarına da məlumdur. Hamıya bəllidir ki, Dağlıq Qarabağ adlı bölgədə - Xocavənd rayonunun müəyyən hissəsində, Xocalı rayonunun işğaldan azad etdiyimiz 8 kəndindən başqa qalan digər ərazisində, keçmiş Ağdərə rayonu və Xankəndidə erməni silahlı birləşmələri, quldur dəstələri var. O cümlədən Ermənistan dövlətinə məxsus silahlı birləşmələrin müəyyən hissələri bu ərzilərdə qalmaqda davam edir. İndi açıq və ya gizli formada olmasından asılı olmayaraq, fakt odur ki, onlar həmin ərazilərdə qalırlar. Bu da sülhməramlılara yaxşı məlumdur. Hətta sülhməramlıların rəhbərliyi onların komandirləri - Araik Arutunyan kimi cinayətkar quldurla, Xocalı soyqrımının törədilməsi və torpaqlarımızın işğalı prosesində iştirak etmiş ən qəddar cəlladlardan olan Vitali Balasanyanla görüşüb müzakirələr aparırlar. Bu da faktdır. Əlbəttə, belə olan halda təxribatlar, itkilər olacaq. Azərbaycan tərəfi də öz növbəsində bunların qarşısını almaq üçün tədbirlər görür, anti-terror əməliyyatları həyata keçirir. Və bundan sonra da belə tədbirlər olacaq.

Sülhməramlıların komandanlığının Azərbaycanın cinayətkar elan etdiyi və barəsində cinayət işi qaldırdığı Araik Arutunyanla, Vitali Balasanyanla və digərlərilə, həmçinin Qarabağa gələn Ermənistanın yeni təyin olunan müdafiə nazirilə görüşdüyü məlumdur. Bu hallar şübhələr yaradır. Mən hesab edirəm ki, Hadrutda baş verən hadisədən öncə sülhməramlılara Azərbaycan tərəfindən məlumat verilmiş, bildirilmişdi ki, ərazidə belə silahlı qruplaşmalar, terrorçular var və onların təmizlənməsi üçün tədbir görmək lazımdır. Bəs nədən vaxtında tədbir görülmədi? Bu ərazilərdə olan həm Ermənistan silahlı birləşmələri, həm də qonadrma cinayətkar rejimə məxsus tör-töküntülər təmizlənməlidir. Yəni sülhməramlılar hərəkətə keçməli, mandatlarından istifadə etməlidirlər. Təəssüflər olsun ki, biz hələlik bunu görmürük. Gördüyümüz odur ki, rus sülhməramlılar noyabrın 10-dan sonra ərazidə yerləşib və iş-gücləri erməniləri İrəvandan Xankəndiyə daşımaqdan, “hamınız qayıdıb gəlin, biz sizi qoruyacağıq” təbliğatı aparmaqdan ibarətdir. Rusiyadan mal, material, humanitar yardım qalmadı, hamısını daşıyıb Xankəndinə tökürlər. Bunlar hamısı ermənilər üçün edilir. Yaxşı, bəs ermənilərin 30 il viran qoyduğu ərazilərə niyə humanitar yardım gətirmirsiniz? Düzgün sülhməramlısansa ermənilərin dağıtdığı Gəncə, Tərtər, Bərdə, Ağdam və Goranboydakı insanlara da yardım göstər də. Bəlkə ermənilər “qırmızı kitab”a düşüblər, göydən eniblər? Cinayətkar, quldur, işğalçı olublar, sonra da qaçıblar. İndi də bu quldurları qaytarıb yığırsınız ora, Araik Arutunyan, Vitali Balasanyan kimi quldurbaşılarla bir masa arxasında oturursunuz. Mən bu halları pisləyirəm. Və hesab edirəm ki, biz Azərbaycan tərəfi olaraq ehtiyatımızı əldən verməməli, erməniyə inanmamalıyıq. Mən hər zaman demişəm ki, erməni silahlı və ya silahsız, qoca və ya cavan, qadın və ya kişi olmasından asılı olmayaraq ona etibar etmək olmaz, çünki öz məkrini, pisliyini fürsət düşən kimi edəcək. Bunların qarşısını almaq, gələcəkdə böyük itkilərə yol verməmək üçün hesab edirəm ki, sülhməramlıların fəaliyyəti məsələsinə və Türkiyə ordusunun gəlməli olduğu halda niyə gecikməsi məsələsinə ciddi yanaşmalıyıq.

- Siz hesab edirsiniz ki, rus sülhməramlılarının missiyalarından kənara çıxması hallarını Türkiyə sülhməramlıları hesabına neytrallaşdıra bilərik?

- Təbii. Mən SSRİ Silahlı Qüvvələrinin komendaturalarının, komendantlarının nəzarəti altında Dağlıq Qarabağda 4 il yaşamışam - 1988-ci ildən 1992-ci ilə qədər. Onların nə dərəcədə ədalətli, tərəfsiz, sülhməramlı olduğunu “yaxşı” bilirəm. Yəni görmüşəm və bu həyatı yaşamışam. Ona görə də Türkiyənin gəlməsi və bu məsələlərə nəzarət etməsi çox vacibdir.

- Sizcə, biz nə etməliyik? Artıq sülhməramlılar erməni təxribatının baş verdiyi Çaylaqqala və Köhnə Tağlar kəndlərini özünün fəaliyyət zonasına daxil edib, hətta qanunsuz olaraq bununla bağlı yeni xəritə yayıblar...(qeyd edək ki, müsahibə götürülən vaxt hələ sülhməramlılar həmin kəndləri tərk etməmişdi-red.)

- Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidi 1991-ci ilin noyabrın 26-dan etibarən yoxdur. Azərbaycan dövləti tərkibində, konstitusiyasında belə bir ərazi yoxdur, ləğv edilib. Dağlıq Qarabağ bölgə kimi var, məsələn cənub bölgəmiz, şimal bölgəmiz və ya Şirvan bölgəsi kimi. Amma mən gedişatdan belə görürəm ki, Ermənistan, həmsədr dövlətlər və sülhməramlılar bu inzibati bölgü ilə bağlı köhnə xəritəyə uyğun hərəkət edirlər. Və öz mandatlarına aid olmayan işlərə qarışırlar. Bu ərazilər Azərbaycan dövlətinin ərazisidir. Azərbaycanın da kifayət qədər gücü var ki, həmin ərazidə əmin-amanlıq yaratsın, asayişi bərpa etsin, bu əraziləri quldurlardan təmizləsin. Necə ki, qalan bütün əraziləri təmizləmişik. Ortada kiçik ərazi qalıb.

Cənab prezident hərbi parad zamanı nitqində, elə dəvət olunmayan qonaqlar kimi suyu süzülə-süzülə gələn həmsədrlərlə görüşü zamanı da dedi ki, erməni faşizmi bir də baş qaldırsa başını dəmir yumruqla əzəcəyik. Biz bunu etməliyik, başqa yol yoxdur. Yəni ərazilərimizdə hərəkət, fəaliyyət, kim varsa və nə işlə məşğuldursa, bunun hamısına Azərbaycan özü nəzarət etməlidir və edəcək də. Azərbaycanın bunun üçün kifayət qədər kəskin iradəsi, gücü və hüququ var. Biz heç kimə də arxayın olmamalıyıq ki, bunu sülhməramlı edəcək, o edəcək, bu edəcək. Xeyr. Mənim qanunumu pozacaqsansa, cibində Ermənistanın və ya qondarma qurumun sənədi varsa, ərazimdə yaşaya bilməzsən.

- Siz SSRİ dövründə Qarabağda yaradılan Xüsusi İdarəetmə Komitəsinin nəzarəti altında yaşadığınızı qeyd etdiniz. Arkadi Volskinin komitəsini nəzərdə tutursunuz?

- Mən Volski dövründə, elə Polyaniçko dövründə də orada yaşamışam. O zaman Dağlıq Qarabağ ərazisində daimi komendaturalar, sovet əsgərləri və onların özbaşınalığı olub. Biz də hər zaman onların özbaşınalığı ilə üzləşmişik. Onlar erməniləri müdafiə ediblər.

- Sizcə, bu hal təkrar oluna bilərmi?

- İndi bu hal təkrar oluna bilməz və olunmayacaq. Çünki o dövrdə, 1991-ci ilin payızına qədər Azərbaycan Moskvaya rəsmən tabe idi, SSRİ dağılmamışdı. Ondan sonrakı qısa dövrdə Azərbaycan müstəqillik qazansa da, gücü yox idi, dövətçilik zəif idi. Amma bu gün Azərbaycan suveren, müstəqil dövlətdir, kifayət qədər gücə və nüfuza malikdir. Üstəlik, ədalət və hüquq Azərbaycanın tərəfindədir. Buna görə də o hal bir daha təkrar oluna bilməz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bunu bəyan edib ki, ermənilərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Ancaq istəyimiz odur ki, sülhməramlılar BMT sülhməramlıları kimi mandatdan düzgün istifadə etsin, ədalətli olsun, səlahiyyətlərini aşmasın və vəzifələrini vicdanla yerinə yetirsinlər.

- Siz Xocalının icra başçısı kimi münaqişə ərazisini yaxşı tanıyırsınız, yeni təmas xəttini real şəkildə təsəvvür edə bilirsiniz. Sizin şəxsi fikrinizə görə, Türkiyədən gələcək sülhməramlılar hansı bölgədə olmalıdırlar?

- Noyabrın 10-da imzalanan bəyanatdan sonrakı müzakirələr nəticəsində məlum olub ki, Monitorinq Mərkəzi Azərbaycan, Türkiyə və Rusiya arasında razılaşdırılıb. Yəni sülhməramlıların Monitorinq Mərkəzi yaradılmalıdır. İndi razılıq belədir ki, mərkəz Ağdamda yerləşsin. Yəqin ki, belə məsləhət bilinib. Əvvəl deyilirdi ki, Dağlıq Qarabağda yerləşəcək. Ola bilsin ki, mərkəzin Dağlıq Qarabağda yerləşməsinə maneələr olub. Amma Ağdam da Qarabağdır və Dağlıq Qarabağ deyilən əraziyə yaxındır. Əgər şəxsən mənim bir vətəndaş, Xocalı sakini kimi mövqeyimi bilmək istəyirsinizsə, deyərdim ki, Moniorinq Mərkəzi birbaşa Xankəndidə yerləşsin. Üstəlik rus sülhməramlıları ilə eyni səviyyədə və səlahiyyətdə hər şeyə nəzarət etsin. Özü də Laçın dəhlizi daxil olmaqla. Mən belə istərdim. Ancaq hər şey mənim və ya mənim kimi insanların fikri ilə olmur.

Burada təbii ki, dövlətlərarası razılaşmalar, münasibətlər, müzakirələr, beynəlxalq əlaqələr var. Yəqin ki, dövlətimizi idarə edənlər, bu məsələ ilə məşğul olanlar məsələni bizdən daha dərin bilirlər. İndi məsləhət belə olub ki, mərkəz Ağdamda yerləşsin. Lap yaxşı, gəlib yerləşsinlər və işə başlasınlar.

- Bu həftə biz eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakı və İrəvana səfərini də müşahidə etdik. Bu qrup və onun gələcəyi haqda siz nə düşünürsünüz?

- Mənim 20 il əvvəl, bu gün də və sabah üçün də fikrim dəyişməyib. Mən hər zaman deyirdim ki, bu danışıqlarda tərəflər arasında qüvvələr nisbəti dördün birədir. Bir tərəf Azərbaycandır, digər tərəf üç həmsədr və işğalçı Ermənistandır. Onlar sona qədər bu mövqedə oldular. Mən həmsədrlərlə bir neçə dəfə görüşmüşəm. Onların gözünün içinə demişəm ki, siz problemin həll edilməsinə imkan vermirsiniz. Azərbaycan torpaqlarının işğal altında qalmasının birinci günahkarı Ermənistandırsa, ikincisi də bu qurumdur. Onlar daim bəyanatlarında elan edirdilər ki, problemin hərbi yolla həlli yolu yoxdur, ancaq danışıqlar vasitəsilə həll olunmalıdır. Mən onlara açıq demişəm ki, problem güc və hərbi yolla həll olunacaq, amma biz danışıqlardan da imtina etmirik. Həmişə demişdim ki, bunları qovmaq, onlardan imtina etmək lazımdır. Çünki onlar tarixən ermənipərəst mövqelərilə seçilən dövlətlər olublar. Mən onların bu gün də Bakıya gəlməsinin əleyhinəyəm. Cənab prezident onların gözlərinin içinə dedi ki, sizi Bakıya mən dəvət etməmişəm. Açıq dedi ki, sizin fəaliyyətiniz dövründə problemin həlli üçün heç nə edilməyib. Minsk Qrupunun üzərinə düşən işləri Azərbaycan dövləti və ordusu 44 gün ərzində özü görüb. Bu gün onların regiona səfəri və danışıqlar aparmaq istəyi bu problemin həllinə əngəl yaradacaq. Odur ki, Minsk Qrupuna meydan vermək lazım deyil, onlardan imtina etmək lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru