“Ona Azərbaycanda da bir etirazçı kimi müəyyən maraq anlaşılandır, ancaq...” - deputat
Tarix: 23-01-2021, 09:57 | Çap et
Avropa Parlamenti 17 yanvarda, Almaniyadan Rusiyaya qayıdarkən elə Şeremetyevo hava limanındaca həbs olunan müxalif siyasətçi Aleksey Navalnının işi ilə bağlı qərar qəbul edib. Məlumata görə, 581 millət vəkilindən yalnız 50 nəfəri sənədin əleyhinə səs verib, 44 nəfərsə bitərəf qalıb. Qətnamənin mətnində qeyd olunur ki, Navalnı və tərəfdarlarının tutulması bir siyasətçinin korrupsiyalaşmış rejimi ifşa etməsinin qarşısını almaq üçün Rusiya hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasi motivli repressiyalardır. Avropa Parlamenti üzvləri Aleksey Navalnının tutulması və həbs edilməsi qərarında iştirak edən fiziki və hüquqi şəxslərə, həmçinin rejimlə əlaqəli rus oliqarxlarına, Rusiya prezidentinin yaxın çevrəsinin üzvlərinə, habelə media təbliğatçılarına qarşı sanksiya tətbiq edilməsini tələb edirlər. Sənəddə Avropa Birliyindən dərhal “Şimal Axını-2" layihəsinin tamamlanmasına mane olmaq və müxtəlif xarici siyasət platformalarında Rusiya ilə əməkdaşlığa yenidən baxılması tələb olunur.
Qeyd edək ki, məhkəmə Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) rəhbəri Aleksey Navalnıya 15 fevrala qədər 1 aylıq həbs cəzası kəsib. Ancaq onun həbs müddətinin uzadılacağı da istisna deyil. Belə ki, Navalnının prezident Vladimir Putin haqqında çəkdiyi filmin əks-sədası dünyaya yayılıb. Putinin Qara dənizdəki dəbdəbəli sarayının inşası üçün qanunsuz vəsaitlərin cəlb olunduğunu iddia edən müxalifət lideri Aleksey Navalnının videoaraşdırması bir neçə gün ərzində 45 milyon dəfə izlənib.
Bu videonu Aleksey Navalnının komandası onun Moskvada həbs olunmasından sonra yayıb. Araşdırmada iddia olunur ki, 1,37 milyard dollarlıq əmlakın haqqı “tarixin ən böyük rüşvəti” ilə ödənilib. Kreml imarətin prezidentə məxsus olduğunu inkar edir. Prezidentin mətbuat katibi Dmitri Peskov, Qara dənizin sahilindəki nəhəng saray kompleksinin federal rəsmilər tərəfindən mühafizə olunduğu barədə iddiaları “sırf cəfəngiyat” adlandırıb. Bu mənada Navalnının tezliklə sərbəst buraxılacağı inandırıcı görünmür. Üstəlik, Navalnının mühafizəçisinin həbsi də işin böyüyəcəyi ehtimalını yaradır.
Bu arada Azərbaycanda müzakirə təqribən bu istiqamətdə gedir: bizim ölkə üçün Navalnı Putindən dahamı yaxşıdır? Bir çoxları deyir, Navalnı iqtidara gəlsə, Azərbaycan üçün, MDB məkanındakı türk və müsəlman coğrafiyası üçün daha pis olar. Ancaq əksini iddia edənlər də az deyil.
Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər söylədi: “Ümumiyyətlə, Rusiya mühitində liberal ideyaların tarixi zəmini çox zəifdir və hakimiyyətə ən demokratik adam gəlsə belə, əngin ərazi onu qatı dövlətçi mövqedən çıxış etməyə məhkum edir. Ərazi rus insanını tamamilə əsir alıb və bütün düşüncələr də yetərli olmayan əhali potensialı ilə bu ərazini qorumağa yönəlir. Bunu böyük rus filosofu Berdyayev ”Rusiyanın taleyi" əsərində ən incə detallarına qədər açıqlayıb. Odur ki, Rusiyada bir demokratın hakimiyyəti 1917-ci ilin Müvəqqəti hökumətinin mövcudluğundan uzun çəkə bilməz. Navalnı maraqlı üsluba sahib siyasətçidir, hakimiyyətə qarşı davranışları da standart sxem üzrə getmədiyindən ictimai rəyə təsiri də effektli olur. Lakin ciddi təşkilatlanmış mexanizmə sahib deyil və hakimiyyətdəki çekist-ordu-məmur tiradasını öz tərəfinə çəkmək imkanlarına sahib deyil. Ona görə də Rusiyada hakimiyyətin meydandan və ya bloqdan gələcəyini düşünənlərin nikbinliyi üçün əsas görmürəm".
Millət vəkili qeyd etdi ki, Navalnıya Azərbaycanda da bir etirazçı kimi müəyyən maraq anlaşılandır, ancaq siyasətçi kimi ciddi bağlar qurulması müşahidə olunmur: “Bizdə Rusiya siyasət subyektləri ilə hansı zəmində münasibətlər qurulması hələ ki, təyin olunmayıb. Ondan əvvəl daha demokrat sayılan Xakadama və ya Xodorkovski də vardı, onlarla da indiyədək ciddi münasibətləri olan siyasi partiya və ya qüvvələri xatırlamıram. Burada bir amil var ki, Azərbaycanda gerçək demokrat Əbülfəz Elçibəyin ayaqqabısını geyindiklərini düşünüb, onun yerişini yeriyə bilməyən bir sıra süni demokratlar daxili resursların yetərli olmadığını anlayaraq, daha çox Azərbaycandakı iqtidar dəyişikliyi prosesinin xarici məkandan gələn dalğalarla baş verəcəyinə özlərini inandırıblar və illərdir bu ümidlə yaşayırlar. Ancaq bir neçə ay öncə yaşadığımız Qarabağ zəfəri də göstərdi ki, biz yalnız bugünkü modeldə mümkün olan uğuru qazana bilərdik.
Bu səbəbdən də Navalnı faktoruna ümidlər, sadəcə, siyasi diletantlıqdan irəli gəlir və ifşaçılıq hələ cəmiyyətdə sistemli güc qazanmaq üçün təminat yaratmır. Bizi Rusiyadakı proseslər əlbəttə, maraqlandırmalıdır, ancaq indikindən daha fərqli münasibətin ortaya çıxacağına cəmiyyəti inandırmağa çalışmaq düşünmürəm ki, doğru yoldur".
F.Mustafa bu qənaətdədir ki, Azərbaycan üçün ən məqbul olanı yuxarıdan gerçəkləşdirilən təlatümsüz islahatlar və dəyişikliklərdir: “Bunun da bir sıra məqamları artıq görünən və görünməyən səviyyədə iqtidar tərəfindən gerçəkləşdirilir. Bütün hallarda hər kəs öz siyasət düşüncəsini Azərbaycan xalqının istək və maraqları üzərində formalaşdırmalıdır”.
Maraqlıdır, Azərbaycan müxalifəti Rusiya müxalifətilə hansısa formada əlaqə qurmalı, əməkdaşlıq etməlidirmi? Niyə belə əməkdaşlıq formatı yoxdur?
F.Mustafa: “Azərbaycan müxalifətinin bütün hallarda dövlət maraqlarımızı qorumaq şərti ilə əlaqə saxlaması, onları Azərbaycanın regional maraqları ilə bağlı bilgiləndirməsi mümkündür. Bütün hallarda bu əlaqələri Rusiya ilə dövlət münasibətlərimizə zərər yetirəcək istiqamətə aparmayacaq çərçivədə qurmaq zəruridir”.
Deputat Razi Nurullayev isə “Yeni Müsavat”a dedi ki, Navalnının Putindən daha yaxşı olduğunu düşünmür: “Ümumiyyətlə, kimin kimdən yaxşı olub-olmamasının müzakirəsi bir az qəribədir. O mənada ki, Rusiya dövlətinin özünün milli maraqları, imperiya düşüncələri var. Rusiyada sadəcə olaraq Rusiya imperiyasının, Rusiya dövlətinin mənafelərini, ölkənin indiki siyasətini dəstəkləməyən bir insanın da hakimiyyətə gəlməsi mümkün görünmür. Rusiyanın ”dərin dövləti"nin arxasında dayanan insanlar da var. Mən inanmıram ki, onlar kimlərəsə imkan versinlər və onlar hakimiyyətə gələrək Rusiya dövlətini dağıtsınlar, onlar Rusiyanın indiki ideyalarından kənara çəkilsinlər, qoşunlarını başqa ölkələrdən çıxarsınlar və Rusiyanın sərhədləri daxilinə qapılıb qalsınlar. Belə bir insanın hakimiyyətə gəlməsi mümkün deyil və onun hakimiyyətə gəlməsinə imkan verməzlər. O baxımdan Navalnının hakimiyyətə gəlməsi perspektivinə ümumiyyətlə, inanmıram. Onun hakimiyyətə gəlməsi o demək deyil ki, həmin andan arxasını ermənilərə çevirəcək və azərbaycanlılara öpüşlər göndərəcək. Xeyr, bu da mümkün deyil. Amma Rusiyada kimin hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq, vəziyyətin o qədər də dəyişəcəyinə ümid etmirəm".
R.Nurullayev hesab edir ki, hazırkı vəziyyəti dəyişmək üçün Rusiyanın özünün daxilində bir demokratik proses getməli, Qərbə inteqrasiya istiqamətində addımlar atılmalıdır: “Bu isə hələlik mümkün görünmür. Əgər bunlar baş verməsə, Rusiya yenə imperiya düşüncələri ilə yaşayacaq və özünü imperiya dövlətinin varisi kimi aparacaq. Onun üçün də o halda kimin hakimiyyətə gəlməsi elə də rol oynamayacaq. Əgər Rusiya imperiyasının çıxarlarının əleyhinə bir addımlar atsa, həmin şəxsi hakimiyyətdən uzaqlaşdıracaqlar və sair. O baxımdan bütün bu məsələlərin həlli Navalnının gəlməsi ilə düzələr deyə, bir məntiq ortada yoxdur”.
Deputat bir məsələni də qeyd etdi: “Həmişə hakimiyyətə gəlmək istəyən insanlar bir məsələni deyir, onun üzərində populist çıxışlar edir, müəyyən dairələrin siyasi dəstəyini qazanır, amma hakimiyyətə gələn kimi, yüz faiz onun əksini etməyə yönəlir. Çünki dediklərini etsə, içəridəki siyasi qüvvələr və xalq onun islahatlarını və fikirlərini qəbul etməyəcək. Navalnı və onun kimi adamlar özünü nə qədər qərbyönümlü göstərsə də, Qərbin dəstəyini alıb hakimiyyətə gəlsə də, bu, o demək deyil ki, onlar Putinin yürütdüyü siyasəti davam etdirməyəcəklər. Ola bilsin ki, daxildə öz xalqları üçün müəyyən gözəl işlər görsünlər. Amma imperialist düşüncələrindən çətin ki, geri çəkilsinlər”.
Belə rəylər də var ki, Navalnı elə Putinin varis kimi gördüyü və yetişdirdiyi fiqurdur. Hər halda yaxın gələcəkdə çox məsələlər aydınlaşacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|