“Deputatlar təqaüdçü kimi maaşlarını alıb evdə otursalar, daha yaxşı olar” - Sərdar Cəlaloğlu
Tarix: 7-01-2021, 12:51 |
Çap et
“Milli Məclisə seçkilər saxtalaşdırıldığına görə xalqın iradəsini ifadə edən şəxslər ora düşməyib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin bir sıra deputatlarının işlətdikləri absurd fikirlər səbəbindən xalqın “dilinə düşmələrinə” münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu Milli Məclisin faktiki olaraq, ölkənin siyasi həyatında ciddi rol oynamadığını qeyd edib:
“Milli Məclisə seçkilər saxtalaşdırıldığına görə xalqın iradəsini ifadə edən şəxslər ora düşməyib. Parlamentar qabiliyyətə malik ağıllı, təfəkkürlü, vətənpərvər, millətçi, konkret olaraq, müəyyən təcrübəsi olan adamlar isə kənarda qalıblar.
Ona görə də, parlament formal bir quruma çevrilib, dövlətin siyasi həyatında ciddi rol oynamır. Parlamentdəki adamlar təqaüdçü kimi maaşlarını alıb evlərində otursalar, ora getməsələr, daha yaxşı olar”.