"İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır" - Partiya sədri
Tarix: 26-12-2020, 09:38 | Çap et
Azərbaycan müxalifətinin aparıcı ideologiyası 32 ildir dəyişməyən ''Ya Qarabağ, ya ölüm'' şüarına söykənirdi. Vətənpərvərlik, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Azərbaycan müxalifətinin öz opponentinə qarşı əsas “silahı” sayılırdı. Lakin 2020-ci ilin payızında iqtidar Qarabağ problemini həll etdi, müxalif liderlərdən heç biri əsas ideologiyası istiqamətində yaddaqalan fəaliyyət göstərmədi. Könüllü yazılan, öz tərəfdarlarına ön və arxa cəbhədə fəaliyyət istiqamətləri, direktivlər göstərən müxalif partiya sədrləri bəlkə də oldu; lakin ictimaiyyət belə bir çağırışları və fəaliyyətləri duymadı. İndi hər hansı səbəbdən müxalif düşərgə özünün ideoloji arsenalında, şüar və çağırışlarında yenilik etməlidir. Əks halda, yalnız virtual təftişçiliklə kifayətlənməli olacaqlar. Ortaya ciddi fəaliyyət proqramı və tərəfdarlara perspektivlər vəd ertmək üçün Azərbaycan müxalifəti nələrsə düşünür, öz aralarında müzakirə edirmi və ya etməlidirmi?
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Qarabağ məsələsi müxalifəti və xalqı birləşdirən ideoloji xətt olub və bu, belə olaraq qalır: “Əslində zaman göstərdi ki, müxalifət Qarabağ məsələsindən həlledici anda heç də hakimiyyətə qarşı silah kimi istifadə etmədi. Əksinə, Qarabağın azadlığı uğrunda başlanan vətən müharibəsində imzası, açıq mövqeyi ilə dövlətə, hakimiyyətə tam dəstək verdi. Biz sadəcə illər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır, hakimiyyətdən bunu həmişə istəyirdik. Yəni bu heç də müxalifətin Qarabağ məsələsindən hakimiyyətə qarşı kart kimi istifadə etməsi kimi başa düşülməməlidir.
Qarabağ məsələsini bu gün bir nömrəli milli məsələsi sayırıq və bunun ətrafında birliyimiz davam edir, edəcək. Müxalifət təşkilatları arasında müzakirələr də gedir. Bizim tərəfdarlarımıza deməyə kifayət qədər sözümüz və ideoloji əsaslarımız var. Bundan narahat olmayın”.
AMİP katibi Əli Orucov bildirdi ki, Dağlıq Qarabağ problemi və torpaqlarımızın erməni işğalından azad edilməsi təkcə müxalifətin istək və tələbi deyildi. Bütün Azərbaycan xalqı, beynəlxalq hüquq və ədalət də bunu tələb edirdi: “Təəssüflər olsun ki, dünya siyasətindəki mövcud ikili standartlar və qeyri-obyektivlik Azərbaycanın haqq işinin bunca uzanmasına gətirib çıxardı. Heç kəsə sirr deyil ki, uzun sürən Ermənistan-Azərbaycan münaqişəsi həm regiondakı, həm də münaqişədə olan dövlətlərin bütün həyatına ciddi təsir göstərirdi. Xüsusi ilə Bakı və İrəvanda siyasi hakimiyyətlərin mövcudluğunu da məhz bu münaqişə şərtləndirirdi. 44 günlük müharibə nəticəsində işğal faktoruna son qoyulması tarixi hadisədir və buna hamı ürəkdən sevindi. Lakin hesab etmirəm ki, problem tam öz həllini tapıb. Qarşıda Azərbaycanı çox ciddi diplomatik fəaliyyət və hərbi sayıqlıq gözləyir. Göründüyü kimi, ermənilərin bəzi avropalı dəstəkçiləri qərəzli mövqelərindən əl çəkməyiblər. Eləcə də Rusiya sülhməramlılarının fəaliyyəti narahatlıq üçün əsaslar verir. Bir müddət əvvəl baş verən hadisələrin müşahidə xəritəsində özbaşına düzəliş, yaxud erməni silahlılarının bölgədə mövcudluğu, həmçinin Laçın dəhlizinə nəzarət edə bilməməyimiz, Xankəndində hələ də separatçı yuvanın qalması kimi hallar narahatçılıq doğurmaya bilməz. Azərbaycan müxalifəti bütün bu baş verənləri izləyir və dediyim bir sıra məsələlərdən narahatdır, narahatlığını da ictimaiyyətə, hakimiyyətə çatdırır.
Müharibə dönəmində müxalifət dövlətin və hakimiyyətin yanında oldu. Lakin narahatedici məqamlarla bağlı mövqeyini bu gün də dilə gətirir. Müxalifət partiyaları arasında hazırda sıx əməkdaşlıq olmasa da, milli məsələlərlə bağlı istənilən an bir araya gəlməkdə, ortaya konkret proqram və təkliflər qoymaqda problem yoxdur. Qarabağ indi də müxalifəti, xalqı birləşdirən məsələdir, ideoloji xətlərdən biridir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
|