"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                 

"Biz bunu tibbi bilgilərimiz əsasında da bilirdik" - deputat
Tarix: 21-12-2020, 09:04 | Çap et
"Biz bunu tibbi bilgilərimiz əsasında da bilirdik"
Tibb elmləri doktoru deyir ki, koronavirusa yoluxmanın ilk həftəsində qripin və virusun yaratdığı təlaş içərisində lazımsız sistemlər və dərmanların, habelə “Deksametazon”un, “Fraksiparin”in, “Prednizal”ın istifadəsi qəbuledilməzdir

Qlobal problemə çevrilmiş koronavirus gün ərzində dünya üzrə minlərlə insanın həyatına son qoyur. Təbii ki, yoluxmanın artamasında insanların virusla mübarizəyə laqeyd yanaşması da önəmli rol oynayır.

Milli Məclisin üzvü, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov Reyting.az-a müsahibəsində deyib ki, bu virusa qarşı mübarizədə doğru addımlar atdıqda, onu məğlub etmək asandır.

- Rəşad müəllim, çıxışlarınızda əhalini virusla fəal mübarizəyə, sosial izolyasiyaya, qoruyucu vasitələrdən və sosial məsafədən istifadəyə dəvət edən həkim kimi özünüz COVID-19-a yoluxduqda hansı hissləri keçirdiniz? Bu, sizin üçün nə dərəcədə təhlükəli idi və insanlara məsləhətiniz nədir?

- Ümumdünya Səhiyyə Təşkilatının dediyi kimi, bu xəstəlik vaxtında nəzarətə götürülmədikdə çox təhlükəli olur. Hətta insan həyatının itirilməsi ilə nəticələnir. Biz bunu tibbi bilgilərimiz əsasında da bilirdik.

Biz də bu xəstəliyə yoluxduq. Amma virusa qarşı mübarizədə dünyada istifadə edilən məntiqli və doğru addımlar atdıqda, hər kəs onu məğlub edə bilər.

Mən nəyi nəzərdə tuturam? Yoluxduğun ilk andan, diaqnoz bəlli olduqda və hətta şikayətlərin az olsa belə, lazımsız dərmanlardan uzaq duraraq antiviral müalicənin müzakirəsiz istifadəsi lazımdır. Eləcədə insanların koronavirus diaqnozundan dərhal sonra iki həftə ərzində yataq istirahətinə keçməsi və qripə uyğun həyat tərzi seçmələri vacibdir. Burada ev istirahəti ilə yataq istirahəti arasında fərq var.

Mənə görə, “Bu halda nə etməməliyik”, - sualına cavab vermək daha vacibdir.

İlk bir həftə ərzində qripin və virusun yaratdığı təlaş içərisində lazımsız sistemlər və dərmanların, habelə “Deksametazon”un, “Fraksiparin”in, “Prednizal”onun başlanması qəbuledilməzdir. Bu, hətta ölümlə də nəticələnə bilər. Xəstəxanalarda ağırlaşan xəstələrin yüz faizə yaxını ya zamanında lazımsız dediyimiz dərmanları ilk gündən istifadə ediblər, ya yoluxmanın ilk həftələrində virusa laqeyd yanaşıb “şikayətlərim azdır”,- deyərək soyuq havada gəzib-dolaşıblar, ya da zamanında antiviral müalicəni etməyiblər. Təəssüf ki, sonradan bir çox hallarda həmin xəstələrə səhiyyənin kömək etmək imkanı olmur. Bu, tək bizim ölkə üçün yox, bütün dünya üçün keçərlidir.

Bu xəstəliyə bəsit şəkildə yoluxma ehtimalının olduğunu qəbul etmək, buna baxmayaraq yoluxmanın qarşısını alan qızıl standartlara riayət etmək vacibdir. Eləcədə yoluxduğumuz zaman - yüksək hərarət, qoxu itkisi varsa və əlimiz analizə çatmırsa, habelə yüklənmə səbəbindən təcili tibbi tibbi yardım lazım olan zaman bizə çatmırsa, test aparılmasa belə, antiviral müalicələri zamanında qəbul etmək vacibdir. İnanın, bu halda xəstəxanalara müraciətlər 90 faiz azalar.

- Antiviral dedikdə konkret nələr nəzərdə tutulur?

- Əslində normalda bir həkimin dərman peraparatlarının adını kütləvi şəkildə çəkməsi doğru deyil. Amma bu gün pandemiya kimi bəlanın dünyada həkimləri və səhiyyələri çökdürdüyü zaman, bu bilgiləri vermək vətəndaş kimi uyğun addım sayıla bilər.

Onu deyə bilərəm ki, bu gün Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən xəstəxanalara göndərilən tövsiyələr içərisində Çində ilk dəfə istehsal edilən və Yaponiya tərəfindən tövsiyə olunan “Lavipiravil” dərmanını evdə müalicədə, hər bir insanın əli çatdığı dərəcədə istifadə etmək olar. Əlbəttə, bu dərmanla bağlı qıtlıq var və bu, dünyada müşahidə edilir. Hökumət və adiyyətli qurumlar bu qıtlığın aradan qaldırılması üçün son həftələr çox işlər görürlər. Mən əminliklə deyə bilərəm ki, bu gün dünyada aparılan bütün tədqiqatlarda çox erkən dövrdə istifadə olunan antiviral müalicədə “Lavipiravil”in 8+8 dozasının mütləq istifadəsi götərilir.

Eləcədə “Arbidol”, “Arbivir”, “Arpeflu” kimi tabletkalar ölkəmizdə var. Zamanla xəstə olan insanlara, əlimizdə varsa, qonşumuza dəstək verməliyik.

Bir daha qeyd edirəm ki, ilk addım antiviral müalicənin istifadəsidir. Bu, ən erkən fazada istifadə edilməlidir. Çünki gec fazada antiviral müalicələr effekt vermir. Ona görə də, ilk günlərdə bunu istifadə etdikdə hər bir insan evdə ağciyər yüklənməsi olmadan, saturasiyası normal şəkildə qripə uyğun ağrı və digər şikayətlərlə birlikdə xəstəliyi ata bilər. Beləcə, xəstəxanalara mənasız müraciətlərin və yatışların qarşısı alınar. Eyni zamanda xəstəxanalara düşdüyünüz zaman özünüz üçün təhlükə yaradan xəstəxanadaxili infeksiyalardan özümüzü qorumuş olarıq. Həmçinin ölkədə səhiyyə qurumunun çökməsinə və COVID-lə mübarizədə gücümüzün tükənməsinə səbəb olmarıq.

- Pandemiyanı keçirən şəxslərə xüsusi pasportların verilməsi və karantin qaydalarının bu xəstəliyi keçirən insanlara şamil edilməməsi kimi təkliflərə münasibətiniz necədir?

- Çox gözəl ideyadır. Əslində bu məsələni parlamentdə qaldırmağı düşünürdüm, sadəcə, ölkədəki vəziyyəti nəzərə alaraq bunu plenar iclasda dilə gətirmək imkanımız olmadı. Peyvənddən sonra hətta beynəlxalq əlaqələrdə bu pasportların çıxması gözləniləndir.

Qeyd edim ki, peyvənd olunanlarla virusa yoluxub xəstəliyi keçirənlər eyni statusdadır. Çünki biri təbii peyvəndlidir, digəri süni şəkildə peyvəndlənəcək. Bunları nəzərə alaraq artıq pasportlar gündəmdədir. Bu, həm insanların psixoloji olaraq rahatlanmasına kömək edir, həm də yoluxmuş insanların iqtisadi tənəzzülün artmaması üçün fəaliyyətinin bərpasına səbəb olur. Odur ki, mən bu fikri dəstəkləyirəm. Düşünürəm ki, Operativ Qərargah başda olmaqla hökumətimiz də bu ideya ilə maraqlanacaq.

Əlbəttə, burada sual oluna bilər ki, bəzən insan virusa təkrar yoluxur.

Aydındır ki, bu bilinən təcrübədir. Əvvəllər də bilirdik ki, bir şəxsin eyni ildə iki dəfə qripə yoluxma təcrübəsi var. Amma hamımız da bilirdik ki, bir dəfə qripə tutulan şəxsin ikinci dəfə tutulma ehtimalı çox aşağıdır. Yəni biz bilməliyik ki, koronavirusa yoluxan insanların 3-4 aydan sonra yenidən yoluxması mümkündür. Amma bu baş verdiyi zaman uyğun tədbirlərlə qarşısını almaq mümkündür.

- Belə iddialar var ki, hətta kütləvi peyvəndlənmə baş verdikdən sonra da normal həyata qayıtmaq mümkün olmayacaq. Başqa sözlə, peyvəndlənmədən sonra insanlar sosial məsafə və qoruyucu maskalardan istifadəyə davam etməlidirmi?

- İstər peyvəndlənmə, istərsə də təbii xəstələnmə ilə bizdə antikorlar əmələ gəlir və biz xəstələnməkdən özümüzü qoruyuruq. Amma hava-damçı yolu ilə keçən bu xəstəliyə yoluxa bilərik. Lakin yoluxmaqla xəstələnmək ikinci mərhələdə fərqli şeylərdir. Biz yoluxduğumuz zaman başqalarını da yoluxdura bilərik. Çünki bizdə antikorlar olduğu zaman özümüzü qoruyuruq, amma başqalarını yoluxdururuq. Bunları nəzərə alaraq aparıcı mütəxəssislər ÜST-ə və milli səhiyyələrə tövsiyə edirlər ki, pandemiya bitmədən qoruyucu mexanizmlərdən imtina etmək olmaz. Başqa sözlə, peyvəndlənmədən sonra da qoruyucu tədbirlər davam etdirilməlidir. Biz bu istiqamətdə münasibətlərimizi uzun müddət qorumalıyıq.

Lakin sözsüz ki, havalar isindikdə və peyvənd ortaya çıxdıqca yoluxma sayları aşağı düşəcək. Beləcə, yumşalmalarla paralel iqtisadi və sosial-mədəni həyatımız normaya düşəcək. Amma bunun üçün zamana ehtiyac var.

Ən böyük arzulardan biri də xəstəliyin bitməsi ilə yas və toyları ən azından minimallaşdırmaqla xüsusi tədbirlər çərçivəsində həyata keçirilməsidir. İndiki yaz-qız mövsümündə buna qətiyyən icazə vermək lazım deyil. Düşünürəm ki, yaz aylarına doğru havanın isinməsi ilə bizim daha rahat hərəkət etməyimiz üçün imkanlar yaranacaq.

- Hazırda ölkədə bu xəstəliklə bağlı ümumi vəziyyəti necə qiymətləndirmək olar?

- Azərbaycanda ümumi vəziyyət dünyadakı ümumi vəziyyətə ekvivalentdir. Ümumi immunitetləşmənin fomalaşması haqqında da nəsə demək doğru olmazdı. 10 milyonluq əhaliyə görə, yoluxma sayı əldə olan statistikadan maksimum 3-4 qat çox ola bilər. Çünki səhiyyə olaraq hər kəsi tuta bilmirik. Odur ki, geriyə baxdıqda 9 milyondan çox yoluxmamış insanımız var. Bu mənada ümumi və kütləvi yoluxmadan danışmaq çətindir.

Yay aylarında yoluxanların da bu gün yenidən yoluxma ehtimalı var. Çünki ÜST ekspertlərinin rəyinə əsasən, asimptomatik keçirən xəstələrin ikinci dəfə yoluxma ehtimalı mövcuddur. Bunu nəzərə alaraq hər kəs özünü qorumaq məcburiyyətindədir.

- Azərbaycanda pandemiyanın ikinci dalğasının kulminasiya nöqtəsində olduğunu demək mümkündürmü?

- Bunu heç kəs deyə bilməz. Bu rəqəm xəyal olunmayacaq qədər üst səviyyəyə də çıxa bilər. Son günlərdə insanların bu xəstəliyə qarşı təcrübəsinin artması, evdə lazım olan tədbirləri vaxtında görməsi, antiviral müalicələrin lazımsız dərmanlar yerinə vaxtında istifadəsi halları xəstəxanalara olan müraciətlərin sayını zamanla azaldacaq. Əlbəttə, bunu zaman göstərəcək. Sadəcə, mənim şəxsi təcrübəm və ətrafımda olanlardan çıxardığım nəticə bunu deməyimə əsas verir.

- Yaz-yay mövsümündə üçüncü dalğa ehtimalı haqda proqnozunuz necədir?

- Dalğanın hansının, neçənci olmasının heç bir əhəmiyyəti yoxdur. Sayları bir kənara qoyaq. Hər bir səhiyyə sisteminin çəkə biləcəyi yükün üzərinə çıxacaq yoluxmanın miqdarı dalğanın hündürlüyü ilə bərabər uzunluğundan doğa bilər. Bizə lazım olan həm də dalğanın uzunluğudur. Elə dalğalar var ki, üç gün çox hündür olar - hətta normadan beş qat artıq. Ona dözə bilərik. Amma elə dalğa olar ki, bir qat hündür olar və bir-iki ay davam etdiyi müddətdə səhiyyə sistemləri çökər. Burada dalğanın hündürlüyü ilə birlikdə müddəti problemlər yaradır. Hər bir ölkə üçün ən böyük dalğa onun səhiyyə resurslarının tükənməsinə səbəb ola bilən təhlükəli rəqəmlərdir. Bu gün belə rəqəmlər bizim ölkəmiz üçün var, bunu nəzərə alaraq hər bir insan addım atmalıdır.

Ən vacib məsələ odur ki, insanların çoxunun saturasiyası normal olduğu halda xəstəxanada yer tapa bildiyi və ya onun üçün əlçatan olduğu səbəbindən yatmaq istəyir. Bu onların həm özlərinə, həm cəmiyyətə, həm səhiyyə sisteminə, həm də həqiqətən saturasiyası aşağı olan və oksigen terapiyasına ehtiyacı olan insanlara qarşı ədalətsizlik və xəyanətdir. Əgər bunun içərisində həmin adamın özünə ziyan olmasaydı, deyərdim ki, can dünyasıdır, öz canını xilas etməyə çalışır. Amma əmin olun ki, lazımsız yerə xəstəxanalarda yatışların ən böyük təhlükəsini xəstəxanalar deyil, xəstələrin özləri çəkir.

- COVID-19-un müalicəsində istifadə edilən dərmanların apteklərdə tapılmaması, bir çox hallarda işbazlar tərəfindən baha qiymətə satılması indi ən narahatedici vəziyyətdir. Bunu necə qiymətləndirmək olar?

- Əfsuslar olsun ki, tələb-təklif pozulduğu zaman dünyanın hər yerində belə problemlər olur. Hansı ki, biz bunu pandemiyanın ilk aylarında ABŞ-da əlcək və maska nümunəsində gördük. ABŞ-da tibb bacıları ağlayırdılar ki, maska olmadan xəstə yanına girmək məcburiyyətindəyik.

Dediyim odur ki, iqtisadi baxımından dünyanın ən güclü ölkəsində belə hal varsa, deməli, dünyanın istənilən ölkəsində belə hallarla qarşılaşmaq ehtimalı ola bilər.

İkincisi, ölkəmizdə ilk dəfə karantin rejimi olan zaman çörək qıtlığı yarandı. Halbuki ölkə üzrə çörək qıtlığı yox idi, onu yaradan bizim psixoloji yanaşmamız idi.

Üçüncüsü, ölkəmizdə ilk dövrdə maska və əlcəklə bağlı yaranan problem indi heç kimin yadına düşmür.

Son 2-3 həftə ərzində antiviral müalicə dünyada aktivləşdiyi üçün belə dərmanlarla bağlı qıtlıq ola bilər. O cümlədən bizim ölkəmizdə. Amma əmin olun ki, bunu əvvəlcədən düşünərək dövlətin aidiyyəti qurumları maksimum şəkildə qıtlığın olmaması üçün əlindən gələni edir. Unutmayaq ki, insan övladı dünyanın hər yerində bu kimi qıtlıq olduğu zaman sui-istifadəyə çalışır. Əlbəttə, onları qanunlarımız və allahları qarşısında buraxırıq. Onlara bir söz deməyin yeri də yoxdur. Bu, can davasıdır, burada insan əzizi və yaxını üçün hər şeyini ortaya qoymağa çalışır.

Mən görürəm ki, apteklərdə dərmanlara əlçatanlıq getdikcə artır. Buna paralel olaraq xəstəlik də çoxalır. Deməli, zamanla bu problem həll ediləcək. Necə ki indi maska problemimiz yoxdur. Yəqin ki, qısa müddətdən sonra dərmanlarla bağlı da sıxıntımız olmayacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru