"İstər müxalifət, istərsə də iqtidar partiyalarını kənarda saxlamaq olmaz" - Partiya sədri
Tarix: 18-12-2020, 08:13 | Çap et
Regionun ictimai-siyası, geopolitik mənzərəsi yeni mərhələdə özünəməxsus zidiyyətləri meydana çıxarıb. Bölgənin geosiyasi durumunu kökündən dəyişən 44 günlük Vətən Müharibəsindən sonra üçtərəfli sazişə əsasən cərəyan edən proseslərə adekvat addımların atılması zərurəti ortadadır. Bizim 44 günlük qələbəmizin tam zəfərlə bitməsi üçün qarşıda dayanan perspektivlər ictimai-siyasi elitanın öhdəliyinə təxirəsalınmaz tələblər irəli sürüb.
Bu və ya digər məsələlərlə bağlı “Həftə içi” nə müsahibə verən “Olaylar” qəzetinin baş redaktoru, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz maraqlı nüanslara diqət çəkib.
- Yunus bəy, bildiyimiz kimi, ictimai-siyasi müstəvidə yeni bir mərhələyə adlamışıq. Belə bir ərəfədə siyasi partiyalar üçün də müəyyən imkanlar açılıb. Partiya sədri olaraq necə hesab edirsiz, siyasi təşkilatların ciddi fəaliyyəti üçün hansı zəruri addımlar atılmalıdır?
- Əvvəlcə onu qeyd edim ki, Milli Vəhdət Partiyası 2002-ci ildə yaranıb, yəni o qədər də gənc deyil. 2003-cü il seçkilərində siyasi büronun qərarı ilə partiyamız öz namizədliyini indiki Prezident İlham Əliyevin xeyrinə geri götürdü. Buna səbəb əslində seçkilərə proporsional sistemin ləğv olunaraq yalnız mojaritar qaydada gedilməsi oldu. Bununla da partiya maraqları itdi. Yəni mojaritar sistemdə fərdlər istəsəydi, birbaşa öz namizədliyini verə bilərdi. Bu da həm partiyadaxili, həm partiyaxarici rəqabəti aradan qaldırdı. Partiyalar üçün lazımi şərait yaradılmadığı üçün bu, son nəticədə partiyaların zəifləməyinə və faktiki olaraq üzvlərinin müstəqil şəkildə fəaliyyət göstərməsinə rəvac verdi.
Lakin ötən ilin noyabr ayında cənab Prezidentin sərəncamı ilə Siyasi Partiyalar və Qanunvericilik şöbəsinin yaradılması partiyaların perspektivi üçün yeni imkan, şanslar yaratdı. Düşünürəm ki, bundan sonra da sıx əməkdaşlıq çərçivəsində partiyanın dövlət quruculuğunda iştirakı, ictimai-siyasi məsələlərə münasibəti, ölkənin apardığı 44 günlük müharibəyə münasibəti və milli birliyin olmasında partiyaların rolu məhz müharibə vaxtı əvəzolunmaz imkanlarını göstərdi. O cümlədən, düşünürəm ki, partiyaların gələcəkdə də milli birliyin yaranmasında, dövlət quruculuğunda iştirakı daha zəruri olacaq. Bu sahədə də adını çəkdiyim Prezident yanında Siyasi Partiyalar və Qanunvericilik Şöbəsinin xüsusu rolu var.
- Qeyd etdiyiniz kimi, partiyanız 2002-də yaransa da, fəaliyyətiniz o dərəcədə görünməmişdi. Səbəb nə idi?
- Partiyanın ayrı-ayrı fərdləri seçkilərdə iştirak edib, özünün namizədliyini verirdi. Amma bayaq qeyd etdiyim səbəblərə görə görünür proporsional seçki sisteminə qayıtmaq lazımdır ki, partiyadaxili və partiyaxarici rəqabət güclənsin. Yəni nə vaxt seçkidə namizədliyimi verəcəmsə, mütləq partiya üzvü kimi deyil, ayrıca fərd kimi də verə bilərəm. Çünki namizədlər hamısı fərd olaraq qeydə alınır, amma partiyalılığını göstərir. Bu rəqabət olmadığı üçün düşünürəm ki, partiyalar getdikcə zəifləməyə başladı. Təbii ki, burda digər başqa səbəblər də var. Son nəticədə təkcə bizim partiya yox, əksər partiyalarda bu tendensiya müşahidə olundu və son nəticədə demək olar ki, partiyalar fərd olaraq mübarizəyə qoşulurdular və çox vaxt da partiya adından hər hansı bəyanatla deyil, fərd olaraq Yunus Oğuz kimi fikrimi bildirib, partiyanın adından çıxış etmirdim. Söhbət bundan gedir ki, o şərait yox idi. İndən sonra o şərait yaranacaqsa və daha da güclənəcəksə, təbii ki, partiyaların fəaliyyəti də görünəcək.
- Siz də qeyd etdiyiniz kimi, bu yeni mərhələdə siyasi partiyaların fəaliyyəti, güclənməsi üçün imkanlar yaradılır. Siyasi partiyalar olaraq milli dövlətçiliyin, milli vəhdətin yaradılması prosesində qarşınızda dayanan hansı perspektivləri görürsüz?
- Bu, bizim fəaliyyətimizdən, dövlətin bizə münasibətindən asılı olacaq. Təbii ki, müharibə vaxtı insanların hamısı eyni fikirdə idi - torpaqlar azad edilməlidir. Amma siyasi məsələlərdə, məsələn, “partiyanın rolu, partiyalar hansı mövqedə olacaq, bələdiyyə, parlament, prezident seçkilərində partiya kimi iştirak edəcəkmi”-sualı açıq qalır. Bu suallar da həll olunmalıdır. Yenə deyirəm, proporsional seçki sistemi bərpa olunmalı, partiyadaxili, partiyaxarici rəqabət olmalıdır.
- Yunus bəy, istərdim bu gün iqtidar-müxalifət məsələlərində irəliləyən münasibətlərə fikrinizi bildirəsiz. Siyasi tərəflər arasında hansı anlaşmalar olmalıdır, nə baş verir?
- İstər müxalifət, istərsə də iqtidar partiyaları olsun, onları kənarda saxlamaq olmaz. Bunlar da Azərbaycan vətəndaşlarıdırlar və dövlət quruculuğunda – iqtisadi, siyasi, sosial və sair sahələrin inkişafında öz töhvələrini verməlidir. Düşünürəm ki, dövlət quruculuğunda birgə iştirak çox gözəl effekt verər. Hamımızın bir dövləti var, onun inkişafını hamımız istəyirik. Amma təbii ki, fərqli yanaşmalar var və bu, ayrı-ayrılıqda hər bir partiyanın özünün hazırladığı layihələrdə əks olunur. Artıq bizdə bununla bağlı müəyyən tezislər hazırdır. Biz o layihəni gələcəkdə çox güman ki, mətbuatda dərc edəcəyik.
- İqditar-müxalifət dialoqu nəhayət yarandımı?
- Hələ ki, proseslər gedir və çox da müsbət nəticələr alınır. Dövlətin bütövlüyü bizi birləşdirə bildi. Dövlətin bütövlüyü də birinci növbədə onun torpaq ərazisi ilə ölçülür. Təbii ki, milli birlik müharibə başlayanda yarandı.
- İstərdim bizim 44 günlük müharibə, üçtərəfli sazişlə başlayan ikinci mərhələdə torpaqların azad olunması, sülhməramlıların Azərbaycanda - Qarabağda yerləşməsi və bu gün o sülhməramlıların davranışları kontekstində mövcud vəziyyəti təhlil edəsiz.
- Mən sülhməramlıların Azərbaycanın daxili işlərinə bu qədər qarışmasına təəssüflənirəm. Əslində bunlar öz funksiyalarını doğru-düzgün yerinə yetirmirlər. Onlar missiyalarına aid olmayan işlərlə məşğul olurlar. Məsələn, ev tikirlər, humanitar yardım edirlər və sair. Bunlar hamısı BMT-nin nümayəndə komissiyasının əsasında olmalıdır. Ancaq biz onu görmürük. Görünür burda bir məqsəd var - sönən ocağın közünü saxlamaq və gələcəkdə Azərbaycana təsir etmək üçün bu problemdən istifadə etməkdir. Bu sülhməramlıların fəaliyyəti bəlli deyil. Bilinmir ki, silahlı erməniləri, qaçqın erməniləri bölgəyə necə gətirirlər. Azərbaycan bunların hamısına nəzarət etməlidir. Əslində o qaçqınların hamısı yoxlanılmalıdır. Ona görə də sülhməramlıların belə missiyasını, birtərəfli fəaliyyətini, deyək ki, cinayətkar Arutunyanla görüşməsini, onun mətbuata ötürülməsini pisləyirəm. Çünki Azərbaycanın Baş Prokurorluğu Araik Arutunyanın barəsində cinayət işi açıb və o cinayətin maddələri də məlumdur. Odur ki, biz tamamilə qəti mövqe qoymalıyıq. Və istər erməni, istər kim olur olsun, Azərbaycan vətəndaşı olacaqsa, burda yaşaya biləcək. Azərbaycan vətəndaşlığını qəbul etməyəcəksə, onlara qarşı qəti mövqe bildirilməlidir. Gah rus pasportu, gah erməni pasportu daşıyacaqlarını deyənlərə hədləri bildirilməlidir. Azərbaycanda ikili vətəndaşlıq yoxdur və Azərbaycan vətəndaşı olanlar bizim ərazimizdə yaşaya bilər. Bununla bağlı hökumət səviyəsində Rusiyaya da etiraz etmək lazımdır. Məsələ BMT, Avropa Şurasına və digər beynəlxalq təşkilatlarda da qaldırılmalıdır. Bildirilməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Azərbaycanın hər bir qarışında onun qanunları işləməlidir. Yoxsa sülhməramlılar özü üçün gah fövqəladə halların nümayəndələrini, gah hansısa humanitar yardım göndərir. Təəssüflər olsun ki, hələ də cinayətkar Araik Arutunyanın rəhbərliyi altında olan silahlı qüvvələr var və bunu sühməramlılar da bilirlər, amma onları tərksilah etmək fikirləri yoxdur. Odur ki, Azərbaycan buna ciddi reaksiya verməlidir. Sülhməramlılar hansı əsasla gəlib burda xəritə çəkə bilər. Status yoxdur, Dağlıq Qarabağ Vilayəti də yoxdur. Azərbaycan Milli Məclisi tərəfindən 1991-ci ildə ləğv olunub, əvəzində 5 inzibati rayon yaradılıb. Sülhməramlıların işi qaçqınları yerində yerləşdirmək və azərbaycanlılarla dinc ermənilər arasında baş verə biləcək konfliktin qarşısını almaqdır.
- Göründüyü kimi, sülhməramlılar öz missiyasını doğru-düzgün yerinə yetirmir. Ona görə də Azərbaycan ictimaiyyəti onları Qarabağda istəmir. Bu hansı halda reallaşa bilər?
- Hökumət gec-tez buna ciddi reaksiya verəcək. Cəmiyyət özünün etirazlarını bildirəcək, artıq petisiyalar başlayıb. Sülhməramlıların fəaliyyəti erməniyə “qardaş” deyib azərbaycanlıları, qalib ölkəni qıcıqlandıracaqsa, təbii ki, Azərbaycan o sülhməramlıları istəməyəcək və son sözünü deyəcəkdir. Azərbaycanın kifayət qədər güclü ordusu var və onu dünyada dəstəkləyən dövlətlər var. Odur ki, Azərbaycanın çəkinəcəyi bir şey yoxdur. Azərbaycanın hər qarış torpağında qanunlarımız işləməlidir və ermənilər də Azərbaycan qanunları ilə yaşamalıdırlar. Yaşamaq istəmirlərsə, çıxsıb getsinlər.
- Bir çox ekspertlər Rusiyanın “pomidor” siyasətini, yeni xəritə təxribatlarını Azərbaycana qarşı növbəti təzyiqin nümayişi kimi qeyd edirlər.
- Təbii ki, cəmiyyətin, dövlətin təzyiqini görən kimi geriyə çəkilmələr oldu. Mən eşitmişəm ki, Zəngilanda böyük bir aeroport tikiblər, həmin aeroportun böyük bir hissəsi Azərbaycan ərazisindədir. Yəni SSRİ dağılandan sonra BMT-nin müəyən etdiyi sərhədlər daxilindədir və onlar ordan çıxmalıdırlar. Siz fikir verirsizsə, ermənilər kilsədə qaldılar, gedəndə kilsənin qiymətli əsərlərini söküb apardılar. Sülhməramlılar hara baxır?! Bu kilsə onlara aid deyil, bu, Alban kilsələridir. Azərbaycan buna göz yumsa, bu cür cinayətlərini daha da genişləndirəcəklər. Ona görə də Azərbaycan ictimaiyyəti, Azərbaycan siyasi partiyaları və hökumət bu təzyiqlərini daha da gücləndirməlidir.
- Bu fonda ölkə ictimaiyyəti, cəmiyyətimiz Türkiyə ordusunu özünün təhlükəsizliyinin zəmanətçisi hesab edir onların Azərbaycana gəlişi ilə Qarabağdakı vəziyyətin balanslaşacağını önə çəkirlər. Hətta Türkiyə-Azərbaycan Konfederativ Birliyinin yaranması tələbi də qoyulur. Belə bir ərəfədə nə dərəcədə bunu zəruri və real hesab edirsiz?
- Təəssüflər olsun ki, nə uzun müddət bir yerdə yaşadığımız müttəfiqimiz olan Rusiya bunu bacarmadı, nə də ATƏT-in Minsk Qrupunda olan digər həmsədr dövlətləri. Onlar Qarabağın hansısa bir statusla ermənilərə verilməsini razılaşdırmışdılar. Ona görə də hesab edirik ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qarantıdır. Türkiyə ilə Azərbaycan 2011-ci ildə strateji müttəfiqlik haqqında müqavilə imzalayıb. O müqaviləyə görə Azərbaycanla Türkiyə istənilən məqamda bir yerdə addım ata bilər və atırlar. Ərdoğan da demişdi ki, Qarabağda nə qədər rus sülhməramlısı varsa, o qədər də türk sülhməramlıları olacaq. O cümlədən dekabrın 10-dakı çıxışında da dedi ki, bizim 2783 əsgər şəhid olanların yerini dolduracaq. Türkiyə Azərbaycanı bu məsələdə tək qoymayacaq.
- Bu gün Azərbaycan öz Şəhidlərinin ruhunu anır, 44 günlük müharibəni böyük fəxarət hissi ilə qeyd edir. Eyni zamanda yeni mərhələnin perspektivlətini təhlil edir...
- Müharibə hələ bitməyib. Müharibənin fəsadları çoxdur. Xalqımız bütün fəsadları aradan qaldırmaq üçün əl-ələ verməlidir. Ölkənin sosial-iqtisadi, mədəni inkişafını təmin edib, Azərbaycanımızı ən güclü dövlətə çevirmək qarşımızda duran ən mühüm məsələdir. Qoy Şəhidlərimiz də yuxarıdan bizə baxıb, torpaq uğrunda canlarını verdiklərinə görə heyfsilənməsinlər. Düşünürəm ki, dövlətimiz gücləndikcə, bütün düyünləri asanlıqla aça biləcəyik. Millətimiz vahidləşdikcə, bu gün bizi narahat edən işğaldan azad olunan ərazilərlə bağlı məsələlər, hamısı öz həllini tapacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
|