“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...
Tarix: 22-01-2021, 08:52 | Çap et
“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Təşkilatın məlumatına görə, siyahıya 146 nəfərin adı daxil edilib.
“Yeni Müsavat”ın xəbərinə görə, siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin sədri Elşən Həsənov tərəfindən tərtib edilib. Belə ki, ötən il avqustun əvvəllərində elan edilmiş əvvəlki siyahıda 192 nəfərin adı var idi.
Siyahıdan cəza müddəti başa çatan Azərbaycan İslam Partiyasının üç üzvü - Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov (AİP sədri Mövsüm Səmədovun əmisi oğlu) və partiya sədrinin müavini İnqilab Əhədlinin adı çıxarılıb. Siyahıda rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Bu isə rüsvayçılıqdır. L.Yunus yenə də riyakar, qərəzli əməllərindən geri qalmır. Prezident tərəfindən onlarla müxtəlif ittihamlarla həbs edilmiş tanınmışlar azadlığa buraxılıb. Ölkədə aparılan islahatlar, məhkəmə-hüquq sistemində edilən dəyişikliklər, pandemiya dövründə atılan humanizm addımları nəticəsində xeyli sayda məhbus azad olunub. Onların sırasında ayrı-ayrı partiyaların üzvləri, fəalları da var. Ancaq L.Yunus öz xaricdə otura - otura “siyasi məhbus siyahısı” tərtib edir. Hətta onların sırasında vətənə xəyanət maddələri ilə ittiham edilənlərdə var. Qeyd edək ki, “Tərtər işi” və Gəncə hadisələrinə görə həbs edilən 41 nəfər də siyahıda yer alıb. L.Yunus hansı əsasla bu siyahını tərtib edir?
İllərdən bəri “demokratiya, insan hüququ” desə də, demokratiyanın nə olduğunu hələ də anlamayan Leyla Yunus üçün Vətən məfhumu yoxdur. Onun hikkəsi, qisasçılıq hissləri aman vermir ki, ədalətli olsun. Ona görə ildə azı iki dəfə kimsə tapmayanda terrorçuları, vətənə xəyanətdə ittiham edilənləri siyahısına salaraq onların işində siyasi motiv eşələyir. L.Yunus Azərbaycan cəmiyyətində o dərəcədə nüfuzdan düşüb, hörmətini itirib ki, hətta həmkarları, müxalifətdə olan bir çoxları belə onu qınayırlar, tənqid edirlər. Çünki L.Yunus üçün yalnız bir hədəf var - hansı yollar olursa-olsun, yalan-palan, böhtan, təki hakimiyyətə qarşı fəaliyyət göstərsin, dövlətin beynəlxalq aləmdə mövqeyinə zərbə vursun. Vətən müharibəsində qalib gəlmiş, torpaqlarını işğaldan azad etmiş, müxtəlif xarici təzyiqlərlə üzbəüz qalmış ölkənin hüquq müdafiəçisi özünü belə aparmamalıdır.
L.Yunus Gəncəyə, Bərdəyə terror edən ermənilərlə bağlı Avropa təşkilatlarına yazsın, qərəzli qətnamələr çıxaran Niderland, Belçika, Lüksemburq, Fransa parlamentlərinə etirazını bildirsin, amma bu həqiqətləri görməzdən gələn ahıl qadın hikkəsini boğa bilmir.
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevib: “Onu əvvəldən yaxşı tanıyırsınız. Hüquq müdafiəçiliyi onun üçün insanlara kömək yox, pul qazanmaq vasitəsidir. Onun bir amalı var ki, pul qazansın. İndi görünür, yenə pulları qurtarıb, təzə siyahı tutur. Yəqin həbsdə olan rüşvətxorlar ona pul verib, adlarını siyahıya saldırırlar. Bu, Leyla Yunusun köhnə xasiyyətidir. O, Bakıda olanda da köhnə siyahıları tərtib edirdi”.
N.Cəfəroğlu qeyd etdi ki, ölkədə siyasi məhbuslar var, amma azdır. Onun sözlərinə görə, fevralda Əfv Komissiyası toplaşır, bu problem birdəfəlik həllini tapacaq: “Biz siyahını da təqdim etmişik. Görüşlərimiz olub, Avropa Şurasının nümayəndələri ilə söhbət etmişik. Bu məsələ ölkədə həllini kökündən tapacaq və Leyla Yunus kimi adamlar bir də səsini qaldıra bilməyəcək”.
Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev dedi ki, belə adamlara heç diqqət yetirmək lazım deyil. Onun fikrincə, L.Yunusun Azərbaycana aidiyyəti yoxdur: “Bu ölkədə hörmətli hüquq müdafiəçiləri var, səmərəli fəaliyyət göstərirlər. Belə adamların bu vətənə, xalqa sevgisinin olması suallar doğurur. Bu gün vaxtından əvvəl azadetmə halları var, eləcə də həbsi ictimai müzakirə yaradan şəxslərin azad buraxılması davam etməkdədir. Sadəcə, bir sıra şəxslərin əlində ”siyasi məhbus" siyahısı biznes fəaliyyətindən başqa bir şey deyil. Bu, çirkli biznesdir, təmiz biztes sayıla bilməz".
Ə.Nuriyev hesab edir ki, əqidəsindən asılı olmayaraq kim müraciət edirsə, barəsində məlumat varsa dəstək verməyə çalışır: “Eyni zamanda Novella Cəfəroğlu, Səidə Qocamanlı həmişə maraqlanırlar. Bu gün Zaur Əkbər, Rəsul Cəfərov və başqaları var, yeni nəsil gəlməkdədir. Onlar bu və da digər şəxslər haqda məlumat verirlər. Amma ölkədən kənarda kimsə siyahı tutur, Azərbaycanı təhdid etməyə çalışır. Bunu o zaman edirlər ki, Vətən müharibəsində qələbə qazanmışıq. Sanki məqam gözləyirdilər. Yanvarın 20-də Bayden and içdi, bəziləri elə fikirləşir ki, fürsətdir, bu vəziyyətdən təzyiq kimi istifadə etmək laızmdır. Azərbaycan dövləti vətəndaşların hüquq və azadlıqlarını qorumağa borcludur, bu istiqamətdə addımlar atır. Amma kimlərsə insan haqları adı altında təsir etməyə çalışırsa, həbsdə olanlara da zərər vururlar, ölkədəki inkişafa da mane olmağa çalışırlar. Onların fikirləri ermənilərin bizə münasibəti ilə eynilik təşkil edir. Çünki Azərbaycanda hüquq müdafiəçiləri müharibə getdiyi zaman erməni terrorizminə susmadılar, obyektiv fikir söylədilər, bu adamın isə səsi çıxmadı. Azərbaycanı gərək sevəsən, onda tənqid də edirsən, yaxşıları da görürsən. Bu zaman səni rəğbətlə qarşılayırlar, fikirlərinə etibar edirlər. Burada isə qrant maraqları var, başqa heç nə yoxdur. Bundan Azərbaycana qarşı təzyiq kimi istifadə etmək, vəsaitlər qazanmaq olmaz”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|