Rəsul Quliyevin Azərbaycana yolu açıla bilər - TƏFƏRRÜAT
Tarix: 17-12-2020, 09:15 | Çap et
Azərbaycanda Ədliyyə Nazirliyində siyasi partiyaların dövlət qeydiyyatına alınması prosesi davam edir. Son olaraq, Amerikada siyasi mühacir həyatı yaşayan, sabiq spiker Rəsul Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyası (GAP) qeydə alınıb. 6 ildir fəaliyyət göstərən bu partiyaya gənc siyasətçi Ağasif Şakiroğlu rəhbərlik edir və uzun illər idi ki, o, partiya sədrliyi ilə yanaşı həm də R.Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərirdi.
Məhz bu səbəbdən GAP bəzi hallarda sabiq spikerin partiyası kimi də qəbul olunurdu. Ona görə də R.Quliyevin partiyasının qeydiyyatdan keçdiyi yönündə təqdimatlara da ara-sıra rast gəlinir. Bu addım 24 ildir ölkədən kənarda siyasi mühacir ömrü sürən Milli Məclisin keçmiş rəhbərinin ölkəyə qayıdacağı ilə bağlı məsələni bir daha aktuallaşdırıb. R.Quliyevin Azərbaycana yolunun açıldığını düşünənlərin sayı getdikcə çoxalmaqdadır.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə son iki il ərzində Azərbaycanın siyasi mühitində ciddi dəyişikliklərin olduğundan söz açdı: “Dəfələrlə dediyimiz kimi, bir daha xatırlatmaq istərdim ki, 2018-ci ilin prezident seçkilərindən sonra dövlət başçısı seçilən cənab İlham Əliyev həm inauqurasiya mərasimində, həm də digər çıxışlarında Azərbaycanda yeni şəraitin, mühitin yaradılmasının vacibliyini önə çəkdi. Bununla bağlı ciddi və konkret addımların atılacağını da söylədi. Doğrudan da, andiçmə mərasimindən dərhal sonra ölkə Prezidenti həqiqətən Azərbaycanı yeni inkişaf səviyyəsinə çıxaran, cəmiyyətimizin, dövlətimizin bütün tərəflərini özündə ehtiva edən geniş xarakterli islahatlara start verdi. Onların içərisində siyasi partiyaların siyasi mühitimizdə, ölkənin ictimai-siyasi həyatında rolunu artırmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirilməyə başlandı. İlk növbədə, Prezident Administrasiyasında aparılan islahatlarda xüsusi bir şöbə- Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu şöbədə rəhbərliyə cəmiyyətimizdə müsbət imici olan və yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Ədalət Vəliyev gətirildi. Həqiqətən onun gəlişi ilə ölkə Prezidentinin bu baxımdan qarşısına qoyduğu vəzifələr uğurlu yerinə yetirilməyə başladı. Siyasi partiyaların yeni konfuqrasiyasının formalaşması artıq gündəliyə gəldi.
Bununla bağlı konkret işlər görüldü. Milli Məclisin idarəçiliyində orada təmsil olunan siyasi partiyaların qanunverici orqanın rəhbərliyində yer alması yönündə addımlar atıldı, eyni zamanda xeyli müddətdir ki, siyasi partiya kimi özünü ifadə edən, lakin hələ də qeydiyyata alınmayan partiyaların bir neçəsi qeydiyyata alındı. İndi növbəti dəfə siz dediyiniz partiya qeydiyyatdan keçdi. Bu çox müsbət haldır və bunu alqışlayıram. Məsələ ondadır ki, istənilən vətəndaşımızın siyasi partiya, ictimai birlik yaratmaq hüququ konstitusiyada təsbit olunub. Buna artıq geniş imkanlar yaradılır. İndi bu məsələnin başqa tərəfidir ki, o ictimai-siyasi mühitə qədəm qoyduqdan sonra özünü doğruldacaqmı, ictimai-siyasi proseslərdə fəal iştirak edib, ictimai-siyasi rəyin formalaşmasında rol oynayacaqmı, yaxud qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində nə dərəcədə bunların öhdəsindən gələcək, artıq bu həmin partiyanın rəhbərlərinin ixtiyarına buraxılır və təbii ki, bir də Azərbaycan xalqının rəyinə. Bu baxımdan düşünürəm ki, hər hansı bir problem yoxdur. Artıq bu yaxınlarda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin birbaşa yardımı, fəal köməyi ilə bir sıra partiyalar ofislə təmin olunublar. Onların fəaliyyəti üçün normal şərait yaradılıb. Eyni zamanda vaxtaşırı Ədalət Vəliyevin birbaşa iştirakı ilə siyasi partiyalarla bu və ya digər sahələr ətrafında video konfranslar keçirilir, fikir mübadiləsi aparılır. Düşünürəm ki, burada da iqtidar-müxalifət münasibətlərinin daha yüksək səviyyədə həyata keçirilməsinə doğru əhəmiyyətli töhfələr verilir”.
Deputat R.Quliyev ətrafında yaranan söz-söhbətlərə də aydınlıq gətirdi: “Həmin partiyanın Rəsul Quliyevə nə qədər aidiyyətinın olub-olmadığı barədə məndə dəqiq informasiya yoxdur. Amma həqiqətəndə də Rəsul Quliyev ölkəmizə qayıdarsa və konstruktiv mövqedə durub müxalifət olaraq Azərbaycan dövlətçiliyinə, milli maraqlarına müxalifət qütbündə durub fəaliyyət qurarsa, nədən onun gəlməsinə imkan verilməsin? Mənə elə gəlir ki, bunun üçün Azərbaycanda heç bir problem yoxdur. Təki ölkəyə gələn Azərbaycan Konstitusiyası çərçivəsində müxalifətdə olmasından asılı olmayaraq dövlətçiliyimizə və milli maraqlara xidmət etsin. Amma siyasi partiyadan istifadə edib şəxsi ambisiyalarını önə çəkmək, qərəzli mövqe nümayiş etdirmək, milli maraqlarıma ziyan gətirən addımlar atarsa, təbii ki, bu qəbuledilən deyil. Bu baxımdan əgər Rəsul Quliyev Azərbaycana gəlmək niyyətində olsa, hamımız üçün dediyimiz dövlətçilik, milli maraqlarımızla bağlı şərtlərə əməl etsə, mənə elə gəlir ki, o ölkəmizə gələ bilər. Siyasi fəaliyyətini istəsə ölkəmizdə davam etdirə yaxud adi vətəndaş kimi öz həyatını qura, yaşaya bilər”.
A.Şakiroğlu isə partiyasının qeydə alınmasına və R.Quliyevlə bağlı deyilənlərə bu cür şərh verdi: “Ölkədə ötən ilin əvvəlindən başlamış və bu günə qədər davam edən böyük bir siyasi reformalar iradəsi açıq görünür. 2019-cu ilin əvvəllərindən başlayaraq bu günədək davam edən reformaların nəticəsində çoxsaylı ”kök salmış" iri-iri mənfi imicli məmurların tarixin arxivinə göndərildiyinin şahidi olduq. Eyni zamanda bu reformaların davamı kimi korrupsiyaya qarşı sərt mübarizə aparıldı və hazırda da aparılır. Onlarla korrupsioner icra başçılarını buna misal göstərmək olar. Bütün bunlara paralel olaraq isə ölkədə yeni siyasi münasibətlər dövrü başladı. İqtidar-müxalifət münasibətlərinin dialoq müstəvisinə keçməsi ölkədə sivil siyasi münasibətlərin təməlini qoydu. Əlbəttə ki, bütün bu atılmış addımlar ölkə rəhbərliyinin tapşırıqları və siyasi iradəsi hesabına baş verib. Biz partiya olaraq dövlətimizin, dövlətçiliyimizin və Silahlı Qüvvələrin Ali Baş Komandanının atdığı qətiyyətli addımları dəstəkləməli idik. Bu vətənimizə, dövlətimizə və xalqımıza düşmən qarşısında sədaqət məsələsi idi. Ümumilikdə eks-spiker Rəsul Quliyev hər zaman dövlət və dövlətçilik məsələsi müzakirə mövzusu olanda dövlət və dövlətçiliyin yanında dayanmış şəxsdir. 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd zamanı, həmçinin 1995-ci ilin mart qiyamı zamanı ortaya qoyduğu sağlam mövqeyi buna misal göstərmək olar. Çox təəssüflər ki, hakimiyyət daxilində zamanla mövcud olmuş “Beşinci kolon”un maraqlarına xidmət edən şəxslər Rəsul Quliyevdən “xoxan” obrazı yaradıblar. Bu da zamanla dövlət daxili “Beşinci kolon”un nümayəndələrinin şəxsi qrup və mafiya maraqlarına xidmət edib.
Hazırda isə məsələlər çox şükürlər ki, çox fərqlidir. Ümumilikdə, Rəsul Quliyev kimi dövlət və dövlətçilik anlayışı olan, eyni zamanda dövlətçilikdən xəbərdar olan insanlar öz vətənlərində dövlətlərinə və xalqlarına töhfə verə, Rəsul Quliyevin dövlətçilik təcrübəsindən faydalana bilər. Düşünürəm ki, yaranmış yeni siyasi konfiqurasiya Azərbaycanda yeni model, sağlam iqtidar-müxalifət münasibətlərini formalaşdırmaqdadır. Belə demək mümkünsə, ölkəmizdə Türkiyə modeli iqtidar-müxalifət münasibətləri formalaşır. Bütün bunlar isə olduqca sevindiricidir. Rəhbəri olduğum partiyanın dövlət qeydiyyatına alınması da bu münasibətlərin açıq göstəricisidir. Ölkədə yaradılmış bu mühitə görə isə ölkə başçısına və hörmətli birinci vitse-prezidentə xüsusi təşəkkür düşür. Sağlam münasibətlər, sağlam rəqabət sağlam inkişaf deməkdir». “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
|