“İsraildə mütləq səfirlik açılmalıdır...” - deputat
Tarix: 25-12-2020, 09:10 | Çap et
Gələn il Əfqanıstanda Azərbaycanın səfirliyi açılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyevə istinadən Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin müşaviri Həmdulla Möhüb Bakı səfəri ilə bağlı öz twitter hesabında paylaşdığı statusda yazıb.
“Yeni Müsavat” xəbər verir ki, dekabrın 21-də baş tutan səfər zamanı Azərbaycan rəhbərliyi ilə iki ölkə arasında birgə müdafiə xarakterli məhsulların istehsalı və ortaq hərbi əməkdaşlıqla məsələləri müzakirə edilib. “Prezident Əliyev dedi ki, Azərbaycan 2021-ci ildə Əfqanıstanda səfirlik açacaq” - müşavir yazıb. Hər halda, buna iki ölkə tərəfindən zərurət yaranıb.
Əfqanıstan bizim Vətən savaşımızda İsrail, Pakistan kimi yanımızda olan və dəstək verən ölkələrdəndir. Qardaş Tükiyənin dəstəyi isə təbii ki, xüsusi statusdadır. İlham Əliyev də deyib ki, Azərbaycan II Qarabağ savaşında bizə dəstək olmuş ölkələri heç vaxt unutmayacaq, bu dəstəyi həmişə nəzərə alacaq. Səfirliyin açılması bu mənada Bakının Kabilə yaxşı bir jesti olacaq.
Ancaq bizim İsraildə də səfirliyimiz olmalıdır. 1992-ci ildən Bakıda İsrail səfirliyi olsa da, dost ölkədə indiyə qədər diplomatik nümayəndəliyimiz açılmayıb. Halbuki qələbəmizdə yəhudi dövləti ilə hərbi əməkdaşlığımız, özəlliklə İsrail PUA-ları çox mühüm rol oynadı, bunun nəticəsi kimi, canlı itkilərimiz minimuma endi.
İsrail hətta müharibə ərəfəsində Təl-Əvivdə səfirlik açmış Ermənistanın Azərbaycanı silahlandırmağı dayandırmaqla bağlı tələbini rədd elədi. Nəticədə İrəvan etiraz olaraq təzəcə göndərdiyi səfiri İsraildən geri çağırdı. Erməni səfir hələ də İsrailə qayıtmayıb.
Bu gəlişmələrdən, üstəgəl, Türkiyə-İsrail diplomatik əlaqələrinin də artıq düzəlməyə getmək üzrə olmasından çıxış edərək, belə bir ehtimal irəli sürmək olar ki, gələn il İsraildə də səfirliyimiz açılacaq.
Yoxsa İran amilini yenə nəzərə almalıyıq? Halbuki Tehranla münasibətləri heç də pis olmayan İrəvan bu faktoru nəzərə almadan İsraildə səfirlik açıb, biz nəyi gözləməliyik? Baxmayaraq ki, hansısa qüvvələr Azərbaycanda İsrail əleyhinə təxribatlarla məşğuldur. Məsələn, sosial şəbəkələrdə İsrail bayrağının Gəncə sakini tərəfindən yandırılması başlığı altında görüntülər paylaşılır. Sözügedən kadrda bir şəxsin qaranlıq küçədə dua oxuyaraq İsrail bayrağını yandırması əks olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə bildirib ki, Azərbaycanda belə bir fakt qeydə alınmayıb: “Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyəti yoxdur”.
E.Zahidov onu da qeyd edib ki, həmin videogörüntünü təxribat məqsədilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Göründüyü kimi, kimlərsə Tel-Əvivlə Bakı əlaqələrini korlamaq üçün uğursuz cəhdlər göstərir. Lakin unudurlar ki, artıq Türkiyə də İsraillə əlaqələrini yaxşılaşdırmağa çalışır, BƏƏ, Bəhreyn kimi ərəb ölkələri də yəhudi dövləti ilə barışıb, belə vaxtda Azərbaycanda hansısa antisemitizm meyllərinə qəti şəkildə yol verilə bilməz. Əksinə, Vətən müharibəsi getdiyi günlərdə tez-tez binaların balkonlarında, yollarda İsrail bayraqları görmək olardı, bu, vətəndaşların dost ölkənin dəstəyinə görə təşəkkür jesti idi. O baxımdan İsraildə səfirliyimizin açılması son dərəcə vacib və tezləşdirilməli olan məsələyə çevrilib.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə Azərbaycan Əfqanıstana hər zaman dəstək verib. Deputatın sözlərinə görə, burada söhbət humanitar, siyasi dəstəkdən gedir: “Eyni zamanda Azərbaycan Əfqanıstanda sülhməramlı kimi iştirak edir. Bilirsiniz ki, beynəlxalq koalisiyanın tərkibində Azərbaycan sülhməramlıları da fəaliyyət göstərir. Həmçinin Əfqanıstanın dövlət quruculuğuna dəstək veririk. Bir neçə sahələrdə, əsasən polis, hüquq-mühafizə orqanı nümayəndələrinin burada təlim-tədrisi keçirilir. Bundan əlavə, BMT-nin Əfqanıstandakı nümayəndələrindən biri Azərbaycan diplomatıdır. O baxımdan Kabulda səfirliyin açılması əməkdaşlığın güclənməsinə kömək edəcək”.
A.Mollazadə qeyd etdi ki, eyni səfirlik mütləq şəkildə İsraildə açılmalıdır: “Bu barədə parlamentdə də çıxış etmişəm. Hesab edirəm ki, səngərdə müharibə başa çatsa da, siyasi-diplomatik müstəvidə mübarizə davam edir. Belə olan halda isə Azərbaycan öz diplomatik sistemini gücləndirməlidir, o cümlədən İsraildə səfirlik açılmalıdır. Habelə Türkiyə icmaları ilə Azərbaycan icmalarının birgə fəaliyyətinin yaxşılaşdırılmasına ehtiyac var. Bu haqda parlamentdə çıxışımda bildirmişəm ki, büdcədə xüsusi istiqamətlər tapılması vacibdir. Ona görə də silahlı qüvvələrimizin güclənməsi kimi diplomatik və informasiya sahəsində də gücümüzün artması lazımdır. İsraildə səfirliyin açılması bu mənada böyük əhəmiyyət kəsb edə bilər”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, İsraildə səfirlik açılmasına heç bir kənar təsir mane olmur. Onun sözlərinə görə, rəsmi Bakı Tel-Əvivlə danışıqlar apararaq diplomatik korpusumuzu təsis edə bilər: “İran amili də artıq prioritet deyil. Azərbaycan qonşuları ilə tərəfdaşlığı genişləndirir, daxili işlərini başqa ölkələrlə məsləhətləşmir. Müharibə ərəfəsində və sonra da Tehran Bakıya dost münasibətini nümayiş etdirdi. O baxımdan İran faktoru nəzərə alınaraq İsraildə səfirlik açılmır yanaşmasını qəbul etmirəm. İran buna görə Azərbaycana ağır bir söz deməyəcək. Necə ki İrəvan səfirliyini açanda Tehran ermənilərə qıcıqlanmadı”.
Ekspert hesab edir ki, bu məsələnin həllində bilmədiyimiz daha ciddi nüanslar ola bilər, lakin tezliklə səfirliyin açılması lazımdır: “Bizim İsrail ictimai-siyasi həyatında, mətbuatında, diaspora işində fəaliyyətimizi gücləndirmək üçün səfirliyimiz olmalıdır. Bu ölkə bizə hər zaman isti münasibət sərgiləyib, hər hansı anlaşmazlıq yoxdur və elə bilirəm ki, yaxın vaxtlarda səfirlik məsələsi həllini tapacaq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
|