“Daş düşsün o Harvardın başına ki, bu cür ”student"lər yetişdirib" - Siyavuş Novruzov
Tarix: 14-01-2021, 09:24 | Çap et
YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbəti dəfə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. Deputat “Space” televiziyasındakı “Sadə həqiqətlər” verilişində bəzi fikirlər səsləndirib ki, bu da onun ətrafında müzakirələrə səbəb olub. Belə ki, S.Novruzov verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb. Həmin fikirləri təqdim edirik: “Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.
Ancaq bundan sonra tənqidçilər geniş polemika açaraq S.Novruzovu mayenin ölçü vahidini bilməməkdə ittiham ediblər. YAP-çı deputat isə “Qafqazinfo”ya açıqlamasında qısa münasibət bildirərək sosial şəbəkələrdə suyun vedrəylə ölçülməsi barədə səsləndirdiyi fikirlərə görə onu tənqid edənlərə cavab verib. Bildirib ki, o, sözügedən verilişdə iki nəfərin dialoqunu səsləndirib. “Bu, iki nəfərin arasında gedən dialoq idi və mən onu ictimailəşdirmişəm. Mən bu fikri korrektə edə bilərəm?! Arzu edərdim ki, mənim fikrimi şərh edənlər, gənclər ümummilli liderin sədaqətlə bağlı səsləndirdiyi fikirləri öz əməllərində rəhbər tutsunlar. Onlar hər bir işlərinə sədaqətlə yanaşsınlar. Gələcək nəsillərin qarşısında qoyulan tərbiyə budur. Onlar dövlətinə, millətinə, torpağına, Prezidentinə sədaqətli olsunlar. Yoxsa o boyda masştabı kənara qoyub hansısa bir ölçü vahidinin dalınca qaçmaq doğrudan da cılızlıqdır”, -S.Novruzov deyib. Bu mövzuda komitə sədri ilə daha geniş söhbət etmək istədik. Uzun müddətdir mətbuatda az-az görünən YAP-çı deputatdan digər mövzular barədə də münasibət öyrəndik.
- Siyavuş bəy, feysbukda şəxsi səhifəniz olsa da, nədənsə özünüz haqqında müzakirələrə münasibət bildirmirsiniz. Bunun səbəbi nədir?
- Mən şəxsi səhifəmdə müəyyən yazılar verirəm. Amma bu məsələ ilə bağlı ehtiyac görmədim. Bilirsiniz, onsuz da bunun mənası yoxdur. Çünki ağlı, dərrakəsi kəsən adam söhbətin nədən getdiyini anlayır. Hamı görür, baxır, söhbətin nədən getdiyini bilir. İkinci sinif şagirdi də bilir ki, su, ümumiyyətlə, maye nə ilə ölçülür. Bunu müzakirə mövzusuna çevirməkdə başqa məqsədləri var. Söhbətin mahiyyəti onlara sərf eləmir axı... Mən 30 ildir siyasətdəyəm, belələrini yaxşı tanıyıram. Guya ki, Amerika kəşf edib. Ağlı kəsən adam başa düşür ki, burada söhbət tamam başqa mənadan gedir və mahiyyət də tamam başqadır. Əfsuslar olsun ki, bu məsələni müzakirəyə çıxaranların bir qrupu da guya Harvardda, Oksfordda qurtarıb. Daş düşsün o Harvardın başına ki, bu cür “student”lər yetişdirib! (Gülür) İndi təsəvvür eləyin də.
- Düzü, diqqətimizi çəkməyib. Harvardın tələbələri deyərkən kimləri nəzərdə tutursunuz?
- Saytların rəhbərləri, ya kimlər var. Guya bunlar ağıl dəryasıdır da, öz aləmlərində. Amma dərinə gedəndə vuranda görürsən ki, taxtadır.
- İlk “daş” haradan atıldı, dəqiqləşdirə bildiniz?
- Bəli, bilirəm, bu, haradandır, nə məsələdir, onu da dəqiqləşdirmişəm. Elə ona görə də yuxarıda bəzi fikirlər söylədim. Amma konkret şəxslərin adını ictimailəşdirmədim. Mən elə şeylərə baş qoşsaydım, vaxtımın böyük hissəsi bu məsələlərə gedərdi.
-Bir məsələ də maraqlıdır. Hakim partiyanın rəhbər strukturlarında təmsil olunursunuz, parlamentdə komitə sədrisiniz. Amma partiyadaşlarınızdan, deputat həmkarlarınızdan da müdafiənizlə bağlı fikirlərə rast gəlmədik.
- Vallah, hərənin öz işi. Bəziləri oxuyub, bəziləri oxumayıb. Rayon təşkilatları, gənclər, digərlərinin reaksiyaları var.
- Amma həmkarlarınız susdular. Baxmayaraq ki, dəfələrlə mövqe bildirməyə çağırış etmisiniz...
- Hələ o ənənə formalaşmayıb. Amma hər kəsin öz mövqeyi olmalıdır, hər kəs mövqeyini ortaya qoymalıdır, söhbət ondan gedir. Bu gün elə bir gündür ki, hər bir insan çıxıb tək tərif deməməlidir, həm də əsaslandırmalıdır.
- Milli Məclisin payız sessiyasının son iclasında çox faydalı bir çağırış etmişdiniz, həbsxanadakı qadınların azadlığa buraxılması, ölkədə amnistiya verilməsilə bağlı. Amma nədənsə “vedrə söhbəti” daha çox müzakirələrə səbəb oldu, nəinki parlamentdəki çıxışınız. Həmin təşəbbüsünüzə rəsmi qurumlardan reaksiya gəldimi?
- Hələ ki reaksiya olmayıb. Amma yəqin ki, gələcəkdə bu məsələlərə baxılar. Yaz sessiyası başlayanda sessiyanın gündəliyinə də bu məsələni təklif edəcəyəm. Son iclasda vaxt az idi, mən əsaslandıra bilmədim. Deyək ki, həbsxanadakıların 10 faizi qadınlardır, onlar da adam öldürmək, narkotik daşımaq və digər ittihamlarla həbs olunub. Bir sıra hallarda qadın elə həddə çatdırılıb ki, kimisə öldürüb. Digərlərinin böyük əksəriyyəti isə... Deyək ki, kimsə mühasib işləyib, rəhbərlik deyib onu belə elə, bunu elə elə, o da icra edib və sonra da 7-8 il cəza alıb, rəhbər də kənarda kef içində gəzir. Yəni bu cür adamlar çoxdur. Həmçinin yaşlı adamlar var. Mən çıxışımda ilk növbədə qadınların nəzərə alınmasını istədim. Uşaqlı analar var. Baxırsan ki, bu uşağın günahı nədir, türmədə böyüyür? Uşağın cəzası yoxdur, amma o da anası ilə bərabər eyni cəzanı çəkir. Ümumiyyətlə, ümummilli liderdən bəri bizdə həmişə humanist addımlar atılıb. Sonuncu dəfə çox böyük amnistiya Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə oldu. Bu amnistiya 10 mindən artıq insana şamil edildi. Nəticədə xeyli insanların istintaqına xitam verildi, məhkəmə ərəfəsində olanların işi ləğv olundu, 3 mindən artıq məhbus azadlığa buraxıldı və sair. İndi də Qarabağdakı müharibənin nəticəsi olaraq torpaqlarımızın düşmən işğalından azad olunması, böyük zəfər qazanmağımızla bağlı amnistiya verilməsi çox yaxşı olardı. Özü də mən hesab edirəm ki, ilk növbədə vaxtilə cəbhə bölgəsində döyüşmüş insanlar, bu və ya digər şəkildə hər hansı bir cinayət törədən şəxslər nəzərə alınmalıdır. Eləsi var ki, həbs olunanda 20 yaşı olub. Üstəlik, döyüş bölgəsindən gəlib, bir az “havalı” olub, iş yeri olmayıb, kimsə yoldan çıxarıb, hansısa cinayətkar dəstəyə qoşulub, amma ömürlük cəza verilib. Yaxud 20 il cəza verilənlər var. O səpkidə olan adamlara da hesab edirəm ki, artıq amnistiya tətbiq olunmalıdır. Elə gözəl bir amnistiya hazırlanmalıdır ki, həbsxanada cəza çəkən hər bir insan öz üzərində onu hiss eləsin. Keçmiş OMON-çular, dövlət çevrilişində iştirak edənlər də var. Onların bir çoxu ən azı 23-24 ildir ki, həbsxanadadır. Yaxud yaşı 70-dən yuxarı olanlar var, həbsxanada qalmasının nə mənası var?
Ümummilli lider hakimiyyətə qayıdandan sonra ölüm hökmünə moratorium qoydu. Ondan sonrakı müddətdə ümummilli lider və cənab Prezident tərəfindən 70-dən artıq əfv sərəncamı imzalanıb. Həmçinin 11 amnistiya aktı olub. Qeyd etdiyim kimi, axırıncı amnistiya aktı barədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva deputat olarkən qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Digər bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda 3 mindən yuxarı QHT var. Əfsuslar olsun ki, məhkumların reabilitasiyası ilə məşğul ola biləcək QHT-lər çox azdır. Baxmayaraq ki, dövlət tərəfindən QHT-lərə kifayət qədər, təxminən 4 milyondan artıq vəsait ayrılır. Gələcəkdə bu cür təşkilatların olması vacibdir ki, həbsxanadan çıxan insanların reabilitasiyası ilə məşğul olsun.
- Maraqlıdır, bütün bunlarla bağlı həyat yoldaşınızla, Ombudsman Səbinə Əliyeva ilə müzakirələr aparmısınız, onun rəyini öyrənmisiniz?
- Yox, mən ömrüm boyu özüm öz fikirlərimi söyləmişəm. (gülür) Düzdür, onlar təşəbbüs qaldırdılar, koronavirus dövründə 300-dən artıq yaşlı məhbus cəzadan azad edildi. Amma mən hesab edirəm ki, bu, ümumilikdə şamil olunmalıdır. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|