Niyə biz Şuşaya Füzulidən 120 kilometr yol çəkməliyik? - Deputatdan ETİRAZ
Tarix: 30-12-2020, 09:01 | Çap et
Rusiya sülhməramlıları Qarabağda nəzarət altında saxladığı ərazilərimizdə ermənilərin terror əməllərinin qarşısını ala bilmir. Son günlər terrorçuların Hadruta hücumu və nəticədə şəhidlərimizin olması vəziyyətin gərginliyindən xəbər verir. Görünən odur ki, 44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşsa da, Qarabağ tam azad olunmayıb. Və diplomatik qələbə isə sülhməramlıların öz missiyasını doğru-düzgün icra etməsinə bağlıdır.
Bu və ya digər məqamlarla bağlı hafta.az-a müsahibə verən deputat Aqil Abbas maraqlı nüanslara diqqət çəkib.
- Aqil müəllim, son məlumatlara görə Hadrut ərazisindəki meşələrdə erməni diversantlara qarşı antiteror əməliyyatları aparılır. Şəhid və yaralımızın olduğu deyilir. Bu məlumatlara əsaslansaq, Qarabağdakı vəziyyəti necə təhlil edərdiz?
- Qarabağda - Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran bizim nəzarətimizdən kənarda qalıb. Allah qoysa əhalimiz ora köçəndən sonra vəziyyət başqa cür olacaq. Üçtərəfli bəyanata əsasən də, qaçqın-köçkünlərimiz öz yerlərinə qayıtmalıdır. Bir məsələni qeyd etməliyəm. Mən Kolanlılıyam. Təkcə Ağdərədə -Umudlu, Sırxavənd, Narıclı, Ballıpəyədə bizim kolanlı camaatı yaşıyırdı. Kolanlı camaatı ölümünə vuruşan camaatdır. Yəni onların olduğu yeri heç bir düşmən basa bilməz. O vaxt da camaatımız axıra qədər vuruşmuşdu. Sadəcə olaraq, vahid komandanlıq olmadı. İndi vəziyyət başqadır, xalq olaraq Ali Baş Komandanın ətrafında vahid bir güc kimi birləşmişik. Heç bir güc bu xalqın qarşısında dayana bilməz. Bir sözlə, bu gün Xocalıya xocalılar köçməlidir. Eləcə də digər rayonlardan olan vətəndaşlarımız öz yerlərinə - Stepanakertə (Xankəndi), Kərkicahana köçməlidirlər. Mən ona görə “Stepanakert” dedim ki, biz hələ o yeri silahlılardan azad etməmişik. İnşallah bu da olacaq. Azərbaycanımın hər bir yerində qanunlarımız işləyəcək. İndi Hadrutda belə bir hadisə olub, erməni silahlıları ondan əvvəl də belə cinayətlər törətmişdilər. Əsas məsələ odur ki, heç bir ölkə terrorçularla dialoqa getmir. Terrorçular məhv edilməlidir. Vəssalam! Təəssüf ki, bizim əsgərlərimiz humanistlik edib terrorçuları əsir götürüb göndərirlər Bakıya, Bakı da verir sülhməramlılara. Qarabağda olan o “əti ətimizdən, qanı qanımızdan” olan sülhməramlı var ey, Muradov, o da göndərir “Stepanakertə”. Onlar da təzədən əlinə silah verib göndərir üstümüzə. Erməni terrorçuları meşələrdə gizlənib. PKK-nın bir döyüş taktikası var və bunu yaxşı bilirlər. Belə qüvvələr Türkiyədə də var. O qruplar meşələrdə döyüşməyi, tunel qazıb içində gizlənməyi yaxşı bilirlər. İnşallah onları məhv edəcəyik.
- Niyə sülhməramlılar vəziyyətə nəzarət edə bilmir?
- Qarabağda sülh yaratmaq istəyən rus sülhməramlıları öz boyunlarına düşən vəzifəni yerinə yetirmirlər. Üçtərəfli bəyanatda da göstərilir ki, silahlı qüvvələr regiondan təcili olaraq çıxarılmalıdır. Amma əksinə, ruslar terrorçuları silahlandırırlar. Dünən məlum oldu ki, Ermənistandan Qarabağa hətta silah da gətirilir. Bir sözlə, sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər. Heç buna cəhd də göstərmirlər. Çünki onlara lazımdır ki, Qarabağda konflikt olsun və bunu bəhanə edib orada qalsınlar. Amma biz də bir-iki “Bayraqdar” qaldırarıq və onları tam məhv edərik. Məsəl var, deyir “qoy ayağıma yer eləyim, gör sənə neyləyirəm”. Darıxmayaq, qoy o yerlərimizə köçək, orda oturaq, duraq, həmin torpaqlarımızda hər işimizi möhkəmlədək, ondan sonra o sülhməramlılar da birliyimizi, gücümüzü görüb rədd olub gedəcəklər.
- Aqil müəllim, siz də qeyd etdiniz ki, müharibədən sonra da erməni terrorçularının Azərbaycanın işğaldan azad edilən rayonlarına hücumları, şəhidlər verməyimiz birinci dəfə deyil, bundan əvvəl də belə hadisələr olub. Sülhməramlıların nəzarətində olan ərazidə erməni terrorunun bu dərəcədə azğınlaşmasına səbəb və vəsilə olan nədir?
- Müdafiə Nazirliyi öz vəzifələrini yerinə yetirə bilmir. Ona görə ki, Müdafiə Nazirliyinin elə Mətbuat Xidməti var ki, dünən səhər 3:30-da olan hadisə ilə bağlı, bu gün səhər 12-də münasibət bildirir. Ona qədər də ölkə “dağılır”, sosial şəbəkələr “dağılır”...
- Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran kimi yaşayış məntəqələrinə Azərbaycan vətəndaşlarının daxil olması niyə hələ də problemdir. Mövcud maneələrin saxlanılmasında məqsəd nədir?
- Niyə biz Şuşaya Füzulidən 120 kilometr yol çəkməliyik? Bizim Ağdamdan Şuşaya 37 kilometrdir. Və ikinci, bizim Ağdamdan Kəlbəcərə təxminən 82 kilometrdir, amma ora Murovdan yol çəkilir, niyə Ağdərədən getməməliyik? Bu faktı sizə dəqiq deyirəm: Ağdam ərazisində Xoramuz kəndi var, ermənilər yaşayır. Onlar gərək Əsgərandan gəlib, Ağdamdan keçib gedələr. Necə olur ki, ermənilərə orda şərait yaradılır və onlar Ağdamdan Xoramuza gedə bilirlər, amma mənə şərait yaratmırlar ki, Ağdamdan qısa yolla Şuşaya gedim? Ya da Ağdərədən keçib Murova gedim. Mən Murovun yollarını görmüşəm. O yollarda hər an qəza hadisəsi olur. Balaca bir asfalt yoldur, maşın hər an aşa bilər. Niyə mən ora Ağdərədən getməyim? O cümlədən mən niyə Əsgərəna keçib Xocalıma, Laçınıma getməyim? Dövlət birinci növbədə bunu həll etməlidir.
İkinci, guya Xocalıda ev tikirsən, guya infrastruktur yaradırsan, niyə xocalılar Xocalıya köçürülməməlidir. Qardaş 30 min 40 min ermənini qaytarırsız bizim o yerlərə, qaytarın, amma bizi də öz kəndimizə qaytarın. Bizim cammatımız ora qayıtmaq üçün ölürlər.
- Niyə bizə o imkan yaradılmır?
- Qoy bir ayağımıza yer eliyək, sonra bu da olacaq. Elçibəy demiş, hər şeyin zamana ehtiyacı var.
- Fransanın iştirakı ilə ATƏT-in Minsk Qrupu yenidən bərpa oluna bilərmi?
- Makron kimdi? Parlamentdə dedim. Deputatlar dedi ki, Fransa ATƏT-in Minsk Qrupundan çıxmalıdır. Mən də dedim ki, ATƏT yoxdur, gorbagor olub. İndi həmcinslərə evlənməyə icazə verən ölkədir də, qoy deyir desin. Nə bilim vallah, ayrı cür danışardım, day danışmıram. Prezident də dedi, ATƏT yoxdur, cəhənnəmə gora gedib.
- 44 günlük müharibə qələbə ilə bitsə də, Rusiya sülhməramlılarının nəzarətində olan regionda göründüyü kimi vəziyyət gərgin olaraq qalır. İkinci vətən müharibəsi başlaya bilərmi?
- Müharibə olmayacaq. Ən böyük ehtimalla terrorçulara qarşı əməliyyatlar aparılacaq. Terrorçu məhv edilməlidir. Terrorçu ilə danışıqların aparılması mənasızdır. Heç bir ölkə bizim antiterror əməliyyatları aparmağımıza qarışa bilməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
|