Qərbin Bakıdakı şəbəkəsinin yarımçıq “inqilab projesi” xortlayırmı - Baydenə göz dikənlər...
Tarix: 4-02-2021, 09:22 | Çap et
ABŞ və Qərbin son 4-5 ildə dünyada “demokratiyanın ixracı”na - məxməri inqilablara pauza verməsi geopolitik proseslərin gedişatı ilə bağlansa da, bunun üzərinə Amerikada, Avropada hakimiyyətlərdə hansı ideoloji qüvvələrin olduğunu da gəlmək lazımdır.
Avropa Birliyindəki böhran, Fransada iqtidarı pleyboyların, marionetkaların ələ alması, “rəngli inqilab”ların və “ərəb baharı”nın gətirdiyi dərin məyusluq, peşmanlıq, ardınca ABŞ-da biznesi demokratiyadan ali tutan Respublikaçı Donald Trampın prezidentliyi bu prosesləri xeyli dərəcədə tormozlamışdı.
Ukraynadakı Maydan hərəkatının Krımın ilhaqı, Liviyadakı qanlı çevrilişin ölkənin ikiyə bölünməsi, Suriyanın terror və müharibə poliqonuna dönməsi, Misirdə generalların hakimiyyəti götürməsi göstərdi ki, Qərbin siyasi kluarlarında hazırlanan inqilablar töhfə vermədi.
Bu hadisələr 2017-ci ildən səngiməyə başladı və Tramp administrasiyası ayrı-ayrı regionlarda siyasi dəyişiklikləri dəstəkləmədi, Qərbi Avropa dövlətləri isə siyasi çevrilişlərin demokratiya gətirmədiyini dərk etdilər.
“Yeni Müsavat”ın Siyasət Şöbəsi yazır ki, bu inqilabların sponsorluğunda, ideoloji ssenarilərində həm Soros Fondunun, həm digər institutların rolu varıydı.
Eyni zamanda “rəngli inqilab”ların ideoloqu amerikalı Cin Şarp metodikasını yada salmaq yerinə düşər. O, qeyri-zorakı üsullarla mübarizə metodları barədə yazdığı kitablarla məşhurdur.
Həmçinin Cin Şarp ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), Ford Fondu və Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən maliyyələşən Albert Eynşteyn adına İnstitutun təsisçisi və rəhbəridir.
Bu siyasi fondların zaman-zaman Azərbaycanda da hərəkat başlama cəhdləri, kütləvi etirazları təşkil və körükləmə planları olub. Təbii ki, bu kursun kimin çiyinləri üzərində həyata keçirilməsi üçün baş sındırılıb.
Geridə qalan dövrdə müxtəlif gənclik hərəkatlarının dəstəklənməsi, Avropa İttifaqının bayraqları ilə meydanları dolduran mitinqlərin hazırlanması Qərb institutlarının marağında olub.
Sadəcə, əhalinin ovqatı, siyasi liderlərin illərlə öz nüfuz limitlərini xərcləməsi “məxməri”, yaxud “rəngli” inqilabları ertələyib.
Respublikaçı Trampın hakimiyyəti isə başqa dövlətlərin daxili siyasətinə müdaxilə etməmək üzərində qurulmuşdu. Ondan əvvəl Demokrat Barak Obama isə devrimlərin tərəfdarı idi.
Demokrat Partiyasından Cozef Baydenin iqtidara gəlişindən sonra “narıncı inqilab” ssenariləri hazırlayan, onu həyata keçirən komandanın yarımçıq qalan işləri daha peşəkarlıqla davam etdirəcəyi iddiaları səslənir. Analitiklərin hesablamalarına görə, Rusiyada baş verənlər, Qərbin dəstəklədiyi bloger Aleksey Navalnının həbsi buna siqnalıdır.
Bu proseslərin miqyasının genişlənəcəyi və postsovet məkanını əhatə edəcəyi, yeni bir dalğanın gələcəyi proqnozları irəli sürülür.
Halbuki Azərbaycanda belə zəmin üçün immunitet aşağıdır. Vətən müharibəsindən qalib çıxan ölkədə xalqın hakimiyyətə və onun liderinə münasibəti pozitiv anlamda dəyişib. İndi iqtidarın daha çox dəyişikliklər edəcəyi, Qarabağı azad edən siyasi qüvvənin ölkədə modern idarəçilik quracağı gözləntiləri artıb.
Yəni 5 il qabaq siyasi hakimiyyətin xalq içində nüfuzu olduqca aşağıydı, məmurların qudurğanlıqları xirtdəyə çatmışdı, o zaman gərginlik “rəngli inqilab”ların reallaşdırılmasına münbit şərait yaratmışdı. Amma o dövrdə Qərbin və onun Azərbaycandakı şəbəkəsinin etdiyi cəhdlər səmərə vermədiyi halda Bayden dövründə yarımçıq qalmış arzularını tamamlamaq niyyətində olan dairələrin fəallığı hansısa nəticə verə bilərmi? Xalq hakimiyyətə qarşı çıxarmı?
Üstəlik, ABŞ özü seçkidə demokratiya böhranı yaşadı, rus politoloqlar mənzərəni “iki ayağını itirmiş axsaq” kimi təsvir edirdilər.
Lakin bu da realdır ki, ölkə daxilində fürsəti hər zaman gözləyən qruplar var və Baydenin gəlişindən sevincək olublar.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, “rəngli inqilab”lar hakimiyyəti kifayət qədər zəif, kövrək, dövlət başçısı cəmiyyətdə sosial bazaya, nüfuza malik olmayan ölkələrdə baş verir. Onun sözlərinə görə, bu cür dövlətlərdə istənilən çevrilişləri reallaşdırmaq mümkündür: “Qərb Şərqi Avropada, postsovet məkanında ”məxməri inqilab" edirsə, Afrikada bunu hərbçi çevrilişlərlə reallaşdırır. Azərbaycanda isə bu hadisələrə heç zaman zəmin olmayıb".
F.Ağamalı hesab edir ki, hətta “rəngli inqilab”ların populyar olduğu dövrdə də Azərbaycanda belə zəmin olmayıb: “Ulu öndər Heydər Əliyevdən sonra hakimiyyətin güclü əldə olması, komandada vahid mövqenin mövcudluğu, Prezident İlham Əliyevin xalq içində güclü mövqeyə malik olması bu inqilabların həyata keçirilməsini sıfıra endirib.
Xatırlayıram ki, 2005-ci ildə Müsavat Partiyası Ukraynadakı “narıncı inqilabı” təkrarlamaq istədi. Hətta narıncı rəngli şarflar gətirildi və parlament seçkilərində narıncı köynəklərlə şəkil çəkdirdilər, plakatlar hazırlandı. Amma ssenari baş tutmadı. Çünki Heydər Əliyevin fundamental dövlətçilik prinsipləri xalq tərəfindən dəstəklənirdi. Ayrı-ayrı marginal qruplar isə elə bilirdilər ki, xalq onların arxasınca gedəcək. Amma prezident sarsılmaz iradəsini ortaya qoydu".
Deputat qeyd etdi ki, 2005-ci ildə hakimiyyət daxilində də müəyyən xəyanətlər özünü göstərdi: “Amma onlar cəmiyyətdə nüfuza malik deyildilər. Eynilə ”ərəb baharı"nda da onların istəklərinin reallaşması mümkün deyildi. Həmin zaman kəsiyində Prezident İlham Əliyev xalq içində rəğbətini artırmışdı, hakimiyyətini möhkəmləndirmişdi, sosial-iqtisadi dayaqlarını gücləndirmişdi.
Bu da imkan vermədi ki, marginallaşmış, Qərbin mayası, pulu ilə qidalanan antimilli qüvvələr istəklərinə nail olsunlar".
F.Ağamalının sözlərinə görə, indi ABŞ-ın yeni prezidenti Baydenin fərqli siyasətçi olduğunu düşünərək, onun ətrafında müxtəlif gəlişmələr edərək, reallığı əks etdirməyən düşüncələrini ortaya qoyaraq, həmin qüvvələr güman edirlər ki, Ağ evin rəhbərliyi Azərbaycanda “rəngli inqilabı” stimullaşdıra bilər. “Düşünmürəm ki, Bayden bu addımı atsın. İlham Əliyev yüksək və peşəkar siyasətçi kimi beynəlxalq səviyyədə özünü təsdiq edib. Digər tərəfdən, onun həyata keçirdiyi xarici siyasət ABŞ-ın fundamental prinsiplərinə, “dərin dövlət” xəttinə zidd deyil. Bayden kosmetik dəyişikliklər edə bilər, amma Amerikanın dövlət maraqları var və bu maraqlar da Azərbaycanla toqquşmur.
Əksinə, iki ölkə çox ciddi əməkdaşlığa və münasibətlərə malikdirlər. Bundan əlavə, cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan Avropanın enerji təminatında ciddi rol oynayıb.
Türkmənistanla bağlanmış “Dostluq” sazişi Avropanın enerji təminatı üçün geniş imkanlar açır. Ona görə də Azərbaycanın Bayden zamanında mövqeyi daha da möhkəmlənəcək, əhəmiyyəti artacaq."
F.Ağamalının fikrincə, hətta nəzəri cəhətdən ölkədə hansısa rəngli inqilaba cəhd edilsə belə, birmənalı şəkildə baş tutan deyil:
“Azərbaycanın 44 günlük zəfər müharibəsi Prezidentin təkcə dünyada deyil, ölkədə də nüfuzunu artırıb. Xalqımızın mütləq əksəriyyəti prezidentin yanındadır. Onlar kiminlə məxməri inqilab edəcək?
Pulla alınmış 1000 nəfərlə? Bu həvəsə düşənlər bu sözlərimə diqqət etsinlər və peşman olsunlar. Əgər belə cəhd olunsa, hələ dövlət öz yerində, ilk növbədə xalq tərəfindən ciddi cəzaya məhkum ediləcəklər.
Onlar xalqın iradəsi qarşısında xalqın ayaqları altında qalacaqlar. Bu cür güclü dövləti zəiflətməyə çalışanlar xalqın maraqlarının əksinə gedən xəyanətkarlardır və millət tərəfindən əməlləri biganə qarşılanmayacaq.
Ümumiyyətlə, bu qüvvələrin önündə anti-Milli Şura, onun nüfuzu olmayan şəxsləri dayanır. Amma istəkləri heç zaman həyata keçməyəcək. Hansı liderlə məxməri inqilab edəcəklər?
Müxalifətin içində bu niyyətdə kim var? Heç kim yoxdur. Nə belə şəxs, nə də onu müdafiə edəcək sosial baza var..." “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|